Avropa etiraf edir...
07.06.2022 [09:57]
M.FEYİZLİ
Artıq 100-cü günü arxada qalan Rusiya-Ukrayna müharibəsinin başlaması ilə bağlı polemikalar səngimək bilmir. Səsləndirilən fikirlər, irəli sürülən versiyalar bir sıra hallarda daban-dabana ziddiyyət təşkil edir. Tarix boyunca çoxsaylı müharibə məşəqqətləri ilə üz-üzə qalan bəşəriyyətin XXI əsrdə yenidən növbəti bir dağıdıcı müharibənin sərt sınağına çəkilməsi suallar doğurur. Müharibə niyə başladı və burada kim günahkardır?
Başda ABŞ olmaqla Qərb sualın cavabı olaraq Rusiyanı nişan verir. İlk baxışda bu qəbildən olan dəyərləndirmələrdə həqiqət payı yox deyil. Bəli, müharibə düyməsini məhz Rusiya basıb və bu ölkənin qoşunları suveren dövlətin beynəlxalq birlik tərəfindən tanınan sərhədlərini pozaraq onun bir sıra yaşayış məntəqələrini zəbt edib. Hazırda Ukraynanın ağır artileriya atəşinə məruz qalan ayrı-ayrı şəhərləri xarabalıqları xatırladır. Milyonlarla insan dogma ev-eşiyini tərk edərək başqa ölkələrə sığınıb, aralarında uşaqlar, qadınlar da olmaqla ölənlərin, yaralananların sayı həddindən artıq çoxdur və bu barədə müxtəlif rəqəmlər səsləndirilir. Bütün bunları nəzər aldıqda, əlbəttə ki, müharibə düyməsini ilk basan Rusiyanın üzərinə böyük məsuliyyət düşdüyünü inkar etmək mümkün deyil...
Müharibə tərəfi olan Rusiyadan isə fərqli açıqlamalar eşidilir. İndiyədək prezident Vladimir Putin, xarici işlər naziri Sergey Lavrov və digər rəsmilər səviyyəsində müharibənin başlamasının baiskarı kimi ABŞ, Avropa və Şimali Atlantika Alyansı (NATO) göstərilib. Bildirilib ki, başda ABŞ olmaqla Qərb Rusiyaya müharibəni başlamamağa heç bir şans qoymayıb. Bu qəbildən olan açıqlamalarda əsas arqumentlərdən biri kimi, zamanında Rusiya ilə NATO arasında alyansın şimal qonşumuzun sərhədlərinə doğru genişlənməsinin məhdudlaşdırılmasını özündə ehtiva edən sənədin imzalanması göstərilir. Bu sənədə əsaslanan Rusiya Ukraynanın NATO-nun sıralarına daxil olması məsələsinin yenidən gündəmə gəlməsini həzm edə bilməyib, buna kəskin etirazını bildirib. Aparılan səmərəsiz danışıqların nəticəsi isə müharibə düyməsinin basılması olub.
Beynəlxalq birlikdə Rusiyanın əsaslandırılmaları subyektiv fikirlər kimi qəbul olunsa da, müharibə uzandıqca və onun fəsadları artdıqca Qərbin də ünvanına ittihamlar artmaqdadır. Nə qədər paradoksal görünsə də, müharibə etirafları bu gün həm də Avropanın özündə də eşidilməkdədir. Avropa Parlamentinin (AP) Fransanın “Milli birlik” partiyasından olan deputatı Terri Mariani Avropa İttifaqında (Aİ) anti-Rusiya ritorikasının səbəblərini açıqlayıb. Onun sözlərinə görə, Aİ-də belə bir əhval-ruhiyyənin yaranması və münasibətlərin kəskinləşməsi Şərqi Avropa ölkələrinə görədir. Deputat müvafiq açıqlama ilə “Valeurs Actuelles” qəzetinin əməkdaşı ilə söhbətində bildirib. Onun sözlərinə görə, Aİ-nin Şərqə doğru genişlənməsi düşünülməmiş və tələsik addım olub, buna görə də qurum yeni üzvlərin təsir dairəsinə düşüb. “Brüssel Rusiya ilə münasibətlərdə tarixən bu ölkə ilə düşmənçilik mövqeyində olmayan və ümumi rifaha can atan Cənubi Avropa ölkələrinin rəyini nəzərə almadan, Şərqi Avropa dövlətlərinin təsiri altına düşüb. Aİ-nin rəhbərliyi öz siyasətini Şərqə doğru aparıb, həmin ölkələr də tarixən Rusiya ilə düşmənçilik münasibətlərində olublar. Rusiya Federasiyasının Ukraynada xüsusi əməliyyata başlamasının əsas səbəblərindən biri məhz budur”, - deyə siyasətçi bildirib. Deputat əlavə edib ki, əgər Aİ başqa pozisiyadan çıxış etsə idi, biz Rusiya ilə ixtilaflardan kənarda qala bilərdik və Ukrayna böhranı baş verməzdi.
Göründüyü kimi, Rusiya və Qərb dağıdıcı müharibənin peşmançılığını və məsuliyyətini birlikdə bölüşməyə çalışaraq bir-birilərinin ünvanına sərt ittihamlar səsləndirirlər. Müharibə poliqonu isə Ukraynadır. Qərbin və Rusiyanın düşmənçiliyinin, ziddiyyətli münasibətlərinin, eləcə də siyasilərin səhv qərarlarının acı fəsadlarını sadə insanlar öz həyatlarında yaşamaq məcburiyyətində qalıblar.
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

