Müharibə ABŞ-ın “demokratiya yürüşü”nün yeni yol xəritəsidir
01.03.2022 [10:23]
Pərviz SADAYOĞLU
Ukrayna münaqişəsinin aktiv hərbi müstəviyə keçidi bəzi qaranlıq mətləblərin üzərinə işıq salmağa başlayıb. Hərbi əməliyyatlar başlanan günə qədər Ukraynaya verəcəyi “hərtərəfli dəstəkdən” danışan, Rusiyanı min bir hədəylə təhdid edən, hətta demək olar ki, hər iki tərəfi müharibəni başlamağa açıq təhrik edən Qərb, xüsusilə, ABŞ indi daha çox iqtisadi sanksiyalar vasitəsilə prosesə müdaxilə etməkdədir. Bunu Ukrayna prezidenti də etiraf edir. Bildirir ki, hamı qorxub qaçıb və meydanda tək qalıblar. Bəs, dünya liderliyinə iddia edən ABŞ-ın əsas rəqibi olan Rusiyanı “siyahıdan çıxarmaq” şansından bu qədər asan şəkildə imtinası nə qədər inandırıcı görünə bilər?
ABŞ xüsusi xidmət orqanlarının “nəbz yoxlama əməliyyatı”...
Məsələyə dəqiq nəzər yetirmək üçün bir neçə ay öncəyə qayıtmaq lazım gəlir. Ötən ilin sonlarında ABŞ Prezidenti Cozef Baydenin təşəbbüsü ilə keçirilən “demokratiya sammiti” ərəfəsində Qərb mətbuatı yaxın zamanlar üçün proqnozlaşdırılan hərbi toqquşmalar, hətta III Dünya Müharibəsi haqda yazılar nəşr edirdilər. “The Wall Street Journal” qəzetinin eksperti Endryu Mista qəti şəkildə yaxın dövrlərdə böyük dövlətlər arasında silahlı münaqişə ehtimalına toxunurdu. Bu qarşıdurmada qarşı tərəf qismində isə Rusiya və ya Çin nəzərdə tutulurdu. Həmin dövrdə Mistanın Amerika ordusunun hələlik müharibə formatına hazır olmaması fikri digər siyasi ekspertlər tərəfindən birmənalı qarşılanmamışdı. Bunu, “siyasi gediş” sayanlar, hətta ABŞ xüsusi xidmət orqanlarının “nəbz yoxlama əməliyyatı” hesab edənlər belə tapılmışdı. Hər halda Mistanın silahlı qüvvələrin modernləşdirilməsi üçün Pentaqona təxminən 15 il vaxt lazım olduğunu bildirməsi bu gün də inandırıcı görünmür. Demək ki, ABŞ-ın planlarına ta əvvəldən müharibəyə qatılmaq daxil deyilmiş.
Vaşinqtonun məqsədi nə idi?
Başqa sözlə, ABŞ hakimiyyəti bu kimi informasiyalarla yaxın gələcək üçün “körükləyəcəyi” qarşıdurmadan yan qaçmaq üçün zəmin yaradırdı. Bu gün analoji prosesi müşahidə etməkdəyik. Ukraynanı Rusiya ilə qarşıdurmaya təhrik edərək “qeybə çəkilən” ABŞ öz planının ikinci mərhələsi üzərində işləməkdədir. Bəs bu plan nədən ibarətdir?
Adı çəkilən “demokratiya sammiti” ABŞ-ın qarşıdakı dövr üçün “səlib yürüşü” planıdır. Amma burada əsas rolu hərbi güc deyil, “yumşaq güc” oynayacaq. Qərbin “demokratiya” tamaşası şərq səhnələrinə (meydanları) yol tapmalıdır. Başqa sözlə, bu gün Rusiyada açıq etirazların səsləndirilməsi ABŞ-ın əsl məqsədi idi. Artıq Moskva küçələrində minlərlə insan mitinq edir, hətta Rusiyanın tanınmış mədəniyyət xadimləri etirazlar səsləndirirlər. Rusiyaya “rəqib” olaraq məhz Ukraynanın seçilməsi də əbəs yerə deyildi. İki xalqın eyni soy-kökdən gəldiyini nəzərə alsaq, Qərb Rusiyada iç qarışıqlar yaratmaq üçün Ukraynadan yaxşı “vasitə” tapa bilməzdi. ABŞ-ın “demokratiya sammiti”nin ilkin fazasında qarşıya qoyulan “məqsədə” nail olub: Rusiya cəmiyyəti demək olar ki, iki hissəyə parçalanıb. Bu isə yeni siyasi müxalifət yaratmaq üçün tam bir fürsətdir. Daha doğrusu, ABŞ-ın “inqilabçı beyin institutları” artıq fərqli və özünəyaxın simalarla Rusiyanın daxili siyasətinə yol axtaracaq.
Xəbər lenti
Hamısına baxDünya
06 Sentyabr 19:23
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Dünya
06 Sentyabr 11:43
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41

