9,6 milyon avroluq yeni Fəaliyyət Planı
06.04.2022 [09:52]
Azərbaycan ilə AŞ arasında əməkdaşlığın gücləndirilməsinə yönəlib
Nurlan QƏLƏNDƏRLİ
Aprelin 4-də Prezident İlham Əliyevin Avropa Şurasının (AŞ) Baş katibinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbulu zamanı bir sıra məsələlər diqqət mərkəzində oldu - müzakirə edildi. Bunlardan biri də ölkəmizlə AŞ arasında 2022-2025-ci illəri əhatə edən Fəaliyyət Proqramının qəbul edilməsi oldu. Bu, tərəflərin əməkdaşlığı genişləndirmək niyyətini və münasibətlərin inkişafında maraqlı olduqlarını göstərir.
Azərbaycan bu zamana qədər öz hüquqi öhdəliklərini yerinə yetirən etibarlı və perspektivli tərəfdaş, məsuliyyətli dövlət kimi tanınır. Eyni zamanda, indiyə qədər tərəflər arasında 2 Fəaliyyət Planı uğurla icra olunub, bu isə əlaqələrin inkişafına mühüm töhfə verib - geniş imkanlar yaradıb. Sonuncu belə Fəaliyyət Planı 2018-2021-ci illəri əhatə edib. Həmin Fəaliyyət Planının icrası hər iki tərəfdən müsbət qiymətləndirilib, o səbəbdən bu çərçivədə əməkdaşlığın davam etdirilməsi və növbəti fəaliyyət planının razılaşdırılması istiqamətində işlərin aparılması qərara alınıb.
Azərbaycan üçün 2022-2025-ci illər üzrə Fəaliyyət Planı isə cari il fevralın 16-da Avropa Şurası Nazirlər Komitəsi tərəfindən qəbul edilib. Belə proqramlar, əsas etibarilə, yerli institutların və qanunvericiliyin Avropa Şurasının standartlarına uyğunlaşdırılması məramına - məqsədinə hədəflənir, qanunun aliliyinin və demokratik inkişafın təmin olunması əsas istiqamətlər olaraq müəyyən edilir. Başqa sözlə, sənəd Avropa Şurasına üzv ölkə kimi Azərbaycanın öz öhdəliklərini yerinə yetirməsi, milli qanunvericiliyin Avropa və beynəlxalq standartlara uyğunlaşdırılması səylərinin dəstəklənməsinə yönəlib. Fəaliyyət Planında Avropa Şurasının nizamnamə və nəzarət orqanlarının əvvəllər qəbul etdikləri qərar və tövsiyələr, habelə milli islahatlar proqramı nəzərə alınıb. Azərbaycan üçün Fəaliyyət Planının ümumi büdcəsi 9,6 milyon avrodur.
Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç-Buriç yeni Fəaliyyət Planının təqdimatı zamanı sənədin süni intellekt, narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, insan alverinə qarşı mübarizə kimi yeni əməkdaşlıq sahələrini əhatə etdiyini söyləyib. Görünən odur ki, 9,6 milyon avroluq yeni Fəaliyyət Planı Azərbaycan ilə AŞ arasında əməkdaşlığın gücləndirilməsinə yönəlib.
Xəbər lenti
Hamısına baxSosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35

