"Qəzetə ayrılan pulu oğurlamaq siyasətçiyə yaraşan iş deyil"
28.08.2010 [11:10]
Rusiyada yaşayan azərbaycanlı iş adamı Sakit Allahverdiyevin mətbuata açıqlaması gündəmin əsas müzakirə obyektlərindən birinə çevrilib. İş adamı müsahibəsində AXCP sədri Əli Kərimlinin rəhbərlik etdiyi təşkilatın daxilində diktatura rejimi yaratması, müxtəlif xarici dairələrdən partiyasına, nəzarətlərində olan mətbuat orqanlarına ötürülən qrantları və digər vəsaitləri mənimsədiyi barədə maraqlı məqamlara toxunub. O, həmçinin, AXCP-də tam diktaturanın hökm sürdüyünü bildirib. Maraqlıdır ki, hətta kənardan partiyalara, onların nəzarətlərində olan mətbu orqanlara ötürülən vəsaitlər də təyinatları üzrə xərclənməməsi kimi faktlar da artıq aşkara çıxır. Məsələn, S.Allahverdiyev 2005-ci ildə “Azadlıq” qəzetinə yardım məqsədi ilə Əli Kərimliyə pul verdiyini söyləyib. Sonradan isə bu puldan qəzetə bir qəpik də verilmədiyi bəlli olub.
Belə ki, S.Allahverdiyevin qəzetin borclarının ödənilməsi, işçilərin maaşlarının verilməsi üçün ayırdığı məbləğ Ə.Kərimli tərəfindən mənimsənilib: “Sonra bildim ki, qəzetə bir qəpik də verilməyib. Mənə deyirdilər ki, qəzetin vəziyyəti ağırdır, əməkdaşlara maaş verə bimir, mətbəəyə borcu var və s. Mən də ona görə qəzetə maliyyə yardımı etdim ki, qəzet borclarını ödəsin, işçilərinə yaxşı maaş versin. Sonra mənə məlumat verildi ki, bu pullar son qəpiyinəcən mənimsənilib. Yəni, “Azadlıq” qəzeti Əli Kərimli üçün alver mənbəyidir. Başqa sözlə desək, açıq korrupsiya faktıdır, heç bir şəffaflıq yoxdur, burada hansı demokratiyadan danışmaq olar? Azərbaycan saytlarından oxuyuram ki, “Azadlıq” qəzetinin 2001-2005-ci illərdə Azərbaycan nəşriyyatına külli miqdarda borcu qalıb. Axı mən Əli Kərimliyə pulu ona görə vermişdim ki, borcu ödəsin, şəxsi problemlərini həll etmək üçün verməmişdim. Qəzetin əməkdaşları da etiraf edər ki, 2005-ci ildə onlara heç bir yardım olmayıb. Belə bir şəxsin müxalifət partiyasının sədri olmağa nə siyasi, nə də mənəvi haqqı var”.
öz işçilərinin maaşına göz dikmək bir partiya sədri üçün nə qədər etik və mənəvi dəyərlərə uyğundur? Belə bir şəxs hansı haqla başqalarına böhtan ata, hətta haqlarında tənqidi fikirlər söyləyə bilər? Maraqlıdır ki, bu, Əli Kərimlinin əməlləri haqqında söylənən birinci faktlar deyil. Bu barədə zaman-zaman mətbuatda vaxtilə Ə.Kərimli ilə eyni partiyada təmsil olunan insanlar da danışıb. Məsələn, vaxtilə AXCP-də təmsil olunan hazırkı KAXCP sədri Mirmahmud Mirəlioğlu Ə.Kərimlinin öz liderinə xəyanət etdiyini bildirmişdi. M.Mirəlioğlu qeyd etmişdi ki, Ə.Kərimli Əbülfəz Elçibəyi gözdən salmaq, onun haqqında böhtan kampaniyası aparmaq üçün xarici fondlardan külli-miqdarda pul almışdı.
Daha sonra Ə.Kərimlinin müavini olmuş Qulamhüseyn Əlibəyli də partiyada diktatura rejiminin hökm sürdüyünün və Ə.Kərimlinin partiya adından verilən qərarları tək qəbul etdiyini demişdi. Keçmiş müavin qeyd etmişdi ki, verilən qərarın əsasında isə Ə.Kərimlinin şəxsi maraqları dayanıb.
S.Allahverdiyevin açıqlamalarına münasibət bildirən Ə.Kərimlinin keçmiş partiyadaşı, hazırkı BQP sədri, millət vəkili Fazil Qəzənfəroğlu bu açıqlamaların özünün bir ay öncə Azərbaycan mətbuatına verdiyi müsahibənin nə dərəcədə doğru olduğunu sübuta yetirdiyini söyləyib. Millət vəkili hesab edir ki, səslənən fikirlər həm də çox ciddi ittihamlardır: “Bu ittiham diqqətlə araşdırılmalıdır. çünki həqiqətən də, belə bir tendensiya var və Azərbaycan cəmiyyətinin də bunları bilməsi vacibdir. Dürüstlükdən, ləyaqətdən, vətəni sevməkdən, guya xalqın marağının təəssübünü çəkməkdən danışan adamların arxa planda elə dələduzluqları var ki, aşkara çıxdıqca cəmiyyət özü heyrətə gələcək ki, bu adamlar hansı üzlə başqalarına böhtan atırlar, irad bildirirlər, hətta tənqid edirlər? Ona görə də, məncə bu çox ciddi informasiyadır və tam məsuliyyətimlə deyirəm ki, həqiqətə uyğundur. Bu mətbəxdə belə olay çox adi bir şeydir. O vaxtlar Xalq Cəbhəsinin də vəsaitlərinin bu cür dağıdılması, çirkin əməllərin baş verməsi göz qabağındaydı. Ona görə də, məncə, bu məsələ cəmiyyət tərəfindən daha ciddi şəkildə araşdırılmalı və ona ictimai qiymət verilməlidir. Siyasətlə məşğul olan insanlar bilməlidirlər ki, özləri dürüst olmadıqda və başqalarına dürüstlük dərsi keçəndə bir gün bu formada “ilişəcəklər”. Bu açıqlama da bunu sübut edir”.
KAXCP sədri Mirmahmud Mirəlioğlunun məsələyə münasibəti isə belə oldu: “Mən Sakit Allahverdiyevi şəxsən tanımıram. Amma mənim söylədiyim faktlar birbaşa o dövrü haqqında hazırladığımız 252 səhifəlik bir kitabdan nüanslar idi. Bu ay müqəddəs Ramazan ayıdır və mən istəməzdim ki, belə bir mövzudan danışım. çünki o adamlar özləri-özlərini bir az da bizim danışıqlarımızın əsasında müdafiəyə başlayırlar. Ramazan bayramı bitəndən sonra hər şeyə aydınlıq gələr. Sadəcə bir şeyi deyə bilərəm ki, bu, insanın xarakterindən irəli gələ bilər. Ola bilsin ki, bir şəxsə əmanət verirlər ki, kiməsə çatdırsın, bu da ömrü boyu çatdırmır. Hətta elə adamlar var ki, nəqliyyata ödəniş pulunu verəndə onu pulyığana çatdırmır, indi beləsinə nə deyəsən?”
BAXCP Ali Məclisinin sədri Mikayıl Rəhimov da baş verənləri çox pis bir hadisə adlandırıb. Bir insanın mətbu orqanın işçilərinə maaş şəklində vermək üçün ayrıdığı vəsaitin başqası tərəfindən oğurlanması, mənimsənilməsi qəbahətdir, əxlaqa, insanlığa uyğun gəlməyən bir şeydir: “Sakit bəy yardım etmək istəyirdisə, bunu birbaşa qəzetin kollektivinə edəydi, amma o nə bilsin ki, inandığı bir şəxs belə addım ata bilər? Yəni, o Əli Kərimlini əvvəlcədən tanısaydı bu addımı atmazdı. Ə.Kərimlinin bu hərəkəti isə əmanətə xəyanətdən başqa bir şey deyil”.
Vaxtilə AXCP-nin MNTK sədri olan M.Rəhimov Ə.Kərimlinin o zamanlar da belə addımlarının şahidi olub və bu barədə partiya rəhbərliyinə bildirib: “Əli Kərimlinin partiya nizamnaməsini pozması və fəaliyyətsizliyi ilə bağlı mərhum partiya sədri Əbülfəz Elçibəyə 26 rəy təqdim etmişəm. Bu insan bir müavin kimi partiyanın prinsiplərinə zidd hərəkətlər edirdi. Sadəcə, Əbülfəz Elçibəyin vəfatı bu tədbirlərin görülməsinə imkan vermədi. Sonrakı proseslər də hamının yadındadır. Bu baxımdan Sakit Allahverdiyevin fikirlərinin doğruluğunu mən şübhə altına almıram. çünki mən 2000-i illərin əvvəlində də Əli Kərimlinin belə hərəkətlərinin canlı şahidi olmuşam”.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57

