Kozlariç Azərbaycanı niyə sevmir?
15.04.2022 [10:30]
5-ci kolon, pul, yoxsa dini sekta...
Taleh Ağaverdiyev
Azərbaycanın güclənməsi, uğurlu diplomatiyası erməni lobbisinin maliyyələşdirdiyi anti-Azərbaycan dairələri narahat etməyə bilməz. Ona görə də Azərbaycan haqqında xoşagəlməz fikirlər söyləmək üçün hər fürsətdən istifadə edirlər.
ABŞ Dövlət Departamenti 2021-ci il üçün Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı əvvəldən axıra kimi saxta ittihamlardan ibarət, tamamilə qərəzli və həqiqətə uyğun olmayan hesabat dərc edib. ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç də, təbii ki, bu xəbərə biganə qala bilməzdi. Çünki o, Azərbaycanı sevmədiyini bundan əvvəl dəfələrlə açıq-aşkar ifadə edib.
Kozlariç “eks” prefiksi özünə yaraşan xadimlər sırasına aiddir. Son 30 ilə yaxın bir müddətdə belə bir təəssürat yaranıb ki, Riçard Kozlariç dünyaya ancaq həyatını Azərbaycana qarşı qərəzli fəaliyyətə həsr etmək üçün gəlib. O, respublikamızda işləyərkən də, müxtəlif intriqalarda iştirakına görə səfirlik müddətini tam icra etmədən geri çağırılandan sonra da Bakıya qarşı işləyib və indi də işləyir.
Bu şəxs üç il (1994-1997) ABŞ-ın Azərbaycandakı səfirliyinə rəhbərlik edib. Bütün bu müddət ərzində o, ABŞ-Azərbaycan münasibətlərinin inkişafına töhfə verməkdən başqa hər şeyi edirdi. Daha çox spirtli içkilərə aludəçiliyi ilə yadda qalıb, buna görə də dəfələrlə hər cür qalmaqallarda adı çəkilib. Vaxt var idi ki, bədəni qanındakı spirt miqdarına tab gətirə bilməyən Kozlariç ayaqüstə durmaqda çətinlik çəkərək qəbulları və furşetləri yalnız işçilərinin köməyi ilə tərk edirdi...
O, eyni zamanda, bir çox Qərb ölkələrində qeyri-qanuni cərəyan kimi tanınan dini təriqətlərin fəaliyyətini fəal şəkildə təbliğ edib. Görünür, Kozlariç bir tərəfdən Azərbaycanda itaətkar “beşinci kolon” yaratmağa, digər tərəfdən də pul qazanmağa çalışıb. Bu da məlumdur ki, eks-səfir müəyyən tapşırıqları yerinə yetirərək təxribatçılıqla da məşğul olub.
Amma o illərdə Kozlariç vəzifəsinə görə açıq hərəkət edə bilmirdisə və maska taxmağa məcbur olurdusa, bu gün onun qarşısını kəsəcək diplomatik missiyası yoxdur. Vəzifələrini və nüfuzunu itirəndən sonra o, erməni müştərilərinə vaxtaşırı özünü xatırladaraq ayaqda qalmağa çalışır. Bu gün eks-səfir Azərbaycan əleyhinə şouların daimi iştirakçısıdır, KİV-lərdə müvafiq yazıların müəllifidir. O, dəfələrlə Azərbaycan əleyhinə bəyanatlar verib, ölkəmizə qarşı sanksiyaların tətbiqinə çağırıb, açıq şəkildə ermənipərəst mövqedən çıxış edib.
Bu vəziyyətdə səssiz qalmaq və ömrünü Azərbaycana qarşı qarayaxma kampaniyasına həsr edən birisini ifşa etməmək sadəcə mümkün deyil.
Xəbər lenti
Hamısına baxDünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55

