Ukraynadan sonra növbə kimindir?
28.01.2022 [23:05]
Saakaşvili iddia edir ki...
Nardar BAYRAMLI
Hazırda ABŞ ilə Rusiya arasında Ukrayna gərginliyi dünya gündəminin ən aktual mövzularından biridir. Bu hadisələrin fonunda Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin bir açıqlaması dünya mediasında geniş yayılıb. M.Saakaşvilinin iddiasına görə, o, bir neçə il əvvəl ABŞ-da olarkən müəyyən dairələrdən Rusiyanın Ukraynaya hücumundan sonra Gürcüstanın Poti şəhərini də tutmaq planı barədə məlumat əldə edib. İndi bəzi xarici ekspertlər Gürcüstanın keçmiş prezidentinin bu fikirlərinin nə dərəcədə real olub-olmaması ilə bağlı fikir yürüdürlər. Bəs yerli ekspertlərimiz bu haqda nə düşünür? M.Saakaşvilinin iddiaları doğru ola bilərmi?
Məsələ ilə bağlı qəzetimizə açıqlama verən politoloq Ramiz Alıyev bildirib ki, hazırda Qərblə Rusiya arasında münasibətlər kifayət qədər gərgindir. Onun sözlərinə görə, ABŞ Rusiyanın Ukraynaya hücum etmək ehtimalına istinad edərək Rusiyaya təzyiqləri artırır: “Öz növbəsində, Rusiya NATO-nun şərqə doğru genişlənməsinə mane olmağa çalışır. Bütün bunların fonunda Gürcüstanın sabiq prezidenti M.Saakaşvilinin fikirləri maraq doğursa da, inandırıcı deyil. Çünki ABŞ hazırda əsas cəbhə kimi Ukraynanı görsə də, Rusiyanın Ukraynaya hücum edəcəyi ehtimalı zəifdir. Burada tərəflərin addımları Soyuq müharibə dövründəki vəziyyəti xatırladır. Rusiyanın Ukrayna ilə sərhədə qoşun topladığı haqda məlumatlar var, bu, daha çox Donbasda yeni müharibənin qarşısını almağa hesablanıb. ABŞ da anlayır ki, Rusiyanın Ukraynaya hücum etmək ehtimalı azdır, lakin Ağ Ev bu məsələ üzərindən hərəkət edir, xüsusilə təbliğat kampaniyası genişləndirilir. Yəni Ukrayna cəbhəsində gərginlik yaradılır, Rusiya təhlükəsi böyüdülür və beləliklə, Avropadakı müttəfiqlər təhlükəyə qarşı Vaşinqtonun çətiri altında toplanır. Baş verənlər bu ssenariyə çox bənzəyir. Bu kontekstdə ABŞ-ın Rusiyaya qarşı sanksiyaları genişləndirəcəyi mümkündür”.
Politoloq xatırladıb ki, 2008-ci il müharibəsində Rusiya qoşunları Potiyə daxil olmuşdu: “Bu hadisələr M.Saakaşvilinin prezidentliyi dövründə baş vermişdi. 2008-ci ilin avqust ayında Cənubi Osetiyanın separatçıları gürcü kəndlərini ağır siahlardan atəşə tutmuşdular. Buna cavab olaraq Gürcüstan ordusu separatçıları susdurmaq üçün hərbi əməliyyata başladı. Bu vəziyyətdə rus qoşunları həmin ilin 8 avqust tarixində “sülhü təminetmə” əməliyyatı adı altında havadan, qurudan və dənizdən Gürcüstan ərazisinə genişmiqyaslı hücuma başladı. Rusiya və Cənubi Osetiya qoşunları ilə gürcü qoşunları arasında Cənubi Osetiya daxilində və ətraf ərazilərdə baş vermiş bir neçə günlük toqquşmalardan sonra gürcülər geri çəkilməyə məcbur oldu. 12 avqustda isə Fransanın o vaxtkı prezidenti Nikola Sarkozinin təşəbbüsü ilə atəşkəs müqaviləsinin imzalanması nəticəsində müharibə başa çatdı. Bu müharibə ərzində rus qoşunlarının daxil olduğu şəhərlərdən biri də Poti idi. Rusiya ordusu atəşkəs razılaşmasına qədər şəhəri öz nəzarəti altında saxlamışdı. Razılaşmadan sonra isə ruslar şəhəri tərk etmişdilər. Hazırkı proseslər fonunda M.Saakaşvilinin Poti məsələsini gündəmə gətirməsi isə təəccüblüdür. Doğrudur, Poti şəhəri Gürcüstan üçün strateji məkandır. Çünki Qara dənizin sahilində yerləşən bu liman şəhəri gürcülərə ciddi iqtisadi dividendlər qazandırır. Amma indiki halda Potiyə hərbi müdaxilə real görünmür. Rusiya Ukraynaya hücum etməkdə maraqlı deyil. Biz rəsmi səviyyədə verilən bəyanatlara istinadən bunu deyirik. Belə olan halda, rusların Potini tutmaq planı barədə M.Saakaşvilinin iddiaları məntiqli və əsaslı deyil”.
Xəbər lenti
Hamısına baxSosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Gündəm
18 May 13:07
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57

