/ / Uşaqların müdafiəsi və onların bütün problemlərinin həlli dövlətimizin əsas prioritetlərindəndir
Uşaqların müdafiəsi və onların bütün problemlərinin həlli dövlətimizin əsas prioritetlərindəndir
29.09.2010 [09:41]
Hər bir millətin gələcəyi sayılan uşaqların sosial müdafiəsi, təhsillə bağlı problemlərinin həlli, məktəbəqədər yaş dövründə təlim-tərbiyəsi və sağlamlığı dövlətin xüsusi diqqət ayırdığı məsələlərdəndir. Əsas fəaliyyət istiqamətlərindən biri elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekoloji sahələrə aid proqram və layihələr hazırlayıb həyata keçirmək, sağlam mənəvi dəyərlərin qorunması ilə bağlı aparılan işlərdə iştirak etmək, uşaq və gənclərin hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi işinə xidmət etmək, uşaq müəssisələrinin infrastrukturlarını, səhiyyə və tibbi təsisatları inkişaf etdirmək olan Heydər Əliyev Fondunun təşkilatçılığı və dəstəyi Azərbaycanda təhsil, səhiyyə sahəsində bir sıra layihələr həyata keçirilib. Bu işdə Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə görülən işləri xüsusilə qeyd etmək lazımdır. Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində 2005-2009-cu illərdə 283 yeni məktəb binası inşa olunaraq lazımi avadanlıqlarla təchiz edilib. “Təhsilə dəstək” layihəsi çərçivəsində bir çox məktəblər yenidənqurma, təmir-bərpa işlərindən sonra istifadəyə verilib.
Fondun internat məktəbləri və uşaq evləri ilə bağlı hazırladığı proqram bu istiqamətdə həyata keçirilən ən mühüm tədbirlərdəndir. Heydər Əliyev Fondu kimsəsiz, valideyn himayəsindən məhrum, əqli və fiziki cəhətdən qüsurlu körpələrə, habelə Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində məcburi köçkün həyatı yaşayan uşaqlara qayğısını heç vaxt əsirgəmir. Fondun “Diabetli uşaqlara ən yüksək qayğı” və “Talassemiyasız həyat naminə” layihələri çərçivəsində görülən tədbirlər, ürək xəstəliyindən əziyyət çəkən körpələrin xarici ölkələrdə cərrahiyyə əməliyyatına kömək göstərməsi böyük əhəmiyyət kəsb edir.
Yeri gəlmişkən, sentyabrın 27-də Moskvada YUNESKO-nun və Rusiya Federasiyası hökumətinin təşkilatçılığı ilə kiçikyaşlı uşaqların tərbiyəsi və təhsili məsələlərinə həsr edilmiş “Millətlərin sərvətinin yaranması” mövzusunda ümumdünya konfransının açılış mərasimində çıxış edən Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyeva çıxış yuxarıda qeyd edilən məsələrə bir daha toxunub.
Konfransın kiçikyaşlı uşaqların təhsilinə və tərbiyəsinə yüksək səviyyədə həsr edilmiş ilk nüfuzlu beynəlxalq forum olduğunu vurğulayan Mehriban xanım Əliyeva çıxışı zamanı uşaqların ilkin tərbiyəsi, təhsili, fiziki və əqli cəhətdən qüsurlu olan uşaqlara qayğı, müharibədən, aclıq, xəstəlik və yoxsulluqdan əziyyət çəkən körpələrin vəziyyəti məsələlərinə bir daha diqqət yönəldib.
İrqçilik, yoxsulluğun insanlar arasında sədd olmadığını xatırladan Mehriban xanım Əliyeva BMT-nin 1989-cu ildə qəbul edilmiş Uşaq Hüquqları Haqqında Konvensiyasının müddəalarını əsas gətirərək bildirib ki, bütün uşaqlar dərisinin rəngindən, sosial vəziyyətindən, dini mənsubiyyətindən asılı olmayaraq yaşamaq, sağlamlıq, inkişaf və təhsil almaq üçün bərabər hüquqlara malikdirlər: “Lakin balaca uşaqlar öz hüquqları barədə heç nə bilmirlər. Onlar bütünlüklə bizə - yaşlılara ümid edir və inanırlar. Təəssüf ki, biz, yaşlılar bu etimadı heç də həmişə doğrultmuruq”.
Bu gün dünyada müharibə və münaqişələr, texnogen və təbii fəlakətlər baş verməkdə, onların özü ilə gətirdiyi aclıq və yoxsulluq hökm sürməkdədir. Bunlar azmış kimi xəstəliklər, dərman çatışmazlığı və vaxtında tibbi yardım göstərilməməsi milyonlarla uşağın həyatına son qoyur. Mehriban xanım Əliyevanın da qeyd etdiyi kimi, inkişaf etməkdə olan ölkələrdə 10 milyondan çox uşaq qarşısı alına biləcək xəstəliklərdən ölür. O, əqli və fiziki cəhətdən qüsurları olan uşaqların da cəmiyyətin bir parçası və sağlam gələcəyin təminatçısı ola biləcəyini xüsusi vurğulayıb: “Bizimlə yanaşı, imkanları məhdud və xüsusi ehtiyacları olan uşaqlar yaşayır. Paradoksal da olsa çox vaxt məhz onlar cəmiyyət tərəfindən qəbul edilməməyin nə demək olduğunu öz nümunələrində hiss edirlər”.
Mehriban xanım Əliyeva ölkəmizdə azyaşlı uşaqların sosial müdafiəsinin gücləndirilməsi, təhsillə bağlı problemlərinin həlli istiqamətində addımların atıldığını vurğulayıb: “Bu gün Azərbaycanda məktəbəqədər təhsilin inkişafına dövlət tərəfindən də lazımi diqqət yetirilir. Məktəbəqədər təhsil sisteminin təkmilləşdirilməsinə yönəlmiş xüsusi dövlət proqramı qəbul edilmişdir, ümumtəhsil məktəblərində məktəbəqədər yaşlı uşaqlar üçün hazırlıq qrupları şəbəkəsi inkişaf etdirilir. Əlbəttə, problemlər də vardır və hələ görüləsi işlər çoxdur. ümid edirəm ki, bu konfransın nəticələri mövcud problemlərin həllinə kömək edəcək və bu sahədə novator ideyalarla, dünyada qazanılmış nailiyyətlərlə tanış olmağa imkan yaradacaqdır.
Burada ümumi məxrəc kiçik insan və onun gələcəyidir. Bu gələcək bu gün bizim əlimizdədir və ona görə biz məsuliyyət daşıyırıq. Uşaqların rifahı, onların xoşbəxt həyatı naminə öz qüvvələrini, biliklərini, səbrini, diqqətini və məhəbbətini əsirgəməyən insanların hamısına bir daha təşəkkür etmək istərdim”.
SEVİNC
Xəbər lenti
Hamısına baxSiyasət
11 Oktyabr 12:20
Xəbər lenti
11 Oktyabr 11:43
Sosial
11 Oktyabr 11:41
Dünya
11 Oktyabr 11:19
Dünya
11 Oktyabr 10:32
Dünya
11 Oktyabr 09:17
Dünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59
Gündəm
09 Oktyabr 13:47

