İrəvanda milli-mədəni irsimizə qarşı soyqırımı...
14.07.2022 [10:01]
Erməni vandalizminin təzahürüdür
Ermənistanın ümumbəşəri dəyərlərə, insan hüquqlarına mürtəce münasibət bəslədiyi reallıqdır. Bu, özünü müxtəlif formalarda, o cümlədən Ermənistanda Azərbaycan xalqının irsinin dağıdılması və tarixi izlərin silinməsində göstərir.
Tarixi mənbələrdə göstərildiyi kimi, 1935-1989-cu illərdə Ermənistanda minlərlə Azərbaycan toponimi xəritədən silinib. Erməni tarixçisi Hrant Martiosyan yazır ki, indiki Ermənistanda kənd və şəhər adlarının 95 faizi Azərbaycan adları olub. Bununla yanaşı, Zaven Qorqodyan “1831-1931-ci illərdə Sovet Ermənistanın əhalisi” kitabında qeyd edib ki, 2310 yaşayış məntəqəsinin 2000-dən çoxu türk mənşəli olub. Mənbədə XIX əsrin əvvəllərindən XX əsrin əvvəllərinə qədər bu ərazidə yaşayan əhalinin sayı və etnik tərkibi əksini tapıb. Bundan başqa, XVII əsrdə İrəvanda olmuş fransız səyyahı Jan Şardən yazıb ki, İrəvan qalasında təxminən 800 evdə yaşayan sakinlərin hamısı (təqribən 4000 min nəfər) “təmizqanlı səfəvilər” idi. O, burada ermənilərin olduğunu qeyd etməyib. XIX əsr rus tədqiqatçısı İvan Şopenin də tədqiqatları bu reallıqları ifadə edir. O, İrəvanda 16 məscidin olduğunu qeyd edir. Tədqiqatçı yazır ki, 1832-ci ildə şəhərdə 12 məscid mövcud olub, 4 məscidin isə xarabası var.
Ümumiyyətlə, tarixi qaynaqlarda XX əsrin əvvəllərinə kimi İrəvanda Göy məscid, Qədim şəhər, Hacı Novruzəlibəy, Hacı İmamverdibəy, Mirzə Səfibəy, Hacı Səfərbəy, Qala Məscidi, Şah Abbas, Təpəbaşı, Zal Xan, Sərtib Xan, Hacı Cəfər Bəy, Rəcəb Paşa, Məhəmməd Sərtib Xan, Hacı İnam Məscidi kimi 300-dən çox məscidin qəsdən dağıdıldığı barədə faktlar var. Tədricən bu məscidlər məhv edilib, mənşəyi və ya təyinatı dəyişdirilib. Bunlarla yanaşı, İrəvanın Təpəbaşı, Dəmirbulaq, Mecidyeri, Kantaraltı, Gedərçay, Dəlmələr və bir çox məhəllələrin, küçələrin, Pənah xan bulvarı kimi məşhur yerlərin adları dəyişdirilib və ya silinib. Eyni zamanda, Ermənistanda azərbaycanlılara məxsus Ağadədə, Aşağı Şorca, Güllübulaq, Saral qəbiristanlıqları kimi 500-dən çox qəbiristanlıq məhv edilib.
Aparılan son araşdırmalardan sonra isə məlum olub ki, Təpəbaşı məhəlləsinin son qalıqlarının da sökülərək məhəllənin tamamilə məhv edilməsi təhlükəsi var. Təpəbaşı qədim İrəvan şəhərinin tarixi məhəllələrindən biri olub, hazırkı İrəvan şəhərinin də tarixi nüvəsini təşkil edir. Ermənilər tərəfindən aparılan, 100 ildən çox davam edən və sistemli xarakter daşıyan söküntü proseslərinə baxmayaraq, onun son qalıqları günümüzə qədər gəlib çıxıb. Tarixi abidələrlə zəngin, görkəmli azərbaycanlıların yaşadığı bu məhəllənin müasir zamanda müqəddəratı ilə bağlı ciddi narahatlıq var. Araşdırmalar onu da göstərir ki, 1915-ci ildə gəlmiş ermənilər İrəvanda qəbiristanlığın ərazisində Norbutaniya yaşayış massivi salıblar. Bunlarla yanaşı, Hüseynəli xan tərəfindən inşa edilən Göy məscid bu gün İrəvanda salamat qalan yeganə məsciddir və Təpəbaşının ərazisində olub. Məscidlə bağlı bütün sənədlər Azərbaycan arxivindədir.
İrəvanda Azərbaycan xalqına məxsus, milli-mədəni irsimizi, tarixi yaddaşımızı əks etdirən izlərin silinməsi erməni vandalizminin bariz nümunəsidir. Bu, təkcə xalqımıza deyil, bütövlükdə, bəşəriyyətə qarşı barbarlıqdır. O səbəbdən aidiyyəti beynəlxalq təşkilatlar konkret addımlar atmalı - real tədbirlər görməlidirlər. Ən azından, faktları əsas götürməklə, obyektiv araşdırma aparmaqla ifşaedici və qınayıcı bəyanatlar verməlidir. Bununla əlaqədar UNESCO-nun üzərinə böyük məsuliyyət düşür. Artıq bir müddət öncə Azərbaycanın elm və ictimaiyyət xadimlərinin Ermənistanın paytaxtı İrəvan şəhərində yerləşən Təpəbaşı məhəlləsi ərazisində Azərbaycan xalqının tarixi-mədəni irsinə qarşı həyata keçirilən soyqırımı ilə bağlı UNESCO-nun Baş direktoru Odre Azuleyə ünvanladıqları müraciətdə çox mühüm məqamlar və çağırış əksini tapıb. Bir sözlə, faktlar aşkar, reallıqlar bəllidir. Ona görə də beynəlxalq ictimaiyyət mədəni soyqırımı həyata keçirən və vandalizm aktını davam etdirənlərə adekvat reaksiya verməli, müvafiq tədbirlər görülməlidir. İndi vaxtıdır!
NURLAN
Xəbər lenti
Hamısına baxDünya
07 İyun 20:17
Dünya
07 İyun 19:31
Sosial
07 İyun 18:34
Sosial
07 İyun 17:12
Siyasət
07 İyun 16:13
Dünya
07 İyun 15:40
Dünya
07 İyun 14:27
Dünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19
Dünya
07 İyun 10:21
Dünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Siyasət
06 İyun 18:58
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29

