Erməni revanşistlərin yeni şousu
02.06.2022 [10:42]
Bu dəfə parlamentdə olacaq
Taleh AĞAVERDİYEV
İki aya yaxındır ki, Ermənistanda radikal müxalifət etiraz aksiyaları keçirir. Hər dəfə revanşistlər hansısa yeni mərhələ elan edirlər, lakin iştirakçıların tərkibi və sayı dəyişmir. Nə “vətənpərvər” şüarlar, nə daha yaxşı həyat vədləri, nə də müxalifətçi estrada ulduzlarının pulsuz konsertləri belə kömək etmir. Ermənistanın sıravi vətəndaşları onları mövcud hakimiyyəti devirməyə məcbur etmək üçün edilən bütün cəhdlərə biganə qalırlar. Revanşistlər isə buna görə onları yolları bağlayaraq, nəqliyyatın hərəkətini pozmaqla “cəzalandırırlar”, bununla da insanların alışdığı həyat tərzini pozurlar. Beləliklə, “Qarabağ klanı”ndan olan hazırkı müxalifətin kölgə liderləri - keçmiş prezidentlər Robert Köçəryan və Serjik Sarkisyan hakimiyyətdə olduqları illərdəki kimi, erməni xalqına ancaq itkilər, məşəqqətlər və qurbanlar gətirməkdə davam edirlər.
Mayın 22-də Brüsseldə Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin vasitəçiliyi ilə aparılan danışıqlardan sonra radikal müxalifət Paşinyana hücum edərək, onu növbəti dəfə xəyanətdə ittiham edib. Müxalifəti xüsusilə Şarl Mişelin bəyanatında ATƏT-in Minsk qrupuna, Dağlıq Qarabağa və onun xəyali statusuna istinadların olmaması qıcıqlandırıb. Avropa Şurasının sədri konkret olaraq öz bəyanatında erməni revanşistlərin tarixi geri çevirmək ümidlərini birdəfəlik dəfn edib.
Bununla bağlı Ermənistan siyasətinin yeni “ulduzu”, müxalif “Ermənistan” fraksiyasından olan parlamentin vitse-spikeri İşxan Saqatelyan etiraz aksiyalarının növbəti “yeni mərhələsi”ni elan edib və onların adını “Yeni Qarabağ Hərəkatı” qoyub. Artıq iyunun 1-də Ermənistanın “Hraparak” qəzeti erməni müxalifətinin yaxın günlərdə küçə etirazlarının başa çatdığını elan edəcəyini yazıb. Məlumata görə, “müxalif siyasi qüvvələr belə qənaətə gəliblər ki, hərəkatın rebrendinqə, yeni simalara, yeni ssenarilərə ehtiyac var və bunun üçün taym-aut lazımdır”.
Köçəryanın marioneti olan Saqatelyan həm də bir müddət əvvəl bildirib ki, iyunun 3-də müxalifətdə olan “Hayastan” və “Şərəfim var” fraksiyalarının tələbi ilə Ermənistan parlamentinin növbədənkənar iclası çağırılaraq, Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə münasibətləri ilə bağlı bəyanat qəbul ediləcək. Daşnakın səsləndirdiyi bəyanat layihəsində deyilir ki, revanşistlər Qarabağın Azərbaycanın tərkibində qalmasını nəzərdə tutan istənilən sülh müqaviləsini istisna edirlər. Bundan əlavə, revanşistlər Qarabağla Ermənistan arasında “etibarlı quru dəhlizi”nin yaradılmasını “tələb edirlər”. Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyasına gəlincə, Saqatelyanın fikrincə, bu, “bütün hərbi əsirlər geri qayıtmayana qədər” mümkün deyil.
Bir sözlə, erməni revanşistləri parlamentdə “səsvermə” yolu ilə “Qarabağın taleyini” həll etməyi planlaşdırırlar...
Təəccüblüdür ki, radikal müxalifətin fantazistləri hələ də nəyisə tələb edə biləcəklərini düşünürlər. Bütün dünya Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi çoxdan tanısa da, onlar yorulmadan hansısa statusla bağlı gülünc iddialarını təkrarlamaqda davam edirlər. Radikal müxalifət nümayəndələri Ermənistanın imkan və resurslarına uyğun gəlməyən sərt bəyanatlar verməklə Qarabağ bölgəsinin erməni əhalisini çaşdırır, onlara yalan vədlər və heç vaxt baş tutmayacaq ümidlər verirlər.
Faktiki olaraq radikal müxalifət Ermənistanda hakimiyyəti ələ keçirmək üçün müharibə alovunu yenidən yandırmağa hazırdır. Görünür, reallıqdan qopan revanşistlər hələ də anlaya bilməyiblər ki, Azərbaycan tərəfi xoşməramlılıq jesti olaraq 2020-ci il noyabrın 10-da hərbi əməliyyatları dayandırıb. Buna cavab olaraq separatçılar özlərinə gəlməli və dinc yolla Azərbaycan cəmiyyətinə inteqrasiya olunmalı idilər. Bundan əlavə, Azərbaycan 10 noyabr 2020-ci il tarixli imzalanmış üçtərəfli bəyanatdan irəli gələn öhdəliklərə sadiq qalaraq əsir götürdüyü bütün erməni hərbçilərini azad edib. Hazırda Azərbaycanda yalnız atəşkəs rejimindən iki həftə sonra yaxalanan diversantlar və terrorçular var. Üstəlik, ölkəmiz artıq Aİ və Rusiyanın xahişlərini nəzərə almaqla Ermənistana jest edib və onların bir qismini minalanmış ərazilərin kifayət qədər qeyri-dəqiq xəritələri müqabilində qarşı tərəfə təhvil verib.
Parlamentdə səs üstünlüyünə malik olan hakim “Vətəndaş müqaviləsi” fraksiyası siyasi şantajlara uymayacağını və qeyd olunan iclasda iştirak etməyəcəyini bildirib. Bu isə artıq onu deməyə əsas verir ki, radikal müxalifətin toplanışı növbəti, mənasız şoudan başqa bir şey olmayacaq. Üstəlik, parlamentin spikeri Alen Simonyan müxalifət deputatlarının mandatlarının əlindən alınması xahişi ilə parlament şurasına müraciət etmək niyyətindədir, çünki “istədikləri vaxt iclaslara gəlmək və onları buraxmaq yolverilməzdir”. Müxalifətin çağırdığı növbədənkənar iclasına toxunan spiker hakimiyyətin əleyhdarlarının “dalanda” olduqlarını və çıxış yolu tapmağa çalışdıqlarını ehtimal edib: “Bu, onlara mənliklərini xilas etmək üçün kömək etməli olan saxta prosesdir. Axı demişdirlər ki, küçələrə çıxırlar və bir daha qayıtmayacaqlar”.
Buna baxmayaraq, qeyd etmək lazımdır ki, Ermənistan hakimiyyətinin bir çox nümayəndələrinin sülh nizamlanması ilə bağlı mövqeyi radikal müxalifətin mövqeyindən çox da fərqlənmir. Sadəcə olaraq, rəsmi İrəvan özünü elə göstərir ki, guya sülh sazişinin əldə olunması, sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat dəhlizlərinin açılması və bununla bağlı bütün məsələlərin həllinin tərəfdarıdır, Ermənistan müxalifəti isə açıq şəkildə bütün bunları rədd edir, sülh və dialoqun əldə olunmasına qarşı çıxır. Buna misal olaraq həm Paşinyanın özünün parlamentdə hökumət saatı zamanı çıxışı, həm də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın, yaxud Ermənistanın baş nazirinin müavini Mher Qriqoryanın son təxribat xarakterli bəyanatlarını göstərmək olar. Onların son bəyanatlarından aydın oldu ki, İrəvan tərəflərin Brüsseldə razılaşdıqlarını yerinə yetirmək fikrində deyil.
Ümumiyyətlə, artıq bir qaydaya çevrilib ki, hər danışıqlardan sonra ya Ermənistanda etirazlar, ya da dövlət sərhədində təxribatlar başlayır. Ermənistandakı etiraz aksiyaları, eləcə də Ermənistan tərəfinin Azərbaycan ordusuna qarşı təxribatları eyni məqsədə xidmət edir - üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmək və sülh müqaviləsinin bağlanmasının qarşısını almaq. Müxalifətin nisbi zəifliyi və sayının azlığı, Paşinyanın guya bütün razılaşmaları həyata keçirmək istəyi sonuncunun hakimiyyətdə qalması üçün lazım olan balansı yaradır.
İkinci Qarabağ müharibəsi geosiyasi tarazlığı dönməz şəkildə Bakının xeyrinə dəyişdi. Azərbaycanın arqumentləri ədalətli, sadə və başadüşüləndir, beynəlxalq hüquq normalarına və konkret sənədlərə əsaslanır. Ermənistan tərəfinin “arqumentləri” isə həmişə Azərbaycanın ərazilərini qeyri-müəyyən müddətə işğal altında saxlamaq istəyindən ibarət olub. Münaqişəni “donmuş” vəziyyətdə saxlamaqdan bəhrələnən bəzi ölkələrin planlarına baxmayaraq, Azərbaycan öz məqsədinə çatmaq iqtidarında olduğunu artıq sübut edib. Artıq dünyada erməni revanşistlərindən başqa hamı başa düşür ki, köhnə günlərə qayıtmaq mümkün deyil.
Xəbər lenti
Hamısına baxDünya
13 Yanvar 11:48
Sosial
13 Yanvar 11:28
YAP xəbərləri
13 Yanvar 11:16
Siyasət
13 Yanvar 11:12
İqtisadiyyat
13 Yanvar 11:11
İqtisadiyyat
13 Yanvar 11:10
Sosial
13 Yanvar 11:09
Sosial
13 Yanvar 10:54
İqtisadiyyat
13 Yanvar 10:35
Siyasət
13 Yanvar 10:31
Hadisə
13 Yanvar 10:26
Analitik
13 Yanvar 10:17
Analitik
13 Yanvar 09:59
Dünya
13 Yanvar 09:50
Dünya
13 Yanvar 09:45
Analitik
13 Yanvar 09:36
Hadisə
13 Yanvar 09:21
Analitik
13 Yanvar 09:11
Sosial
13 Yanvar 08:51
Sosial
13 Yanvar 08:38
Gündəm
13 Yanvar 08:14
Dünya
13 Yanvar 07:10
Dünya
13 Yanvar 07:10
Dünya
12 Yanvar 23:47
YAP xəbərləri
12 Yanvar 23:25
Elm
12 Yanvar 23:12
YAP xəbərləri
12 Yanvar 23:07
Hadisə
12 Yanvar 22:58
YAP xəbərləri
12 Yanvar 22:32
Sosial
12 Yanvar 22:17
Dünya
12 Yanvar 21:46
Dünya
12 Yanvar 21:20
YAP xəbərləri
12 Yanvar 21:19
Dünya
12 Yanvar 20:52
YAP xəbərləri
12 Yanvar 20:46
YAP xəbərləri
12 Yanvar 20:37
Dünya
12 Yanvar 20:10
İqtisadiyyat
12 Yanvar 19:49
YAP xəbərləri
12 Yanvar 19:24
İqtisadiyyat
12 Yanvar 19:15
YAP xəbərləri
12 Yanvar 18:31
İdman
12 Yanvar 18:25
Sosial
12 Yanvar 18:25
Siyasət
12 Yanvar 18:17
YAP xəbərləri
12 Yanvar 18:00
YAP xəbərləri
12 Yanvar 17:47
Sosial
12 Yanvar 17:14
Siyasət
12 Yanvar 16:50
Siyasət
12 Yanvar 16:49
Siyasət
12 Yanvar 16:33
Siyasət
12 Yanvar 16:32
Siyasət
12 Yanvar 16:32
Sosial
12 Yanvar 16:31
YAP xəbərləri
12 Yanvar 16:15
Dünya
12 Yanvar 16:08
Sosial
12 Yanvar 16:06
YAP xəbərləri
12 Yanvar 15:29
Gündəm
12 Yanvar 15:22
YAP xəbərləri
12 Yanvar 15:13
Hərbi
12 Yanvar 14:21
İqtisadiyyat
12 Yanvar 14:06
Sosial
12 Yanvar 13:11
İqtisadiyyat
12 Yanvar 13:10
İqtisadiyyat
12 Yanvar 13:10
Hadisə
12 Yanvar 13:09
İqtisadiyyat
12 Yanvar 12:47
Müsahibə
12 Yanvar 12:45
Hadisə
12 Yanvar 12:02
YAP xəbərləri
12 Yanvar 11:42
Siyasət
12 Yanvar 11:36

