“Xankəndi əməliyyatı”nı düşünənlər...
17.03.2022 [10:11]
Erməni kəşfiyyatının dəyirmanına su tökürlər
Nicat DİLQƏMLİ
Son günlər qanunsuz erməni separatçılarının xeyli fəallaşması müşahidə edilir. Sosial şəbəkələr vasitəsilə həm Azərbaycan, həm də erməni seqmentində guya Rusiya-Ukrayna müharibəsindən istifadə edib, Xankəndində “əməliyyatlar” aparılması, bu şəhərdən əhalinin çıxarılması ilə bağlı şaiyələr dolaşmaqdadır. Əslində nə baş verir? Azərbaycan öz ərazilərində belə əməliyyatlar aparırmı? Ekspertlərin fikrincə, Azərbaycan de-yure öz ərazilərində qanunsuz silahlı dəstələrə qarşı əməliyyat aparması hüquqi cəhətdən qəbulediləndir. Amma bu gün belə əməliyyatların keçirilməsi haqqında rəsmi məlumat yoxdur. Məlumatlar yalnız sosial şəbəkələrdə dolaşır. Bu şaiyələrlə bağlı Azərbaycan Baş Prokurorluğu da bəyanat yayıb. Bəyanatda deyilir ki, süni ajiotaj yaratmaq məqsədilə dövlət qurumları ilə hər hansı dəqiqləşdirmə aparmadan yoxlanılmamış bu cür informasiyaların, səs yazılarının, foto və videogörüntülərin yayılması yolverilməz olmaqla qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Baş Prokurorluq media subyektləri və sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq etməklə diqqətə çatdırır ki, qeyd olunan neqativ hallara yol vermiş şəxslər barəsində mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görüləcək.
Bəyanatdan göründüyü kimi, siyasi ekspertlərin də fikrincə, bu tipli məlumatlar Azərbaycan - Rusiya münasibətlərinə xələl gətirmək məqsədilə yayılır. Ekspertlərin bir qismi isə bu xəbərlərin erməni kəşfiyyatı vasitəsilə yayıldığı qənaətindədirlər. Bu arada qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti erməni kəşfiyyatına məlumat ötürməkdə şübhəli bilinən Emil Məmmədovun həbsi ilə bağlı məlumat yayıb. Məlumata əsasən, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə məsuliyyətə cəlb olunaraq məhkəmənin qərarına əsasən həbs edilib.
Mövzu ilə bağlı “Yeni Azərbaycan”a danışan siyasi şərhçi İlqar Vəlizadə deyib ki, burada məqsəd Azərbaycan-Rusiya münasibətlərinə kölgə salmaqdır: “Ermənistan yaranmış hazırkı geosiyasi vəziyyətdən istifadə etməyə, məkrli planlarını həyata keçirməyə çalışır. Onların planlarına görə, sözügedən təxribatlar Azərbaycanla Rusiya sülhməramlıları arasında gərginliyə səbəb olmaqdır. Sonra isə regionda vəziyyət gərginləşəcək və yeni münaqişə ehtimallarının yaranması fonunda Ermənistan tərəfi bəzi siyasi gedişatlar edə bilərdi. Yəni münaqişə alovlanır, yeni forma alır, Ermənistan tərəfi bundan istifadə edir və üçtərəfli sazişin pozulmasına nail olur. Ssenari təxminən bundan ibarətdir.
Azərbaycan tərəfi isə proseslərdən xəbərdardır. Müdafiə Nazirliyinin yaydığı rəsmi açıqlamada da dövlətimiz cəmiyyəti müxtəlif dezinformasiyalara inanmamağa, təxribatlara uymamağa çağırır”.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51

