İsveç və Finlandiya Türkiyəyə “təslim oldu”
30.06.2022 [10:17]
Hər iki ölkə rəsmi Ankara qarşısında öhdəliklər götürdü
P.İSMAYILOV
NATO-nun Madrid sammitinin ilk günü gözlənilən nəticəni verdi. Belə ki, iyunun 28-də NATO-nun Madrid sammiti çərçivəsində Türkiyə, Finlandiya və İsveç heyətləri arasında görüş keçirilib. Baş tutan danışıqlardan sonra Türkiyə, İsveç və Finlandiya üçtərəfli Memorandum imzalayıb. Türkiyə mətbuatının yaydığı məlumata görə, rəsmi Ankara iki Skandinaviya ölkəsinin Şimali Atlantika Alyansına daxil olması üçün irəli sürdüyü tələblərin yerinə yetirilməsinə nail olub. İmzalanan Memoranduma əsasən rəsmi Ankaranın tələblərinə qarşı Skandinav ölkələri PKK və onun qalıqları ilə mübarizədə Türkiyə ilə tam əməkdaşlığa, terrorun bütün forma və təzahürləri ilə mübarizədə Türkiyə ilə həmrəylik nümayiş etdirilməsinə, PYD/YPG və FETÖ-yə dəstək verməmək öhdəliyinə razılaşıb. Bununla yanaşı, müdafiə sənayesi sahəsində embarqo məhdudiyyətlərinin qoyulmaması, əməkdaşlığın artırılması, terrorla mübarizə və müdafiə sənayesi üzrə İsveç və Finlandiyanın milli qanunvericiliyinə və təcrübələrinə düzəlişlər etmək öhdəliyi, terrorizm və mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində kəşfiyyat məlumatlarının mübadiləsi üzrə strukturlaşdırılmış əməkdaşlıq mexanizminin yaradılması və terrorçu cinayətkarların ekstradisiyasına dair konkret addımların atılması və ikitərəfli müqavilə tənzimləmələrinin aparılması ilə bağlı razılaşma sənəddə öz əksini tapıb. İsveç və Finlandiya PKK, onun qolları və cəbhə təşkilatlarının pul toplama və işə götürmə fəaliyyətlərinin qadağan edilməsi, onların araşdırılması, Türkiyəyə qarşı terror təbliğatının qarşısının alınması, hər iki ölkənin Aİ təhlükəsizlik mexanizmlərində, o cümlədən PESKO (Aİ Daimi Strukturlaşdırılmış Əməkdaşlıq Prosesi) ən geniş iştirakının dəstəklənməsi ilə bağlı da öhdəlik götürüb. Memoranduma əsasən bu addımların icrasına nəzarət etmək üçün Ədliyyə, Kəşfiyyat və Təhlükəsizlik qurumlarının iştirakı ilə Daimi Birgə Mexanizmin yaradılması da üçtərəfli razılaşmada öz əksini tapıb.
Yeri gəlmişkən, NATO Baş katibi Yens Stoltenberq Türkiyə, İsveç və Finlandiya liderlərinə təşəkkür edib. NATO Baş katibi “Twitter”də bildirib ki, indi bizim Finlandiya və İsveçin NATO-ya üzv olmasına yol açan sazişimiz var. Bu tarixi qərarı mümkün edən konstruktiv ruha görə prezident Ərdoğana, Niinistoya və İsveçin baş nazirinə təşəkkür edirəm.
ABŞ Prezidenti Cozef Bayden də İsveç, Finlandiya və Türkiyəni NATO üzvlüyü ilə bağlı razılığa gəlmələri münasibətilə təbrik edib. Ağ Evin sahibi də bu barədə twitterdə yazıb. “Finlandiya, İsveç və Türkiyəni üçtərəfli memorandumun imzalanması münasibətilə təbrik edirik - bu, NATO-nun Finlandiya və İsveçi alyansa qoşulmağa dəvət etməsi istiqamətində mühüm addımdır. Nəticədə, bu, bizim ittifaqımızı gücləndirəcək və kollektiv təhlükəsizliyimizi artıracaq. Bu, NATO sammiti üçün əla başlanğıcdır”- o, qeyd edib.
Göründüyü kimi, artıq regional deyil, qlobal oyunçuya çevrilən Türkiyə özünün dövlət maraqlarını ən yüksək səviyyədə qorumağı bacarır. İllərdir ki, terrorla mübarizə aparan, bu yolda nəinki özünün müttəfiqlərindən dəstək almayan, hətta terrorun stimullaşdırılması ilə üz-üzə qalan rəsmi Ankara “köhnə qitə”ni öz mövqeyinə uyğunlaşdırdı. Dünyanın aparıcı siyasi mütəxəssisləri bunu Türkiyənin, Prezident Ərdoğanın qələbəsi hesab edirlər. Onların fikrincə, bu addım Türkiyənin siyasi mühitdə, o cümlədən regional problemlərin həllində rolunu daha da gücləndirəcək. Bu kimi sazişlər bəzi dövlətlərin gizlin şəkildə terroru dəstəkləməsi faktlarına qarşı artıq açıq mübarizənin aparılması üçün hüquqi əsaslar formalaşdırır.
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

