15 ildən sonra ilk dəfə...
11.03.2022 [10:43]
Yeni iqtisadi-siyasi konfiqurasiyanın əsası qoyulur
Bu əlaqələrin möhkəmlənməsi Azərbaycanın da maraqlarına uyğundur
İsrail prezidentinin Türkiyə səfəri bölgənin inkişafına əsaslı təsir göstərəcək
Pərviz SADAYOĞLU
İsrail Prezidenti İsaak Hersoq martın 9-da Türkiyəyə səfər etdi. Bu, İsrail Prezidentinin son 15 ildə Türkiyəyə ilk gəlişidir. Bundan əvvəlki səfər 2007-ci ildə Prezident Şimon Peresin vaxtında baş tutmuşdu. Sonradan ölkələrarası münasibətlərdə yaranan gərginliklər qarşılıqlı səfərlərin dayandırılması ilə nəticələnmişdi.
İsaak Hersoqun bu səfəri iki dövlət arasındakı əlaqələrdə yeni çalarlar yaratmaqla yanaşı, bölgənin inkişafına da əsaslı təsir göstərəcək. Bu amil hər iki prezidentin görüşdən sonra mətbuata açıqlamalarında da öz əksini tapıb.
İkitərəfli əlaqələrin inkişafında yeni mərhələ
Prezident Rəcəb Tayyib Ərdoğan çıxışında bu tarixi səfəri Türkiyə-İsrail münasibətlərində yeni bir dönüş nöqtəsi adlandırıb. İki dövlətin məqsədinin ölkələr arasında ortaq maraqlara əsaslanan siyasi dialoqu canlandırmaq olduğunu bildirən R.T.Ərdoğan Türkiyə-İsrail əlaqələrinin inkişafının və gücləndirilməsinin regional sabitlik və sülh üçün də böyük əhəmiyyət daşıdığını ifadə edib: “Enerji təhlükəsizliyi ilə bağlı layihələrdə əməkdaşlığa hazır olduğumuzu cənab prezidentə dedim. Türkiyənin belə layihələri həyata keçirmək üçün təcrübəsi və imkanları var. Son günlər regionumuzda baş verən proseslər enerji təhlükəsizliyinin vacibliyini bir daha nümayiş etdirdi”.
İsrail Prezidenti isə iki ölkə arasında münasibətlərin son illərdə durğunluq yaşamasından təəssüfləndiyini deyib: “İsrail və Türkiyə hamımızın vətən adlandırdığımız bu bölgəyə dramatik təsir edəcək bir çox sahələrdə əməkdaşlıq edə bilər və etməlidir. Məqsədimiz ölkələrimiz və xalqlarımız arasında dostluq əlaqələrinin inkişafı üçün təməllər qoymaqdır. Keçmişin münaqişələri öz-özünə keçmir. Lakin biz, iki xalq, iki ölkə, bütün sahələrdə dərin dialoqu ehtiva edəcək inam və hörmət yolunu seçirik. Biz gələcəyə baxaraq mübahisələri həll etməyə çalışacağıq”.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Asim Mollazadə İsrail ilə Türkiyə arasında münasibətlərin bərpasının çox böyük əhəmiyyət daşıdığını vurğulayıb. Onun sözlərinə görə, bu, böyük bir coğrafiyada - Aralıq dənizi və Orta Şərq regionunda yeni inkişaf mərhələsi yaradır: “İsraildə Türkiyə səfirliyinin yenidən fəaliyyətə başlaması, o cümlədən Türkiyə XİN rəhbərinin, enerji nazirinin İsrailə nəzərdə tutulan səfərləri ikitərəfli əlaqələrin bərpası ilə yanaşı, gücləndirilməsini də şərtləndirəcək. Bu səfərlər hər iki ölkənin çoxşaxəli əlaqələrinin inkişafına yeni impuls gətirəcək. Ümumilikdə, prosesi müsbət dəyərləndirirəm. Fikrimcə, regionun aparıcı dövlətlərindən olan İsrail ilə Türkiyənin dövlət başçılarının görüşü bölgədə bütövlükdə vəziyyətə çox müsbət təsir göstərəcək”.
Yeni üçtərəfli konfiqurasiya nə vəd edir?
İsrail ilə Türkiyə arasında münasibətlərin inkişafı regionda yeni iqtisadi reallıqlar yaratmaqla yanaşı, siyasi mənzərəyə də mühüm çalarlar əlavə edə bilər. Azərbaycanın strateji müttəfiqi olan Türkiyə ilə yaxın əməkdaşı İsrail arasında münasibətlərin inkişafı bölgənin təhlükəsizliyi və tərəqqisi ilə bağlı yeni mərhələ formalaşdırır. Başqa sözlə, bu yaxınlaşma sözügedən regionda yeni siyasi-iqtisadi konfiqurasiyanın əsasını qoyur. Nəzərə alınmalıdır ki, müasir çağırışlar regional əməkdaşlıqların inkişafını vacib şərt olaraq müəyyənləşdirməkdədir. Bu mənada, iki dövlət arasında əlaqələrin yenidən möhkəmlənməsi Azərbaycan üçün də yeni və mühüm perspektivlər yaradır. Bu iki dövlətin arasında əlaqələrin bərpasında Azərbaycan faktorunun da böyük təsiri var. Ölkəmiz hər iki dövlətlə yaxın əlaqələrə malikdir.
Milli Məclisin Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Asim Mollazadə bu məsələyə də toxunaraq bildirib ki, iki dövlət arasında münasibətlərin yüksələn xətlə inkişafının Azərbaycan üçün böyük önəmi var. Türkiyə Azərbaycanın qardaş müttəfiq ölkəsi, İsrail isə dost müttəfiq ölkəsidir: “Qardaşımızla dostumuzun münasibətlərinin bərpası və gələcək inkişafı Azərbaycanın maraqlarına uyğundur. İki Prezident arasında danışıqlar zamanı enerji təhlükəsizliyi məsələlərinə də toxunuldu. Bu mənada, qarşılıqlı əməkdaşlığın enerji sektorunu da əhatə edəcəyini düşünürəm. Bu, həm də bizim üçün olduqca maraqlıdır. Üç dövlətin enerji sahəsindəki yaxın əməkdaşlığı Avropanın enerji təhlükəsizliyində də müvafiq rolu oynayacaq”.
Bu əməkdaşlıqların yeni texnologiya sahəsində də böyük əhəmiyyətə malik olduğunu deyən A.Mollazadənin fikrincə, yaxın təmaslar həm ticarət dövriyyələrinin artmasına, həm də sabitliyin, sülhün və stabilliyin inkişafına xidmət göstərəcək. “Bölgədə yeni siyasi reallıqların, konfiqurasiyanın qurulması istiqamətində mühüm və uzunmüddətli iş aparılıb. İsrail Azərbaycan və Türkiyə ilə yanaşı, həm də ərəb ölkələri ilə də yaxın əməkdaşlıq arzusundadır. Bu isə, bölgədə davamlı sülhə və əməkdaşlığa böyük töhfə verə bilər”, - deyə A.Mollazadə əlavə edib.
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

