ABŞ ümidlidir, NATO isə əmin deyil
24.06.2022 [10:28]
28 iyun toplantı öncəsi fikirlər toqquşub
P.İSMAYILOV
Artıq bir neçə aydır ki, siyasi gündəmin əsas mövzularından birinə çevrilən İsveç və Finlandiyanın NATO-ya üzv olma məsələsi yenidən aktuallaşır. Alyansın Madriddə keçiriləcək sammiti öncəsi “top” növbəti dəfə rəsmi Ankaraya “ötürülüb”. Belə ki, məsələ ilə bağlı həm ABŞ, həm də NATO rəhbərliyi öz fikirlərini bildirib.
Qeyd edək ki, rəsmi Helsinki ilə Stohkolmun uzun illərdən sonra neytrallıq sükutunu pozaraq şimal alyansına üzv olmaq istəyinə Türkiyə tərəfindən “veto” qoyulub. Şimal alyansının ən böyük ikinci ordusuna sahib olan Türkiyə Skandinaviya ölkələri ilə hərbi ittifaqa girmək üçün bir sıra tələblər səsləndirib. Rəsmi Ankara İsveç və Finlandiyanın NATO-ya qəbul olunmazdan əvvəl PKK və buna bənzər təşkilatları terror təşkilatı elan etməsini və onlara rəğbət bəsləyənlərə qarşı aktiv mübarizə aparmasını, Türkiyəyə qarşı fasilələrlə tətbiq edilən müdafiə sənayesi sanksiyaları və silah embarqolarını qaldırmasını, Türkiyənin yenidən F-35 proqramına daxil edilməsini və digər tələblərinin yerinə yetirilməsini istəyir. Göründüyü kimi, bu tələblərin İsveç və Finlandiya ilə yanaşı, digər NATO ölkələrinə də yaxından aidiyyəti var. Lakin həm rəsmi Stokholm, həm də Helsinki NATO üzvlüyü istəklərindən vaz keçməməklə bərabər Türkiyənin tələblərini yerinə yetirməkdən boyun qaçırır. Bu isə aylardır qarşılıqlı polemikanın davamına yol açır.
ABŞ “konsensus” deyir
Yeri gəlmişkən, ABŞ səlahiyyətliləri Türkiyənin Finlandiya və İsveçin NATO-ya qəbulu ilə bağlı etirazlarının aradan qaldırılacağına əmindir. Bunu Amerika administrasiyasının yüksək səviyyəli nümayəndəsi ABŞ Prezidenti Co Baydenin sözlərinə istinadən deyib. O bildirib ki, Co Bayden Almaniyada “Yeddilik” qrupunun liderlərinin görüşünə, eləcə də NATO-ya gözlənilən səfərinə həsr olunmuş xüsusi telefon brifinqində bu sözləri deyib. “Biz Türkiyənin qorxularının aradan qaldırılacağına və müttəfiq olaraq konsensusa gələ biləcəyimizə əminik”, - deyə bildirilib.
Əslində ABŞ rəsmisinin prezidentin adından dediyi “konsensus” fikri dəfələrlə rəsmi Ankara tərəfindən təkzib edilib. Türkiyə tərəfi irəli sürülən tələblərin yerinə yetirilməyəcəyi, ən əsası hər iki dövlətin terrorçulara və onların himayədarlarına münasibətin dəyişməyəcəyi təqdirdə öz mövqeyini dəyişməyəcəyini bildirib. ABŞ tərəfinin “biz Türkiyənin qorxularının aradan qaldırılacağına əminik” fikri isə daha çox İsveçin və Finlandiyanın konsensusa gəlməyə məcbur ediləcəyini göstərir. Başqa sözlə, ABŞ özünün şimali Avropa planlarından, daha doğrusu Rusiyaya şimal təhdidi yaratma niyyətindən bu qədər asan vaz keçməyəcəyini göstərir. Bunun isə ən asan yolu iki Skandinav dövlətinin Türkiyənin tələblərini yerinə yetirməsidir. Nəticə etibarı ilə, ABŞ bu məsələni iyunun 28-də tam həll etməyi planlaşdırır.
NATO zəmanət verə bilmir
NATO Baş katibi Yens Stoltenberq isə məsələ ilə bağlı ABŞ-dan fərqli olaraq pozitiv danışmır. O, Amerikanın “Politico” qəzetinin təşkil etdiyi tədbirdə bildirib ki, İsveç və Finlandiyanın tezliklə Şimali Atlantika Alyansına üzv olacağına zəmanət verə bilməz. “Amma mənim məqsədim həmin dövlətlərin tezliklə Alyansa üzvlüyünü təmin etməkdir. Alyans daxilində bir və ya bir neçə müttəfiqin digərləri ilə razılaşmaması ilk dəfə deyil”, deyə o əlavə edib.
Bu isə o deməkdir ki, baş katib prosesin iyunun 28-də tamamlanacağına inanmır. Onsuz da Avropa kontingentində siyasi-hərbi parçalanmalara meyillərin gücləndiyi bir dövrdə Türkiyəni narazı salmaq isə nə ABŞ-ın, nə də bütövlükdə NATO-nun maraqlarına uyğun gəlmir. Bu gün iqtisadi böhranla üz-üzə dayanan köhnə qitəni Rusiyaya qarşı “ayaqda saxlayan” məhz NATO-ya olan ümididir. Bu ümidin puç olması isə nəinki müharibənin, hətta dünya liderliyi uğrunda mübarizənin uduzulması demək olacaq. O baxımdan, Stoltenberqin xüsusi ehtiyatla səsləndirdiyi fikirlər, bir mənada da ABŞ-a mesajdır. Qurum daxilində monolitliyin qorunması üçün iki yol var: ya İsveç və Finlandiya qeyri-müəyyən müddətə Alyans arzusunu unutmalı, ya da hər iki ölkəyə Türkiyənin tələblərini yerinə yetirməsi üçün təzyiq olunmalıdır. Əks halda iyunun 28-i birləşmə yox, parçalanma “ziyafətinə” çevrilə bilər...
Xəbər lenti
Hamısına baxDünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47

