Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Qarabağda fəaliyyət göstərmək üçün 503 xarici şirkət müraciət edib

Qarabağda fəaliyyət göstərmək üçün 503 xarici şirkət müraciət edib

20.05.2024 [12:44]

İşğaldan azad olunan Qarabağda fəaliyyət göstərmək üçün müxtəlif iş adamları və şirkətlərdən 1900 müraciət daxil olub.

AZƏRTAC xəbər verir ki, bu sözləri KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən Azərbaycan-Tacikistan biznes forumunda deyib.

O bildirib ki, müraciət edənlərdən 503-ü xarici şirkətlərdir.

“İşğaldan azad edilən ərazilərdə əsasən tikinti, kənd təsərrüfatı, turizm, dağ-mədən sahələri prioritet təşkil edirlər. KOBİA Tacikistandan gələn şirkətlər üçün treninq kursları keçə, onları yerli bazarla və qanunvericiliklə yaxından tanış edə bilər”, - deyə O.Məmmədov vurğulayıb.

Paylaş:
Baxılıb: 605 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Gündəm

İqtisadiyyat

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31