Ukraynadakı müharibə də onları öz ölkəsinə qaytara bilmədi...
06.03.2022 [10:01]
Ermənilərin Ermənistan nifrəti
Son günlər Rusiya-Ukrayna arasında gedən müharibə səbəbindən Ukraynada yaşayan bir sıra dövlətlərin vətəndaşları öz vətənlərinə geri qayıtmağa davam edirlər. Elə bu günlərdə 1000 nəfərdən çox azərbaycanlı Rumıniyaya təxliyə edilib. Rumıniyadakı Azərbaycan diaspor təşkilatının rəhbəri Vaqif Həsənov KİV-ə açıqlamasında bildirib ki, səfirlik əməkdaşları onları yerləşdirmək üçün yerlər ayırıb: “Onların siyahısı tutulacaq. Növbəlilik əsasında avtobuslarla Türkiyə üzərindən Azərbaycana yola salınacaqlar. Bəziləri istəyir ki, Buxaret-İstanbul -Bakı istiqamətində bilet alaraq Azərbaycana getsin. Onlar özləri gedəcək”. Məlumat üçün bildirək ki, Ukraynadakı vəziyyətlə əlaqədar martın 4-də Rumıniyanın Yassı hava limanından AZAL-ın növbəti təxliyə reysi həyata keçirilib və 13-ü uşaq olmaqla 191 Azərbaycan vətəndaşı ölkəmizə evakuasiya olunub. Azərbaycanlıların təxliyəsi davam edir.
Amma bunları Ermənistan haqqında demək mümkün deyil. Çünki düşmən ölkənin vətəndaşları heç də Ermənistana geri qayıtmaq niyyətində deyillər. Bununla bağlı dəqiq məlumata Ermənistandan olan siyasi şərhçi Tavos Arşakyanın məqaləsində səmimi-qəlbdən etdiyi etirafda da rast gəlmək olar. Arşakyan yazır: “Hətta Ukraynadakı müharibə bu ölkənin erməni icmasını öz tarixi vətənlərinə qayıtmağa məcbur etmədi. Daha doğrusu, tək-tük erməni ölkəyə geri döndü. Digərləri ya Ukraynanı müdafiə etmək üçün orda qaldılar, ya da fürsətdən yararlanıb Ukrayna sakinlərinə qapılarını açan Avropaya köçdülər. Sanksiyalar nəticəsində Rusiyada sosial-iqtisadi vəziyyətin pisləşməsi də dünyanın ən böyük erməni icmasını Ermənistana köçməyə sövq edəcəyinə ümid yoxdur. Sanksiyalar altında olan Rusiyada ermənilər üçün nə qədər çətin olsa da, orada həyat yenə də Ermənistandakından yaxşı olacaq. Bunu yazmaq ağrılıdır, amma faktdır”.
Mövzu ilə bağlı “Yeni Azərbaycan”a danışan Milli Məclisin deputatı Elman Məmmədov bunun əsas səbəbini erməniləri qəbul edəcək tarixi vətənlərinin olmamasında, Ermənistanın daxilindəki qeyri-sabitlikdə, xaotik vəziyyətdə gördüyü deyib: “Erməninin tarixi vətəni yoxdur. Harada çörək, yaşamağa yer tapırlarsa, oranı özlərinə vətən hesab edirlər. İkinci məsələ isə bundan ibarətdir ki, erməni şərhçi demək istəyir ki, guya ki, Ukraynada yaşayan ermənilər Ukrayna xalqına sədaqətli olduqlarını göstərirlər və Ukrayna uğrunda öz həyatlarını təhlükə altında qoyurlar. Bu, erməni xislətidir. Elə bir şey yoxdur, onların getməyə yeri yoxdur, onları qəbul edəcək bir yer, bir vətən yoxdur. Hesab edirlər ki, Ermənistanda zülm çəkməkdən, evsiz-eşiksiz, çörəksiz dolanışıqsız qalmaqdansa, Ukraynada yaşamaq daha yaxşıdır. Onların getməyə yeri olsa idi, çoxdan gedərdilər”.
“Tarixən ermənilər kimi nankor, xəyanətkar, naxələf ikinci bir toplum yoxdur. Bu gün Şimali Qafqazda kompakt yaşayırlar, deyirlər, bura bizimdir. Rusiya onun “bəhrəsi”ni yaxın vaxtlarda görəcək. Mən onların öz qəzetlərində rus dilində oxumuşdum, yazırdılar ki, Lvov rməni şəhəridir. Bunlar bu əqidə ilə yaşayanlardır. Bu gün guya Ukrayna xalqına sədaqət göstərirlər, belə bir şey yoxdur”, - deyə E.Məmmədov əlavə edib.
Beləliklə də, Ukraynada baş verən hərbi iğtişaşlara, yarana biləcək potensial təhlükəyə baxmayaraq, orada yaşayan ermənilərin öz ölkələrinə dönməmək istəyi heç də təəccüblü deyil. Gələcəyi ip üzərində olan “dövlət”ə nəinki qayıtmaq, hətta orada müvəqqəti yaşamaq belə yumşaq desək, ağılsızlıqdan başqa bir şey deyil.
Nicat DİLQƏMLİ
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

