Böyük silahlanma...
12.05.2022 [10:57]
40 milyard dollar hara xərclənəcək?
Mübariz ABDULLAYEV
ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya 40 milyard dollar həcmində əlavə yardım göstərilməsi barədə qanun layihəsini dəstəkləyib. Nümayəndələr Palatasının iclası Amerika parlamentinin aşağı palatasının saytında yayımlanıb. Qanun layihəsinin lehinə 368, əleyhinə isə 57 konqresmen səs verib. Bundan sonra sənəd Senata təqdim olunacaq. Qanun layihəsi yuxarı palatada da bəyəniləcəyi təqdirdə imzalanmaq üçün prezident Co Baydenə göndəriləcək. Senatda demokratik çoxluğun lideri Çak Şumer (Nyu-York ştatı) səsvermənin mümkün qədər tez təşkil olunacağını vəd edib.
Ukraynaya növbəti yardım paketi ilə bağlı təklif prezident Co Baydendən gəlib. ABŞ prezidenti bundan əvvəl parlamentarilərdən Ukraynanın dəstəklənməsi məqsədilə yuxarıda qeyd olunan məbləğdən 7 milyard dollar az vəsait ayrılmasına razılıq vermələrini xahiş etmişdi. Onun təklif etdiyi 33 milyard dollarlıq yardım paketində 20,4 milyard dollar vəsaitin Kiyevin hərbi və təhlükəsizlik məsələlərinə, 8,5 milyard dolların isə Ukrayna iqtisadiyyatına yardım məqsədilə ayrılması nəzərdə tutulmuşdu. ABŞ prezidenti Ukraynaya növbəti yardım paketinin daha tez müddətdə imzalanmasını istəyirdi. “Mən Konqresi Ukraynanın əlavə maliyyələşdirilməsi ilə bağlı qanun layihəsi qəbul etməyə və onu yaxın bir neçə gündə mənim masama göndərməyə çağırıram”, - deyə Co Bayden parlamentarilərə müraciətində vurğulayıb. ABŞ prezidenti onu da əlavə edib ki, Ukraynaya əvvəllər göndərilən yardımlar artıq tükənib.
Xatırladaq ki, yeni təklif olunan paketdən əvvəl ABŞ Ukraynaya 8 dəfə müxtəlif həcmlərdə yardımlar göstərib. Son olaraq Co Bayden cari ilin aprelində Ukraynaya 800 milyon dollar həcmində yardım göstərilməsi barədə sənədi imzalayıb. Bütövlükdə, Amerikanın bütün paketlər üzrə Ukraynaya göstərdiyi rəsmi yardımların dəyəri 3,35 milyard dollara bərabərdir. 2021-ci ilin martından göstərilən yardımları da nəzərə alsaq, bu rəqəm 4 milyard dollara çatır. Bir qədər bundan əvvəl isə ABŞ prezidenti Ukraynaya böyük həcmlərdə müxtəlif növ silahların güzəştli satışını özündə ehtiva edən lend-liz barədə qanunu təsdiqləyib. ABŞ-ın belə bir qanunu təsdiqləməsi ilk dəfə deyil ki, baş verir. Bu ölkə İkinci Dünya müharibəsi illərində də lend-liz barədə qanun imzalayıb. Həmin qanuna əsasən, anti-Hitler koalisiyasında yer alan müttəfiqlər silah və bir sıra digər strateji əhəmiyyətli materiallarla təchiz edilib. Müttəfiqlər sırasında sonradan Rusiyanın özünü varis elan etdiyi keçmiş Sovet İttifaqı da var idi.
Gözlənildiyi kimi, nümayəndələr palatasının iclasında Ukraynaya növbəti yardım paketi ətrafında müzakirələr qızğın keçib. Parlamentarilər dövlət başçısının təklifini dəstəkləməklə yanaşı, yardım məbləğinin artırılaraq 40 milyard dollara çatdırılmasını istəyiblər. Qanun layihəsində son variant kimi məhz bu rəqəm öz əksini tapıb.
Bəs Ukraynaya növbəti mərhələdə ayrılacaq 40 milyard dollar hansı məqsədlərə xərclənəcək? Ekspertlər bunu Ukraynanın böyük silahlanmasına yol açan yardım kimi səciyyələndirirlər. Sözügedən qanun layihəsi özündə Ukraynaya hərbi, iqtisadi və humanitar sahələrdə yardım göstərilməsini ehtiva edir. Bildirilir ki, yeni qanun layihəsində Ukraynaya silah göndərilməsi və təhlükəsizlik sahəsində dəstək məqsədilə 6 milyard dollar nəzərdə tutulub. 8,7 milyard dollar həcmində vəsait Ukraynaya iqtisadi kömək və dövlət xidmətlərində işlərin maliyyələşdirilməsinə yönəldiləcək. Ukraynaya və digər ölkələrə 5 milyard dollarlıq ərzaq yardımı göstəriləcək. 900 milyon dollar ukraynalı qaçqınların dəstəklənməsinə ayrılacaq. Bundan başqa, Amerika qoşunlarının Avropada möhkəmlənməsi məqsədi üçün 3,9 milyard dollar ayrılacaq. “Yeni qanun layihəsində nəzərdə tutulan əlavə resurslar Ukraynaya daha çox silah göndərməyimizə imkan verəcək. Bu vəsaitlər, həmçinin NATO ölkələrinin ərzilərində ABŞ qoşunlarının dəstəklənməsinə və onların arsenalının möhkəmləndirilməsinə şərait yaradacaq”, - deyə ABŞ prezidentinin mətbuat katibi Cen Psaki vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
07 İyun 20:17
Dünya
07 İyun 19:31
Sosial
07 İyun 18:34
Sosial
07 İyun 17:12
Siyasət
07 İyun 16:13
Dünya
07 İyun 15:40
Dünya
07 İyun 14:27
Dünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19
Dünya
07 İyun 10:21
Dünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Siyasət
06 İyun 18:58
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29

