Milli maraqların keşiyində...
09.07.2022 [09:40]
Bu gün diplomatların günüdür
NURLAN
İyulun 9-u Azərbaycan diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günüdür. Bu gün Azərbaycan Respublikasında diplomatik xidmətin 103 illiyi qeyd edilir. Müsəlman Şərqində ilk demokratik respublikanın yaradılmasında və müasir dövrdə müstəqil Azərbaycan dövlətinin qurulması prosesində milli diplomatiyanın rolunu nəzərə alaraq və 1919-cu il iyulun 9-da Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin Katibliyinə dair müvəqqəti təlimatın qəbul edildiyini əsas tutaraq 2007-ci il avqustun 24-də Prezident İlham Əliyev hər il iyulun 9-nun Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd edilməsi haqqında Sərəncam imzalayıb.
Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu uğurlu diplomatiya və xarici siyasət müstəqillik dövründə Azərbaycanın dünyada söz və nüfuz sahibi, etibarlı tərəfdaş kimi yüksəlişini təmin edib. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kurs respublikamızın beynəlxalq münasibətlər sistemində mövqeyinin daha da möhkəmlənməsini şərtləndirir, yeni nailiyyətlərə yol açır.
Təsadüfi deyil, nüfuzlu ekspertlər və strateji tədqiqat mərkəzləri Azərbaycanın uğurlu xarici siyasətinin müxtəlif aspektlərini tədqiq edir, milli maraqlara və beynəlxalq hüquq normalarına əsaslanan bu strateji kursun təqdirəlayiq olduğunu vurğulayırlar. Faktlar, eləcə də müxtəlif tədbirlər çərçivəsində səsləndirilən fikirlər isə Azərbaycanın beynəlxalq diplomatiya arenasında mühüm yer tutduğunu təsdiqləyir. Yeri gəlmişkən, Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının rəhbərlərinin müşavirəsinin Bakı şəhərində keçirilən sessiyasında Azərbaycanın xarici siyasətinin prioritet məsələləri, habelə regional və qlobal gündəliyin aktual mövzuları müzakirə olunub. Qeyd edək ki, tədbirdə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbə müdiri Hikmət Hacıyev, xarici işlər naziri Ceyhun Bayramov, ADA Universitetinin rektoru Hafiz Paşayev də iştirak ediblər.
Uğurlu xarici siyasət və ya dərin strateji diplomatiya Prezident İlham Əliyevin güclü dövlət konsepsiyasının mühüm tərkib hissəsidir. Bu gün Azərbaycan təkcə Cənubi Qafqazın lider ölkəsi - regional güc mərkəzi deyil. Bakı yeni reallıqlar fonunda dialoq və əməkdaşlıq məkanı, inam və etimad ünvanıdır. İlham Əliyevin strateji təmkinə, milli maraqlara əsaslanan, müasir geosiyasi çağırışlara adekvat cavab verən xarici siyasət kursu nəticəsində Azərbaycan, hətta bir-biri ilə əks mövqelərdə dayanan qütblər - güc mərkəzləri ilə yaxşı münasibətlərə malikdir, dünyada etibarlı, perspektivli və bərabərhüquqlu tərəfdaş kimi tanınır - qəbul edilir. Bu səbəbdən Bakı Avrasiya geosiyasətində diplomatik trafikin ən vacib və mühüm halqalarından biridir. Cənubi Qafqazda isə geosiyasi təqvim Bakı vaxtı ilə müəyyənləşir.
Beynəlxalq müstəvidə mühüm nailiyyətlər qazanılması Azərbaycanın hücum diplomatiyasının real nəticəsidir. Prezident İlham Əliyev “Bizim diplomatiyamız hücum diplomatiyası olmalıdır, milli maraqlar tam təmin edilməlidir” - deyə vurğulayıb. Təsadüfi deyil ki, Azərbaycanın öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etməsi həm də dərin strateji diplomatiya siyasətinin məntiqi nəticəsidir. Ölkəmiz bütün cəbhələrdə - istər döyüş meydanında, istər siyasi-diplomatik müstəvidə, istərsə də informasiya cəbhəsində mütləq qalibiyyət əldə etməklə torpaqlarımızın işğaldan azad olunmasına müvəffəq oldu. Azərbaycan Prezidenti müxtəlif beynəlxalq tribunalardan səmərəli istifadə etməklə erməni yalanlarını ifşa etdi, reallıqları dünya ictimaiyyətinin diqqətinə sistemli şəkildə və dolğun surətdə çatdırdı. Bu, Azərbaycanı ardıcıl uğurlara və möhtəşəm qələbəyə aparan mühüm vasitələrdən biri oldu.
Haqq savaşını möhtəşəm qələbə - tarixi zəfər ilə yekunlaşdıran Azərbaycan postmüharibə dövründə yeni nailiyyətlərə imza atır - dünya daha güclü Azərbaycanın uğurlarına şahidlik edir. Qələbəmiz siyasi-diplomatik müstəvidə möhkəmləndirilir, Azərbaycanın dostlarının və tərəfdaşlarının sayı artır. Bu isə daha qüdrətli Azərbaycan deməkdir!
Xəbər lenti
Hamısına baxİdman
22 İyul 15:22
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08

