Avropa Parlamenti siyasi şou-biznes səhnəsinə çevrilib
11.02.2022 [23:44]
Nurlan QƏLƏNDƏRLİ
Azərbaycan İkinci Qarabağ müharibəsində təkcə döyüş meydanında işğalçı Ermənistanın təcavüzkar silahlı qüvvələrini məğlub etmədi. Eyni zamanda, diplomatik müstəvidə qərəzli dairələri, ikili standartlar siyasəti yeridən ermənipərəst qüvvələri darmadağın etdi. Hərbi-siyasi və diplomatik cəbhədə qazanılan tarixi qələbə erməni lobbisinin də fiaskosunu şərtləndirdi, ermənilərin “güclü lobbi-diaspor” mifinə son qoyuldu. Amma revanşizm xəstəliyindən əziyyət çəkən ermənilər, o cümlədən çirkli pulların yuyulması vasitəsinə çevrilmiş lobbi müxtəlif cəhdlərlə çarəsiz çırpınışlarını davam etdirir.
Azərbaycanın hərbi Zəfəri diplomatik müstəvidə möhkəmləndirərək tarixi prosesə çevirməsi, regional geosiyasi gündəmi müəyyənləşdirməsi və digər reallıqlar fonunda “yeni təşəbbüs”lər ortaya çıxır. Burada əsas söz və əməl sahibi erməni lobbisi, “sapı özümüzdən olan balta”lar, həmçinin lobbinin çirkli pullarının girovluğunda olan bəzi təsisatların nümayəndələridir. Eynilə Avropa Parlamentində (AP) təmsil olunan siyasi korrupsionerlər kimi.
Avropa Parlamentinin və Aİ-də xüsusi komissiyanın birgə iclasında Azərbaycanla bağlı növbəti qərəzli, bəsit - primitiv “dinləmə”lərin təşkil edilməsi bu qəbildən olan nümunədir. İştirakçılar Aİ-ni Azərbaycana 2 milyard dollar həcmində maliyyə yardımı ayırmamağa çağırıblar. Yeri gəlmişkən, “iştirakçı” dedikdə heç də dürüst, nüfuzlu-populyar, ictimai rəydə müsbət imicə malik siyasi personalardan söhbət getmir. Elə moderatorluğun ənənəvi olaraq Azərbaycana qarşı qərəzli münasibəti ilə seçilən - azərbaycanofobiya sindromundan əziyyət çəkən fransalı deputat tərəfindən edilməsi bütün məsələnin mahiyyətini əks etdirir. İkincisi, “müzakirə”lərdə ermənidən artıq ekstremistlik edən, öz xalqına və dövlətinə qarşı kampaniya aparan qeyri-ciddi blogerlərin - Məhəmməd Mirzəli və Arif Məmmədov kimilərin iştirakı “dinləmə”lərin səviyyəsini əks etdirir. Bu iki şəxs haqqında xüsusi danışmağa ehtiyac yoxdur: M.Mirzəli internet platformasında qeyri-etik ifadələr səsləndirən, sərhədsiz mənəviyyatsızlıq ortaya qoyan biridir. Onun Azərbaycanın qürur və iftixar mənbəyi olan “Qarabağ” futbol klubunun xaricdə məğlubiyyətinə sevinməsi yaramazlığın, nifrət hissi və düşmənliyin son həddidir. A.Məmmədova gəlincə, o, “həftə səkkiz, mən doqquz” internet kanallarında təxribatçı fikirlər səsləndirməklə, dezinformasiya yaymaqla iki qardaş ölkə - bir millət, iki dövlət olan Azərbaycan və Türkiyə arasında nifaq toxumu səpməyə yönəlmiş çirkin təbliğat aparır. Lakin həbəş dili üzrə “mütəxəssis” olan bu uğursuz eks-diplomat indiyə qədər bir dəfə də Ermənistanın təcavüzkar siyasətindən, təxribatlar törətməsindən və s. danışmayıb. Bu gün isə AP-də erməni dili ilə danışaraq Azərbaycana 2 milyard avronun ayrılmasından narahatlığını, məyusluğunu ifadə edir. Maraqlıdır ki, Ermənistan informasiya mühitində rəsmilərin və ya siyasilərin dilindən “Azərbaycana nə üçün 2 milyard avro verilir” sualının eşidilmədiyi halda, Mirzəli və Məmmədov kimilər 2 avro da olsa, erməni lobbisindən pul qopartmaq naminə növbəti əqidəsizlik və mənəviyyatsızlıq nümunəsi ortaya qoyurlar.
Bunlar öz yerində... Bəs Avropa Parlamenti? Bu qurum nə üçün 3-5 ermənipərəst və “pulpərəst” (maddiyyatçı) deputatın siyasi oyuncağına çevrilib? “Avropa dəyərləri” adlandırdıqları insan hüquqlarından, sivil dəyərlər üzərində bərqərar olunmuş cəmiyyətdən, qarşılıqlı hörmətdən danışan bu qurumun imici nə üçün belə ayaqlar altına atılır? Məgər sağlam dinləmələr təşkil etmək, obyektiv müzakirələr aparmaq olmaz? Hər halda, qurumun özü və başbilənləri düşünsünlər, özləri bu suallara cavab versinlər! Çünki belə “dinləmə-şou”ların Azərbaycanın müstəqil siyasətinə və ictimai rəyə heç bir təsiri yoxdur. Beynəlxalq ictimaiyyət də görür ki, özlərinin deyib-eşitdikləri belə “dinləmə”lər fonunda Avropa Parlamenti siyasi şou-biznes səhnəsinə çevrilib.
AP bir qrup siyasi korrupsioner deputatın canfəşanlığı və erməni lobbisinin təşəbbüsü ilə Azərbaycan əleyhinə qərəzli “müzakirə” platformasına çevrilməklə, əslində, Avropa İttifaqına qarşı çıxış edir. Çünki Azərbaycan Aİ-nin etibarlı və perspektivli tərəfdaşı, mühüm regional güc mərkəzidir. Sual olunur: belə olan halda, AP Aİ əleyhinə fəaliyyətə start verib, yaxud qurum daxilində mərkəzdənqaçma ilə - separatizmlə məşğuldur? Cavabı özləri üçün maraqlı olar!
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15

