Azərbaycan Avropanın yeni enerji xəritəsini formalaşdırır
15.02.2022 [11:12]
Taleh AĞAVERDİYEV
Avropanın qaz və neft idxalından asılılığı şəraitində Azərbaycan faktiki olaraq enerji resurslarının azsaylı etibarlı təchizatçılarından birinə çevrilib. Getdikcə daha çox Avropa ölkəsi Azərbaycan qazına maraq göstərir.
İtaliya xarici işlər nazirinin müavini Manlio Di Stefano bildirib ki, Trans-Adriatik Boru Kəməri (TAP) İtaliyaya enerji qiymətlərinin artmasının nəticələrini yumşaltmağa imkan verib. Bununla əlaqədar olaraq TAP vasitəsilə təbii qaz tədarükünü ildə 10 milyard kubmetrə çatdırmaq planlaşdırılır. Onun sözlərinə görə, TAP Rusiya qazından asılılığı azaltmağa kömək edəcək. Qeyd edək ki, TAP vasitəsilə qaz tədarükü hesabına İtaliya nəinki daxili tələbatı ödəməyə, hətta müəyyən həcmdə “mavi yanacağın” ixracına da nail olub. Belə ki, 2021-ci ilin son günündə İtaliya digər ölkələrə 20 milyon kubmetr qaz satıb. İstismara verildiyi andan 2021-ci il dekabrın 31-dək TAP vasitəsilə Avropaya 8,1 milyard kubmetr qaz tədarük edilib. Baxmayaraq ki, 5 milyard kubmetr nəzərdə tutulmuşdu.
Şimali Makedoniyanın iqtisadiyyat naziri Kreşnik Bekteşi isə qeyd edib ki, Cənub Qaz Dəhlizi Şimali Makedoniya bazarında likvidliyi artıracaq. Şimali Makedoniya Yunanıstanla qaz interkonnektoru tikib TAP-a qoşulmaq niyyətindədir. Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto bəyan edib ki, Azərbaycan qazı şaxələndirmə üçün ən aktual və real mənbədir. Onun sözlərinə görə, Macarıstan 2023-cü ilin sonuna kimi Azərbaycandan qaz almağa başlayacağını gözləyir. Bu günlərdə TASS-ın müxbiri ilə söhbətində energetika sahəsində ekspert Andrey Damaşkan Moldovanın baş nazirinin müavini, xarici işlər və Avropaya inteqrasiya naziri Nikolay Popeskunun Bakıda enerji məsələləri üzrə apardığı danışıqları şərh edərkən qeyd edib ki, Moldova Azərbaycan qazını Bolqarıstan və Rumıniyadan keçən Trans-Balkan kəməri ilə ala bilər. Aİ-nin Qərbi Balkanlara qaz tədarükü məsələsində Azərbaycanla əməkdaşlığa hazır olduğunu Bakıda səfərdə olan Aİ-nin genişlənmə məsələləri və qonşuluq siyasəti üzrə komissarı Oliver Varheli də bildirmişdi.
Rusiyanın məşhur “Rosbalt” nəşrində qeyd edilib ki, Cənub Qaz Dəhlizinin fəaliyyəti və qazın Avropa bazarlarına ixracı zamanı Azərbaycan özünü etibarlı tərəfdaş kimi təsdiqlədi və qaz ixracını sürətlə artırmağa nail oldu. Ona görə də təəccüblü deyil ki, qaz böhranının dərinləşməsinin qarşısını almaq üçün Avropa ölkələri Azərbaycana üz tutur.
Britaniyanın “Oxford Economics” analitik şirkətinin proqnozuna əsasən, 2022-ci ildə Avropa ölkələrində qazın qiyməti bahalaşacaq. Qaz və neft qiymətləri üzrə proqnozlar müvafiq olaraq 53% və 19% artırılıb. Bu, Avropa regionunda inflyasiya gözləntilərində də əhəmiyyətli dəyişikliklərə səbəb oldu. Yeni proqnoz 2022-ci ildə inflyasiyanın orta hesabla 3,9% təşkil edəcəyini (əvvəlki 2,5%-lik təxminlə müqayisədə) nəzərdə tutur.
Azərbaycan ixracı artırmağa hazırdır. Artıq bu il Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya ixracın 10 milyard kubmetrə qədər artacağı açıqlanıb. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, 2023-cü ildə biz Avropaya qaz tədarükünü 11 milyard kubmetrə çatdıra bilərik. Dünya bilir ki, Azərbaycan Prezidentinin sözü imzası qədər keçərlidir. Bu müddət ərzində heç vaxt ixracda fasilə olmayıb, müqavilə şərtləri pozulmayıb, enerji siyasətinin arxasında başqa məqsədlər dayanmayıb.
Azərbaycanda 2,6 trilyon kubmetr olan təsdiqlənmiş qaz ehtiyatlarından, eləcə də ən böyük “Şahdəniz” yatağından (1 trilyon) başqa digər mənbələr də var. O cümlədən Xəzər dənizinin ən böyük qaz-kondensat yatağı olan “Abşeron”da bir ildən sonra “mavi yanacağın” sənaye istehsalına başlanılacağı gözlənilir. İlkin olaraq ildə təxminən 1,5 milyard kubmetr. “Babək” yatağının ehtiyatları 400 milyard kubmetr, “Ümid” yatağının ehtiyatları 200 milyard kubmetr həcmində qiymətləndirilir. Yəni həm Avropaya qaz tədarükünü artırmaq, həm də artan daxili tələbatı (işğaldan azad edilmiş ərazilər da daxil olmaqla) ödəmək potensialı var.
Qlobal əhəmiyyətli layihələrin həyata keçirilməsi ölkəmizə nəinki böyük həcmdə gəlir gətirir, həm də Azərbaycanın geosiyasi əhəmiyyətini xeyli artırır.
Xəbər lenti
Hamısına baxSosial
09 Oktyabr 08:50
MEDİA
09 Oktyabr 08:37
Gündəm
09 Oktyabr 08:11
Dünya
08 Oktyabr 23:25
İqtisadiyyat
08 Oktyabr 22:53
İqtisadiyyat
08 Oktyabr 22:31
Dünya
08 Oktyabr 21:59
Dünya
08 Oktyabr 21:22
İqtisadiyyat
08 Oktyabr 20:57
Dünya
08 Oktyabr 20:24
Dünya
08 Oktyabr 19:52
Dünya
08 Oktyabr 19:21
Maraqlı
08 Oktyabr 18:21
Dünya
08 Oktyabr 17:35
Siyasət
08 Oktyabr 17:28
Siyasət
08 Oktyabr 17:26
YAP xəbərləri
08 Oktyabr 16:36
Dünya
08 Oktyabr 16:18
YAP xəbərləri
08 Oktyabr 15:37
Dünya
08 Oktyabr 15:22
Elm
08 Oktyabr 15:17
Sosial
08 Oktyabr 14:33
Sosial
08 Oktyabr 14:32
Hadisə
08 Oktyabr 14:30
Dünya
08 Oktyabr 14:30
Gündəm
08 Oktyabr 14:29
Gündəm
08 Oktyabr 13:58
Siyasət
08 Oktyabr 13:56
YAP xəbərləri
08 Oktyabr 13:54
Dünya
08 Oktyabr 13:19
Siyasət
08 Oktyabr 13:11
Siyasət
08 Oktyabr 13:11
Siyasət
08 Oktyabr 13:10
Siyasət
08 Oktyabr 13:10
Siyasət
08 Oktyabr 13:09
Siyasət
08 Oktyabr 13:09
Siyasət
08 Oktyabr 13:08
Gündəm
08 Oktyabr 12:55
Sosial
08 Oktyabr 12:21
Siyasət
08 Oktyabr 12:08
Siyasət
08 Oktyabr 12:06
Gündəm
08 Oktyabr 11:59
Gündəm
08 Oktyabr 11:49
Sosial
08 Oktyabr 11:14
Elm
08 Oktyabr 11:12
İqtisadiyyat
08 Oktyabr 11:11
Siyasət
08 Oktyabr 10:59
Gündəm
08 Oktyabr 10:46
Gündəm
08 Oktyabr 10:45
Sosial
08 Oktyabr 10:21
Gündəm
08 Oktyabr 10:07
Gündəm
08 Oktyabr 09:53
İqtisadiyyat
08 Oktyabr 09:45
Gündəm
08 Oktyabr 09:32
Analitik
08 Oktyabr 09:17
Sosial
08 Oktyabr 08:52
Elm
08 Oktyabr 08:30
Gündəm
08 Oktyabr 08:14
Elm
07 Oktyabr 23:29
Dünya
07 Oktyabr 22:46
İqtisadiyyat
07 Oktyabr 22:03
Dünya
07 Oktyabr 21:30
Dünya
07 Oktyabr 20:57
Dünya
07 Oktyabr 20:33
Dünya
07 Oktyabr 19:57
Dünya
07 Oktyabr 19:14
Dünya
07 Oktyabr 18:43
Hadisə
07 Oktyabr 18:22
Dünya
07 Oktyabr 17:45
Dünya
07 Oktyabr 17:19

