Brüssel görüşü vaxtı...
08.04.2022 [09:53]
Ermənilərin hərbi təxribatı danışıqlara zərbə vurmağa hesablanıb
Nardar BAYRAMLI
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə aprelin 6-da Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüşün keçirildiyi vaxt Ermənistan hərbi birləşmələri dövlət sərhədində təxribat törədib. Belə ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 6-sı axşam saatlarında dövlət sərhədinin Tovuzqala rayonunun Müsürskənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub. Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
Brüsseldə ölkə rəhbərləri səviyyəsində diplomatik danışıqların aparıldığı bir zamanda erməni tərəfinin törətdiyi bu hərbi təxribat hansı məqsədlərə xidmət edir? Məsələ ilə bağlı qəzetimizə açıqlamasında politoloq Ramiz Alıyev bildirib ki, hər iki ölkədə Brüsseldə keçirilən görüşün nəticələri böyük maraqla gözlənilirdi. Belə bir şəraitdə dövlət sərhədində təxribatın törədilməsi Ermənistanın ikili oyunudur. Onun sözlərinə görə, hərbi təxribat Ermənistan müxalifətinin sifarişi ilə də törədilə bilər: “Ermənistan silahlı qüvvələrində keçmiş prezidentlər Robert Koçaryanın və Serj Sarkisyanın adamları çoxdur. Demək olar ki, erməni ordusunun rəhbər heyəti daha çox Koçaryanın və Sarkisyanın adamlarından ibarətdir. Bilirsiniz ki, parlament seçkiləri ərəfəsində Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi açıq şəkildə Paşinyana qarşı çıxdı və onu bir sıra generallar da dəstəklədilər. Seçkilər zamanı generalitet daha çox Koçaryanı müdafiə etdi. Amma Paşinyan öz hakimiyyətini qoruya bildi. R.Koçaryan müxalifətdə olaraq revanşist qüvvələrin rəhbəri kimi tanınır. Buna görə də hakimiyyət orduda təmizləmə əməliyyatı aparır. Biz görürük ki, müharibədən bir ildən çox vaxt keçsə də, bu ölkədə gərginlik səngimir. Sosial-iqtisadi böhranla yanaşı, Ermənistanda siyasi-hərbi böhran da davam edir. Biz işğalçı ölkəyə müharibə dövründə elə bir zərbə vurmuşuq ki, uzun illər özünə gələ bilməyəcək. Onların çıxış yolu beynəlxalq hüquq normaları çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü tanımaq və sülh müqaviləsi imzalamaqdır. Müxalifət Brüssel görüşünə qarşı İrəvanda mitinq də təşkil etdi. Görünən odur ki, Koçaryan-Sarkisyan müxalifəti beynəlxalq hüquq normaları əsasında iki ölkə arasında sülhün əldə olunmasını istəmir. Mitinqin ardınca sərhəddə hərbi təxribatın törədilməsi də Brüssel görüşünə zərbə vurmağa hesablanıb. Amma bütün hallarda ermənilər özlərinə ziyan edirlər. Onların sülhə gəlməkdən başqa şansları yoxdur. Ona görə də, nə qədər tez düzgün qərar versələr, bir o qədər özləri üçün yaxşı olacaq”.
Politoloq qeyd edib ki, erməni hərbi birləşmələrinin təxribatlarına ordumuz layiqli cavab verir: “Müdafiə Nazirliyinin məlumatında da qarşı tərəfə adekvat cavab verildiyi bildirilir. Vətən müharibəsində erməni ordusunu darmadağın etdik. Bizim güclü ordumuz var və silahlı qüvvələrimiz güclənməkdə davam edir. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Ordusunda aparılan islahatlar çərçivəsində müasir standartlara cavab verən hərbi infrastrukturun yaradılması və bölmələrin döyüş hazırlığının yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir, Ermənistanla dövlət sərhədində yeni hərbi hissələr yaradılır. Elə ötən gün yayılan məlumata əsasən müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Quru Qoşunlarının Ümumqoşun Təlim Mərkəzində yeni inşa edilmiş inzibati binada yaradılan şərait, həmçinin təlim sahəsində görülən işlərlə tanış olub. Sonra nazirliyin rəhbər heyəti Kəlbəcər rayonunda yerləşən hərbi hissədə yaradılan şəraitlə tanış olub. Ordunun daha da güclənməsi məqsədilə 2022-ci ilin dövlət büdcəsində müdafiə xərclərinə əvvəlki ildən daha artıq vəsait ayrılıb. Yəni ordu quruculuğu, müdafiəmiz həmişə ön planda olmalıdır. Hazırda Ermənistanla sərhəddə yeni hərbi hissələrin yaradılması, onların təminatının yüksək səviyyədə təmin edilməsi də bu məqsədə xidmət edir. Yeni hərbi hissələrin yaradılması Azərbaycan ordusunun gücündən xəbər verir. Bu səbəbdən də, erməni tərəfi hərbi təxribatlara son qoymalıdır. Əks halda, dəmir yumruğu yenə də başlarının üzərində görəcəklər”.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26

