“Xalqın xidmətçisi” NATO-dan nə istəyir?
10.03.2022 [10:10]
Alyans ölkələri ilə təhlükəsizlik təminatları haqqında sazişin bağlanması III Dünya Müharibəsini başlada bilər
PƏRVİZ
Ukraynanın hakim partiyası olan “Xalqın xidmətçisi” partiyası yeni bir təkliflə çıxış edib. Belə ki, partiya ölkəsinin NATO-ya qəbul ediləcəyi vaxta qədər ABŞ, Türkiyə və qonşu dövlətlərin iştirakı ilə təhlükəsizlik təminatları haqqında saziş bağlamağı təklifini irəli sürüb. Bu barədə partiyanın və Ali Radanın “Telegram” kanallarında dərc edilmiş bəyanatda bildirilib. “Xalqın xidmətçisi”, həmçinin Rusiyanı Ukrayna dövlətçiliyini “hüquqi olaraq tanımağa” çağırıb.
Maraqlıdır ki, belə bir təklif hansı zərurətdən irəli gəlib və bu saziş Ukraynaya nə verə bilər? İndiki halda, NATO ölkələri bu sazişi bağlamağa maraq göstərəcəklərmi?
Məsələ ilə bağlı fikirlərini “Yeni Azərbaycan”a bölüşən politoloq İlqar Vəlizadə Ukraynanın hakim partiyasının irəli sürdüyü təklifin anlaşılan olmadığı qənaətindədir. O qeyd edib ki, ilk növbədə, söhbətin nəyə təminatın verilməsindən getdiyi anlaşılmalıdır: “Söhbət nəyin təminatından gedir? Artıq Ukraynanın ərazisində aktiv müharibə başlayıb. Onlar hansı təhlükəsizliyin təminatını almaq istəyirlər? Bütün hallarda bu saziş NATO-nun müharibəyə tərəf kimi cəlb olunmasına xidmət göstərə bilər. Əslində Ukrayna tərəfi bunun üçün müəyyən cəhdlər edir. Məsələn, Ukraynanın Beynəlxalq Atom Enerjisi Agentliyindən (MAQATE) ölkənin nüvə obyektləri üzərində hava məkanına çıxışı bağlamaq tələbi ilə NATO-ya müraciət etməyi tələb etməsi kimi təkliflər onların niyyətini ortaya qoyur. Bu çağırış NATO-nun birbaşa prosesə daxil olması deməkdir. Vladimir Putin isə bildirib ki, belə bir addımın atılması Rusiyanı NATO ilə üz-üzə qoyacaq. Bu isə artıq III Dünya Müharibəsi deməkdir və bu faktı heç kim gizlətmir. Hətta ABŞ prezidenti Bayden də bu fikri təsdiqləyib ki, belə bir addım atılsa, NATO Rusiya ilə birbaşa münaqişəyə girmiş olacaq. Bu nöqteyi-nəzərdən təhlükəsizlik təminatları sazişinin bağlanması da qeyri-mümkündür”.
Ümumiyyətlə, son dövrlərdə hər iki tərəfin dövlət rəsmilərinin bir çox emosional ifadələrlə yadda qaldığını deyən İ.Vəlizadə bunun yolverilməz olduğunu vurğulayıb. “Məsələn, Ukrayna xarici işlər naziri Kuleba Antaliyada keçiriləcək görüş zamanı rusiyalı həmkarı Lavrovu baş verənlərdə əsas günahkar kimi ittiham edəcəyini bildirib. Bütün emosional gərginliklərə baxmayaraq XİN rəhbərinin belə bir bəyanatla çıxış etməsi anlaşılan deyil. Onda danışıqların nə mənası qalır? Danışıqlar indiki halda müharibənin dayandırılmasına, insan tələfatının qarşısının alınmasına hesablanmalıdır. Bunun üçün diplomatiya işləməlidir. Hazırkı gərgin vəziyyətdə adi insanlar emosional olsalar da, diplomatlar bir qədər ehtiyatlı davranmalıdırlar. Və yaxud Ukrayna prezidenti Zelenski bəyanat verib ki, mən artıq NATO-ya üzv olmaq niyyətindən soyumuşam. Bu nə bəyanatdır belə? Ölkədə müharibə gedir. Axı dövlət başçısı bunu müharibədən öncə fikirləşməli idi və bilməliydi ki, NATO onlara birbaşa dəstək göstərməyəcək. Bu kimi ifadələr, qeyri-peşəkar davranışlar onu göstərir ki, vəziyyət çox çətindir”, - deyə İ.Vəlizadə əlavə edib.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34

