Xankəndi boşaldı
21.04.2022 [10:05]
Ermənistandan çıxanlar da günü-gündən çoxalır...
Məlik MƏMMƏDOV
44-günlük Vətən müharibəsində məğlubiyyətdən sonra erməni əhalisinin Qarabağdan kütləvi şəkildə qaçacağı ilə bağlı proqnozlar özünü doğruldur. Bunu Qarabağda mənzil satışının artımı da göstərir.
Bəzi məlumatlara görə, Qarabağda 5 minə yaxın mənzil və ev satışa çıxarılıb. Ermənistanın daşınmaz əmlak saytları (məsələn, list.am, full.am və s), eləcə də sosial səhifələrdə apardığımız monitorinqlər göstərir ki, təkcə aprel ayında Xankəndində minlərlə mənzil və torpaq sahəsi satışa çıxarılıb. Oxşar vəziyyət Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında yerləşən Xocavənd, Ağdərə və Qarabağın digər yaşayış məntəqələrində də müşahidə olunur. Ermənilər Azərbaycanın hüquqi məkanını tez bir zamanda tərk etmək üçün mülklərini tələsik satırlar. Eyni zamanda, satıcılar daşınmaz əmlakı (üstəlik mebellə birlikdə) elanda göstərilən qiymətdən xeyli aşağı qiymətə satmağa hazır olduqlarını nümayiş etdirirlər. Təki ayaqları altında yanmağa başlayan və onlara heç vaxt doğma ola bilməyən torpağı tərk etsinlər.
Maraqlıdır ki, daşınmaz əmlakın satışı ilə bağlı çoxlu sayda təkliflər arasında kiçik sahəsi olan və təmirsiz evlərə və ya mənzillərə nadir hallarda rast gəlinir. Onların sahibləri aztəminatlı insanlardır və Ermənistanın özündə daşınmaz əmlakın qiymətlərinin xeyli yüksək olduğunu və bu pula, tutaq ki, İrəvanda ev və ya mənzil ala bilməyəcəklərini anlayaraq mənzillərini satmaq istəmirlər. Bundan əlavə, təcrübə göstərdi ki, Ermənistanda Qarabağ erməniləri heç kimə lazım deyil. Bu gün 44 günlük müharibə zamanı və ondan sonra Ermənistan ərazisinə köçən Qarabağ ermənilərinin çoxu orada da “lazımsız” olduqlarını anlayaraq Rusiyaya və ya Qərbə mühacirət etməyə məcbur olublar.
İnsanlar onilliklər boyu iqtisadi blokadada yaşamaqdan yorulublar. Qarabağda yaşayan ermənilər faktiki olaraq keçmiş prezidentlər - Serj Sarkisyan və Robert Köçəryanın simasında “Qarabağ klanı”nın girovuna çevrildiklərini, onlardan siyasi alət kimi istifadə olunduqlarını dərk ediblər. İkinci Qarabağ müharibəsində Azərbaycanın tarixi qələbəsi “Qarabağ məsələsi”ni keçmişdə qoyub, yeni geosiyasi reallıqlar formalaşdırıb. Brüsseldə əldə olunan razılaşmalar, Ermənistanın baş naziri Paşinyanın Moskvaya son səfəri açıq şəkildə göstərir ki, separatçıların Qarabağa xüsusi status verilməsi məsələsini gündəmə gətirmək və sülh müqaviləsinin imzalanması prosesini uzatmaq üçün bütün cəhdləri, həmçinin Rusiyaya qoşulmaq xəyalları uğursuzluğa məhkumdur.
Bu baxımdan, hər səhər Şuşadan eşidilən azan və Azərbaycan musiqisi sədaları altında oyanan sülhməramlıların müvəqqəti məsuliyyət zonasında yaşayan ermənilərin əhval-ruhiyyəsi və bədbinliyi pisləşməkdə davam edir.
Üstəlik, təkcə Qarabağda deyil, Ermənistandan da əhalinin kütləvi axını müşahidə olunur. Rəsmi məlumatlara görə, 2021-ci ildə ölkəni tərk edən ermənilərin sayı qayıdanların sayından demək olar ki, 44 min çoxdur. Bu, son bir neçə ilin rekordudur. Təcavüzkar siyasət ucbatından özünü təcrid vəziyyətinə salan Ermənistanın iqtisadiyyatı son nəfəsini verir. Rusiyaya qarşı tətbiq edilən sanksiyalar isə vəziyyəti daha da gərginləşdirəcək. Ermənistan əhalisinin təxminən yarısı Rusiyadan gələn pul köçürmələri hesabına yaşayır. Əmək miqrantlarının bir hissəsinin Rusiyadan qayıtması ilə əlaqədar Ermənistan rəsmiləri artıq Rusiyadan pul köçürmələrinin 40% azalacağını proqnozlaşdırırlar. Bu, ildə təxminən 350 milyon dollar itki deməkdir ki, bu da Ermənistan iqtisadiyyatı üçün sözün əsl mənasında fəlakət olacaq. Bəzi xarici ekspertlərin fikrincə, ölkədə işsizlik iki dəfədən çox arta bilər.
Əhalinin ölkədən axını müharibədən əvvəl də dayanmırdı, ona görə də indiki çətin şəraitdə onun öz-özünə azala biləcəyini gözləməyə dəyməz. Ermənistanın bu prosesləri dayandırmaq şansı varmı? Prinsipcə, var. Qarabağ erməniləri üçün ucuz qiymətə ev satıb xaricə mühacirət etməyə alternativ Azərbaycanın onun hüquqi müstəvisinə qayıtmaq təklifini qəbul etməsi, əmin-amanlıq və firavanlıq şəraitində yaşamaq ola bilər.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17

