Azərbaycan-Ukrayna:30 il sürən dostluq və bərabərhüquqlu tərəfdaşlıq
08.02.2022 [10:22]
Taleh AĞAVERDİYEV
Azərbaycan və Ukrayna arasında diplomatik münasibətlərin qurulmasından 30 il keçir. Prezident İlham Əliyev Ukrayna Prezidenti Volodimir Zelenskiyə təbrik məktubunda qeyd edib ki, diplomatik əlaqələrimiz otuz illik tarixə malik olsa da, xalqlarımızın əsrlərdən bəri davam edən dostluq və əməkdaşlıq ənənələri mövcuddur: “Bu gün apardığımız yüksək səviyyəli siyasi dialoq, çoxsaylı qarşılıqlı səfərlər, imzalanmış sənədlər, həyata keçirilən birgə layihələr, o cümlədən Hökumətlərarası Komissiyanın uğurlu fəaliyyəti əməkdaşlığımızın yeni istiqamətlərinin müəyyən edilməsində mühüm rol oynayır. Əminəm ki, birgə səylərimizlə Azərbaycan-Ukrayna əlaqələrinin bundan sonra da möhkəmlənməsinə və genişlənməsinə nail olacağıq”.
İki ölkənin xarici işlər nazirlikləri də bu münasibətlə bir-birini təbrik ediblər və qeyd ediblər ki, hər iki dövlət yaxşı dost olaraq qalır və strateji tərəfdaşlığı möhkəmləndirməyə davam edəcək.
Ölkələrimiz arasında münasibətlərin hazırkı səviyyəsi xalqlarımızın və dövlət başçılarının iradəsinə əsaslanır. Bu baxımdan, Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci il yanvarın 14-də, diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ərəfəsində Ukraynaya səfəri ikitərəfli münasibətlərə verilən önəmin göstəricisi kimi dəyərləndirilə bilər. Bu səfər dost ölkələrimiz arasında tərəfdaşlığın strateji səviyyəsini təsdiqlədi, ona əlavə təkan verdi və əlaqələrimizi keyfiyyətcə yeni səviyyəyə qaldırdı. Təsadüfi deyil ki, Volodimir Zelenski bu səfəri tarixi adlandırıb. Qeyd edək ki, 2019-cu ilin mayında Ukrayna prezidenti seçilən Zelenskinin ilk xarici səfərlərindən biri məhz Azərbaycana olub.
Səfərin yekunları üzrə imzalanmış Birgə Bəyannamədə Azərbaycan və Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünə qarşılıqlı dəstək, hərbi-texniki sahədə əməkdaşlığın genişləndirilməsi, Azərbaycan və Ukrayna iqtisadiyyatının müxtəlif sektorlarına qarşılıqlı investisiyaların cəlb edilməsi ilə bağlı çox mühüm məqamlar öz əksini tapıb. Səfər çərçivəsində kənd təsərrüfatı, nəqliyyat, energetika və ticarət sahələrində ikitərəfli sənədlər də imzalanıb. Əgər əvvəllər iki ölkə arasında münasibətlərdə ağırlıq mərkəzi yanacaq-energetika sektoru üzərində qurulurdusa, bu gün ərzaq təhlükəsizliyi və kənd təsərrüfatı sahəsində razılaşmalar ön plana çıxıb.
Azərbaycan ilə Ukrayna arasında münasibətlər həmişə ənənəvi olaraq isti olub. Bu münasibətlərin ildən-ilə daha da möhkəmləndiyini sübut edən çoxlu faktlar var. Ölkələrimiz diplomatik münasibətlərin tarixini bir əsr əvvəl yazmağa başlayıblar. Təsadüfi deyil ki, Azərbaycan-Ukrayna diplomatik münasibətlərinin bərpasının 30 illiyi münasibətilə Taras Şevçenko adına Kiyev Milli Universitetində 1918-ci ildə Azərbaycanın bu ölkədəki ilk səfiri, siyasətçi, tanınmış yazıçı və dramaturq Yusif Vəzir Çəmənzəminlinin adına auditoriya və barelyefin açılışı oldu. Ötən müddət ərzində həm Ukraynada, həm də Azərbaycanda çoxlu dəyişikliklər baş verib, lakin dostluq, qarşılıqlı hörmət, xüsusən də hər iki dövlətin suverenliyi və ərazi bütövlüyünə hörmət dəyişməz olaraq qalıb.
Azərbaycan və Ukrayna arasında əməkdaşlığın diapazonu böyükdür və ildən-ilə genişlənir: iqtisadi əməkdaşlıqdan tutmuş təhsilə qədər. Ticarət-iqtisadi əməkdaşlıq ikitərəfli münasibətlərin mühüm tərkib hissəsidir. Ötən il iki ölkə arasında ticarət dövriyyəsi təxminən bir milyard ABŞ dollarına çatıb. Müqayisə üçün qeyd edək ki, 2001-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 53,7 milyon dollar olub. Azərbaycan, həmçinin Ukrayna iqtisadiyyatına 1,2 milyard dollara yaxın investisiya yatırıb, Ukraynada mühüm layihələrin həyata keçirilməsində fəal iştirak edir. Buna nümunə kimi, M-01 Kiyev-Çerniqov-Novıye Yariloviçi avtomobil yolunun 38 kilometrlik hissəsinin əsaslı təmirini göstərmək olar. Son illər Azərbaycanda Ukrayna kapitalı ilə 200-ə yaxın şirkət, o cümlədən müxtəlif sahələrdə fəaliyyət göstərən 200-ə yaxın birgə müəssisə yaradılıb.
Ukraynada bu ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirak edən böyük Azərbaycan diasporu yaşayır. Ötən ilki seçkilərdə 20-yə yaxın azərbaycanlı müxtəlif orqanlara seçilib. Dövlətlər mədəniyyət, idman və turizm sahələrində əməkdaşlığa xüsusi diqqət yetirməyi də unutmurlar.
GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, TRASEKA layihəsi kimi təşkilatlar çərçivəsində də ölkələrimiz arasında qarşılıqlı əlaqələr yüksək səviyyədə qurulub. Azərbaycan və Ukrayna beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsipinə sadiq qalaraq bir-birinin ərazi bütövlüyünü dəstəkləyir. Xüsusilə, 44 günlük Vətən Müharibəsi zamanı dost ölkənin bizə verdiyi dəstəyini qeyd etmək lazımdır.
Rəsmi Bakı ilə Kiyev arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir və bu əlaqələr regionda sabitliyin qorunmasına xidmət edir. Belə ki, 2020-ci ilin payızında prezident Zelenski Milli Təhlükəsizlik Strategiyasını imzalayıb və burada əsas məqam Ukrayna və Azərbaycan arasında strateji tərəfdaşlığın inkişafıdır. Azərbaycan Türkiyə ilə yanaşı, Ukraynanın strateji tərəfdaşı olan BMT-nin 193 ölkəsi arasında ilk beşliyə daxil oldu. Bu Strategiya Ukrayna tarixində xarici siyasətə dair ilk sistemləşdirilmiş yüksək səviyyəli strateji sənəd adlandırıldı. 2021-ci ilin iyulunda isə “Ukraynanın Xarici Siyasət Strategiyası haqqında” fərman imzalanıb. Və bu sənəddə 10-a yaxın bənd var ki, orada Azərbaycan və Türkiyə yenidən müxtəlif istiqamətlər üzrə strateji tərəfdaş kimi adlanır.
Bu amili nəzərə alsaq, Azərbaycan da, qardaş Türkiyə kimi, Ukrayna ilə Rusiya arasında münasibətlərin tənzimlənməsində mühüm rol oynaya bilər. Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlıq səviyyəsində yaxşı münasibətlər qurulub. Ölkəmizin beynəlxalq siyasi arenada nüfuzu ildən-ilə artır və uzun illərdir ki, Bakı prosesi çərçivəsində Azərbaycan səmərəli mədəniyyətlərarası və sivilizasiyalararası dialoq platforması kimi çıxış edir. Ölkəmiz vaxtilə Suriyada təyyarə ilə bağlı insidentdən sonra münasibətləri korlanan Rusiya ilə Türkiyənin barışmasında mühüm rol oynayıb. Bundan başqa, Bakıda iki dəfə Rusiya ilə NATO arasında danışıqlar aparılıb. Bu baxımdan ölkəmiz həm iki strateji tərəfdaşmız arasında danışıqlara konstruktiv töhfə verə bilər, həm də Rusiya ilə Şimali Atlantika Alyansı arasında gərginliyin azaldılmasına kömək edə bilər.
Bütün müstəqillik illərində Ukrayna və Azərbaycan çətinlikləri çiyin-çiyinə keçib, çox şey yaşayıb, çox itkilər verib, lakin böhranlı vəziyyətlərdən qalib çıxıblar. Tariximiz açıq şəkildə göstərir ki, bizim nə qədər ümumi cəhətlərimiz var. Bunlar həm daxili inkişafın vektoru, həm geosiyasi mövqe, həm də öz suverenliyimiz uğrunda mübarizədir. Ukrayna-Azərbaycan münasibətləri postsovet məkanı üçün çox maraqlı nümunədir. İki dövlət sabit münasibətlər qura bildi və bu münasibətlər bu günə qədər qorunub saxlanılır və inkişaf etdirilir. Və Ukrayna hakimiyyətinin bunda bizdən az maraqlı olmadığını görmək xoşdur. Bu, bərabərhüquqlu tərəfdaşlığın bariz nümunəsidir.
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
20 Sentyabr 21:14

Dünya
20 Sentyabr 20:18

YAP xəbərləri
20 Sentyabr 20:04

Xəbər lenti
20 Sentyabr 19:23

YAP xəbərləri
20 Sentyabr 19:15

YAP xəbərləri
20 Sentyabr 19:13

YAP xəbərləri
20 Sentyabr 19:09

YAP xəbərləri
20 Sentyabr 19:03

YAP xəbərləri
20 Sentyabr 18:58

İdman
20 Sentyabr 18:36

YAP xəbərləri
20 Sentyabr 17:28

Xəbər lenti
20 Sentyabr 17:12

YAP xəbərləri
20 Sentyabr 16:36

YAP xəbərləri
20 Sentyabr 15:29

Gündəm
20 Sentyabr 15:25

YAP xəbərləri
20 Sentyabr 14:41

YAP xəbərləri
20 Sentyabr 14:28

YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46
