BMT-nin Baş katibi narahatdır...
14.05.2022 [12:05]
Dünyanın müxtəlif bölgələrində aclıq geniş vüsət alacaq
Nardar BAYRAMLI
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antoniu Quterreş Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar qida çatışmazlığı səbəbindən dünyanın müxtəlif bölgələrində aclığın geniş vüsət alacağından dərin narahatlıq keçirdiyini bildirib. Baş katib bu barədə Avstriyanın kansleri Karl Nehammer və xarici işlər naziri Aleksandr Şallenberqlə birgə keçirdiyi mətbuat konfransında deyib. “Qeyd etməliyəm ki, Ukraynadakı müharibə səbəbindən üzləşdiyimiz dramatik ərzaq təhlükəsizliyi vəziyyətinə görə aclığın dünyanın müxtəlif yerlərində geniş vüsət alması riskləri məni çox narahat edir”-deyə, BMT-nin Baş katibi vurğulayıb. Antoniu Quterreşdən bir neçə gün əvvəl isə Almaniyanın iqtisadi əməkdaşlıq və inkişaf naziri Svenya Şulz “Bild” nəşrinə müsahibəsində Ukraynadakı müharibənin qlobal aclıq təhlükəsi yaratdığını deyib. Onun sözlərinə görə, bütün dünyada ərzaq qiymətləri 35 faizə yaxın artıb və hazırda rekord səviyyədədir. “Dünya quraqlıq, koronavirus pandemiyası və Ukraynadakı münaqişə səbəbindən İkinci Dünya müharibəsindən bəri ən pis aclıqla üzləşə bilər. BMT-nin hesablamalarına əsasən 2022-2023-cü illərdə aclığa məruz qalanların sayı 8-13 milyon nəfər arta bilər. Ümumdünya Ərzaq Proqramı hesab edir ki, dünyada 300 milyon nəfər aclıqdan əziyyət çəkir. Bu qiymətləndirmə daim artan istiqamətdə dəyişir. Hazırda əsas çağırış bundan ibarətdir ki, bizi İkinci Dünya müharibəsindən bəri ən böyük aclıq və milyonlarla qurban gözləyir” - deyə, alman nazir söyləyib.
Məsələ ilə bağlı qəzetimizə açıqlama verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dünya ərzaq bazarında qiymət artımları son vaxtlar daha da sürətlənib. Artıq bir sıra ölkələr ərzaq qıtlığı problemi ilə də rastlaşırlar. BMT ərzaq məhsullarının qiymətində növündən asılı olaraq 30 faizədək artım olacağı və qlobal yoxsulluğun dərinləşəcəyi barədə xəbərdarlıq edib. Millət vəkili qeyd edib ki, müharibə 68 milyard 240 milyon dollarlıq illik ixracatı olan Ukraynanın ixrac imkanlarını praktik olaraq minimumlaşdırıb: “332 milyard 200 milyon dollar illik ixracatı olan Rusiyanın bir sıra ərzaq məhsullarının yalnız daxili istehlaka yönəltməsi də qlobal bazarda təklifi azaldıb. Ərzaq tələbi isə artmaqda davam edir. Artıq əksər ölkələr preventiv addımlar atmağa başlayıblar. Bir müddət əvvəl Azərbaycanda Nazirlər Kabinetinin bir sıra ərzaq məhsulunun ixracatının tənzimlənməsi ilə bağlı qərarı da məhz önləyici məqsəd daşıyırdı. Qlobal və regional bazarlardakı qeyri-müəyyənlik fonunda qabaqlayıcı tədbirlərin güclənməsi çox vacibdir”.
Millət vəkilinin sözlərinə görə, Azərbaycanda ərzaq qıtlığı müşahidə edilməsə də, əsas ərzaq məhsulları üzrə idxaldan asılılığın tam və ya əsasən aradan qaldırılması daha prioritetləşib. Digər tərəfdən, 2025-ci ilədək dünya bazarında ərzağa tələbin artmaqda davam edəcəyi gözlənilir. Hətta 3 il sonra qlobal bazarda daha ciddi qıtlığın olacağı istisna deyil. “Bu baxımdan da, xüsusən strateji ərzaq məhsullarının yerli istehsalının genişləndirilməsi və xüsusən işğaldan azad olunan ərazilərimizin potensialından daha qısa zamanda istifadəyə başlanılması çox önəmlidir. Bütövlükdə, dünya, sadəcə qiymət artımları ilə deyil, həmçinin ərzaq qıtlığı ilə də üz-üzədir. Hər bir ölkə bu mərhələdən daha az itki ilə çıxmağa çalışacaq”, - deyə V.Bayramov vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
07 İyun 20:17
Dünya
07 İyun 19:31
Sosial
07 İyun 18:34
Sosial
07 İyun 17:12
Siyasət
07 İyun 16:13
Dünya
07 İyun 15:40
Dünya
07 İyun 14:27
Dünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19
Dünya
07 İyun 10:21
Dünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Siyasət
06 İyun 18:58
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29

