Ermənistandan ikili oyun
07.04.2022 [10:03]
Terrorçu ölkə regionda təhlükəsizliyin bərpasına imkan vermir
P. SADAYOĞLU
2020-ci ildə qəti məğlubiyyətə uğrayan Ermənistan yenidən məkrli planlar axtarışındadır. Belə ki, iki ilə yaxın müddət keçməsinə baxmayaraq, üçtərəfli Bəyanatın şərtlərinə əməl etməyən bu ölkə regionda davamlı sülhün bərpasına mane olur. İllərdir ki, özünü dünyaya məzlum obrazda təqdim etməyə çalışan Ermənistan terrorçu zehniyyətdən əl çəkmir. Sosial problemlərin əlində əsirə çevrilmiş bu ölkə özünün əsassız iddiaları ilə regional inkişafın qarşısını alır, o cümlədən də regionda təhlükəsizliyə təhdid yaradır. Məsələn, hələ də gizlincə Qarabağa çağırışçı göndərən Ermənistan müharibə təhlükəsini yenidən aktuallaşdırır. Yeri gəlmişkən, bu faktı “Ermənistan” müxalifət blokunun deputatı Qeqam Manukyan bildirib. O deyib ki, bir çox erməni anaları ümid edirdilər ki, müharibə bitəndən sonra oğulları Qarabağda xidmət etməyəcək. Amma indi orada və daha pis şəraitdə xidmət edirlər: “Hakimiyyət bizə yalan danışıb, çağırışçıları döyüş mövqelərinə göndərməmək vədini yerinə yetirməyib. Amma reallıqda valideynlər övladlarının əslində cəbhə bölgəsinə göndərildiyini görürlər”.
Digər tərəfdən, bir müddət öncə baş nazir Nikol Paşinyan da bildirmişdi ki, Qarabağdan erməni silahlı qüvvələri çıxsa, orada əhali qalmayacaq”. Yəni qanunsuz erməni silahlı dəstələrinin ərazimizdə qalmasına o, həm də bu cür haqq qazandırmağa çalışıb.
Məsələ ilə bağlı fikirlərini bölüşən politoloq İbrahim Babayev bildirib ki, Ermənistan açıq şəkildə 10 noyabr üçtərəli Bəyanatı ilə məsuliyyət daşıdığı müddəaları həyata keçirməkdən boyun qaçırır. Bu isə həmin dövlətin regionda stabilləşməyə maraq göstərmədiyini bir daha təsdiqləyir: “Ermənistan Qarabağla bağlı köhnə siyasətini yeni şəraitdə aparmağa köklənib. Başqa sözlə desək, onlar II Qarabağ müharibəsidə biabırcasına məğlub olmalarına baxmayaraq, 30 illik işğal siyasətlərini davam etdirmək istəyirlər. Bu gün iki dövlət arasında əsas məsələ delimitasiya və demarkasiya da daxil olmaqla beş bənddən ibarət problemlərin həll edilməsidir. Azərbaycan Ermənistanın bu məsələdə müsbət davranışlarına ümid edir. Amma görünən budur ki, Ermənistan heç bir müsbət addım atmaq niyyətində deyil. Azərbaycan bütün məsələlərdə beynəlxalq hüquqa, suverenliyə hörmət məsələsinə istinad edir. Ermənistan da eyni mövqeni paylaşmalıdır. Bu, qarşıdakı mərhələdə danışıqların çoxvektorlu inkişafına və effektivliyinə yaxından kömək edə bilər”.
İ.Babayevin fikrincə, Ermənistanın şərtlərlə danışması yolverilməzdir. Azərbaycan işğaldan azad edilmiş regionlarda, o cümlədən sərhəd ərazilərimizdə son bir ildə kifayət qədər möhkəm və etibarlı infrastruktur yaradıb. Orada bizim postlarımız qurulub, yollar çəkilib, müxtəlif kommunikasiyalar formalaşdırılıb. Bu, Azərbaycanın beynəlxalq aləm tərəfindən tanınmış sərhədləridir: “Biz heç kimin topağını zəbt etməmişik və atılan bütün addımlar beynəlxalq qanunlarla tanınan sərhədlərimiz çərçivəsində həyata keçirilir. Paşinyan və onun komandası anlamalıdır ki, Ermənistanın tutduğu yol onu dalana aparır. Onsuz da Azərbaycan qarşısına qoyduğu bütün hədəflərə çatacaq. Rəsmi Yerevan real situasiyanı dəyərləndirərək davamlı sülhün bərqərar olması üçün addım atmalıdır. Bu, onların yeganə xilasıdır. Qarabağa çağırışçı göndərməklə və ya orada bir neçə başıpozuq silahlı dəstə saxlamaqla heç bir uğur əldə edə bilməyəcəklər. Həmin dəstələri də digərlərinin taleyi gözləyir”, - deyə İ.Babayev əlavə edib.
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Gündəm
21 İyul 16:29
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57

