Azərbaycan regionda ən çox uğurlar qazanan və ən nüfuzlu ölkələrdən biridir
28.09.2010 [10:14]
Dünya nəhəngi ABŞ regionun aparıcı dövləti olan Azərbaycanla qarşılıqlı əlaqələrin inkişafına böyük önəm verir. ötən həftə Nyu-Yorkda BMT BA 65-ci sessiyası çərçivəsində hər iki ölkənin dövlət başçıları arasında baş tutan görüş bunu bir daha təsdiqlədi. Belə ki, görüşdə qarşılıqlı münasibətlərin bundan sonra da inkişaf etdirilməsinin önəmi vurğulanıb. Qeyd edək ki, ABŞ rəsmi dairələri demokratik prinsipləri əldə rəhbər tutaraq inamla irəliləyən Azərbaycana hər zaman maraq göstəriblər. Avratlantik məkana uğurla inteqrasiya edən respublikamızda həyata keçirilən davamlı siyasi, iqtisadi islahatlar nəticəsində ölkədə demokratik prinsiplər bərqərar olub. Bunun nəticəsidir ki, bu gün Azərbaycanda vətəndaş cəmiyyəti, hüquqi dövlət, siyasi plüralizm, şəffaf seçki mühiti, iqtisadi sahədə azad bazar münasibətləri və sahibkarların sərbəst fəaliyyəti üçün hər bir şərait yaradılıb. ABŞ Prezidenti Barak Obama respublikada həyata keçirilən işləri yüksək qiymətləndirib: “Güclü təsisatlar Azərbaycanda iqtisadi artım və sabitliyə kömək edib”.
Görüşdə, həmçinin, Azərbaycanla ABŞ arasında siyasi, iqtisadi, enerji, təhlükəsizlik sahələrində mövcud olan əməkdaşlıq əlaqələrinin səviyyəsi və inkişaf perspektivləri də dəyərləndirilib. ABŞ Azərbaycanı Cənubi Qafqazdakı əsas tərəfdaşı hesab edir. Bu gerçəklik iki ölkə prezidentlərinin bir neçə gün öncə baş tutan görüşündə də ifadə olunub. Qeyd edək ki, Cənubi Qafqazda nüfuzuna və iqtisadi göstəricilərinə görə ən güclü dövlət olan Azərbaycanla əməkdaşlıq ABŞ-ın bölgədəki siyasi, iqtisadi maraqlarına tam uyğundur. Belə ki, Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatının 75 faizini əhatə edir. Eyni zamanda, ölkəmizin maliyyə ehtiyatlarının artaraq kredit alan ölkədən donor ölkəyə çevrilməsi də respublikanın qüdrətindən xəbər verir. ölkəmiz həm də regionda gedən proseslərə daha artıq siyasi təsir gücünə sahibdir. Beləliklə, Azərbaycanın siyasi nüfuzu və geniş strateji imkanları ABŞ-la əlaqələrin daha sürətli inkişafı üçün geniş perspektivlər yaradır. Təsadüfi deyil ki, görüşdə ABŞ prezidenti Barak Obama Prezident İlham Əliyevin liderlik rolunu qeyd edərək, Azərbaycanın regionda ən çox uğurlar qazanan və ən nüfuzlu ölkələrdən biri olduğunu vurğulayıb.
Qeyd edildiyi kimi, prezidentlərin görüşündə iki ölkə arasındakı iqtisadi əlaqələr diqqət mərkəzində olub. Məlumdur ki, ABŞ-ın maraq göstərdiyi Avropa, Asiya və Yaxın Şərq regionlarının kəsişdiyi məkanda yerləşən Azərbaycan bu ölkə üçün əsas iqtisadi tərəfdaşlardan biridir. Azərbaycan Xəzər hövzəsinin zəngin enerji ehtiyatlarının Qərb bazarlarına çıxarılmasında mühüm tranzit və təchizatçı ölkə kimi böyük potensiala malikdir. Bu səbəbdəndir ki, Azərbaycan iqtisadiyyatına yatırılan investisiyalarda ABŞ şirkətləri xüsusi çəkiyə sahibdir. Enerji sahəsində birbaşa olaraq ölkəmizin iştirakı nəticəsində gerçəkləşən neft və qaz layihələri Azərbaycanın regional əhəmiyyətini artırmaqla yanaşı, bu layihələrin gerçəkləşməsində maraqlı olan ABŞ-la iqtisadi münasibətləri də xeyli möhkəmləndirib.
Enerji sahəsi ilə bərabər, iki ölkə arasında təhlükəsizlik sahəsində də sıx əlaqələr mövcuddur. Bu münasibətlər dövlət başçılarının görüşündə də əsas müzakirə mövzularından biri olub. Belə ki, görüş zamanı Azərbaycan ilə ABŞ-ın beynəlxalq antiterror əməliyyatlarında birgə fəaliyyəti xüsusi qeyd olunaraq ölkəmizin bu əməliyyatlarda iştirakı yüksək qiymətləndirilib.
Azərbaycan ABŞ-ın terrorizmə qarşı mübarizədə yaxın tərəfdaşlarından olmasını çoxdan sübuta yetirib. Belə ki, respublikamız dünyanın müxtəlif bölgələrində mövcud olan antiterror koalisiyalarında iştirak etməklə təcavüzkarlığa, zorakılığa qarşı mübarizədə öz yardımını əsirgəməyib. Hazırda Əfqanıstanda yüzdən artıq Azərbaycan sülhməramlısı xidmət göstərir. ölkəmiz, eyni zamanda, ABŞ hərbi təyyarələrinə Azərbaycanın hava məkanından istifadə edərək Əfqanıstana çatmasına icazə verib. Bununla yanaşı, ölkəmiz NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramı çərçivəsində alyansla əməkdaşlıq edərək sülhün təşviq edilməsi və silahlı qüvvələrimizin dünya standartlarına uyğunlaşdırılması istiqamətində fəaliyyət göstərir. Bildiyimiz kimi, hazırkı durumda Azərbaycan təhlükəsizlik məsələsində ciddi problemlərlə üz-üzədir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ öz münaqişəsinin həllini tapmaması təkcə ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin pozulması demək deyil. İşğalçı ölkənin təcavüzkar siyasəti bütövlükdə regional sabitliyidə ciddi təhlükə altında qoyur. Təsadüfi deyil ki, bu məsələ dövlət başçılarının görüşündə də müzakirə obyektlərindən biri olub. İki ölkə prezidentləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışaraq, problemin tezliklə nizama salınmasının regionda sülhün və sabitliyin təmin edilməsi baxımından zəruri olduğunu bildiriblər. Prezident İlham Əliyev problemin həlli ilə əlaqədar danışıqlar prosesinə toxunaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü prinsipi əsasında həll olunmasının vacibliyi ilə bağlı mövqeyini bir daha diqqətə çatdırıb. Dövlət başçısı bununla Azərbaycanın öz ədalətli mövqeyində qəti olduğunu və işğalçı Ermənistanın təcavüzkar niyyətlərinə nail olmayacağını bəyan edib.
Beləliklə, yaxın strateji tərəfdaş ölkələr olan Azərbaycanla ABŞ arasında qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq prinsiplərinə söykənən münasibətlər bu gün yüksələn xətlə inkişaf edir. Prezidentlər səviyyəsində keçirilən görüşün isə mövcud əlaqələri daha da möhkəmləndirəcəyini söyləmək olar.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52

