Fransızlar Makronu seçdilər
26.04.2022 [10:44]
O, siyasətində hansı yeniliklər edəcək?
Nardar BAYRAMLI
Aprelin 24-də Fransada keçirilən prezident seçkilərinin ikinci turunda indiki dövlət başçısı Emmanuel Makron rəqibinə qalib gəlib. Fransa Daxili İşlər Nazirliyinin məlumatında bildirilir ki, prezident seçkilərinin ikinci turunun nəticələrinə əsasən Makron 58,5 faiz, onun rəqibi Marin Le Pen isə 41,5 faiz səs toplayıb. Seçicilərin 70 faizə qədəri səsvermədə iştirak edib. Artıq Fransanın yenidən seçilmiş prezidenti Emmanuel Makronun andiçmə mərasimi ilə bağlı bəzi detallar da məlum olub. Belə ki, Makron təkrar seçildiyi üçün hakimiyyətin təhvil-təslimi aparılmayacaq və yeni prezident qırmızı xalçanın üzərindən addımlamayacaq. Prosedura görə, Yelisey sarayının “Mərasim” zalında Konstitusiya Şurasının sədri Loran Fabius yeni dövlət başçısını qarşılayaraq onun seçildiyini rəsmən elan edəcək. Ardınca Makron çıxış edəcək, çıxışdan sonra isə yeni prezident fəxri qarovulun önündən keçəcək. Mərasimin dəqiq vaxtı məlum deyil. Lakin Fransa qanunvericiliyinə görə, tədbir ən geci mayın 13-də keçirilə bilər.
Bəs Makronun yenidən prezident seçilməsi Fransa üçün nə vəd edir? Bu ölkənin Azərbaycanla münasibətlərində hansısa yeniliklər gözlənilirmi? Məsələ ilə bağlı qəzetimizə açıqlama verən Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov deyib ki, Fransada keçirilən prezident seçkilərinin nəticələri bu ölkənin fəal xarici siyasət kursunu davam etdirəcəyini söyləməyə əsas verir: “Emmanuel Makron ötən müddətdə Fransanın beynəlxalq siyasətdə mövqelərini gücləndirən dinamik siyasət yürüdüb. Bura Cənubi Qafqazdakı proseslərə daha ciddi təsir etmək cəhdləri də daxildir”. Millət vəkili hesab edir ki, Azərbaycan Fransa ilə münasibətlərə hər zaman xüsusi önəm verib və iki ölkə arasında əlaqələri gücləndirmək üçün böyük potensial mövcuddur.
Soltan Məmmədovun fikrincə, Fransa müəyyən məqamlarda Azərbaycanla münasibətlərdə soyuqluğa səbəb olan addımlar atsa da, son dövrlərdə baş verən pozitiv hadisələr rəsmi Parisin Cənubi Qafqaz siyasətinə regionda yaranmış yeni reallıqlar kontekstindən baxmağa çalışdığını göstərir: “Fransanın Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına yönəlmiş təşəbbüsləri, eləcə də işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsində, bərpa-quruculuq işlərində iştirak etmək arzusunu bəyan etməsi göstərir ki, Makron administrasiyası 44 günlük müharibənin yaratdığı reallıqları qəbul edib. Fransa mahiyyət etibarilə ATƏT-in Minsk qrupunun faktiki mövcud olmadığını da qəbul edir. Bris Rokfeyin Xarici İşlər Nazirliyinin Şərq Tərəfdaşlığı məsələləri üzrə nümayəndəsi kimi təqdim olunması məhz bu yeni yanaşmanın təzahürüdür. Görünür, regionda yaranmış yeni təhlükəsizlik konfiqurasiyası Fransanın öz mövqelərini itirməmək üçün həm Azərbaycan, həm də Ermənistanla münasibətlərdə tarazlığı qorumağın vacib olduğuna inandırıb”.
Milli Məclisin deputatı bildirib ki, Fransa Avropanın aparıcı dövlətlərindən biri kimi, qitənin enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın mühüm rola malik olduğunu nəzərə alır: “Bu, indiki mürəkkəb geosiyasi reallıqlar kontekstində xüsusilə mühüm əhəmiyyətə malikdir. Bizim ölkələrimizin maraqlarını birləşdirən ortaq nöqtələr çoxdur. Hesab edirəm ki, bu ortaq nöqtələr münasibətlərdə qarşılıqlı etimadın bərpası və daha da möhkəmləndirilməsi üçün yaxşı zəmin yaradır. Azərbaycan müstəqil və açıq siyasət yürüdür. Beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş olduğunu dəfələrlə sübut edib. Bu baxımdan, düşünürəm ki, Fransa Cənubi Qafqazda fəal aktorlardan biri kimi qalmaq istədiyi təqdirdə Azərbaycanla əlaqələrə xüsusi önəm verməyə çalışacaq. Hesab edirəm ki, münasibətlərin gələcəyi ilə bağlı optimist düşünməyə əsas verən amillər yetərincədir”.
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Gündəm
21 İyul 16:29
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57

