“3+3” formatında növbəti görüş...
25.01.2022 [10:14]
Türkiyədə keçiriləcək görüşdə hansı məsələlər müzakirə olunacaq?
Nardar
“3+3” platforması çərçivəsində növbəti görüşün Türkiyədə keçirilməsi nəzərdə tutulur. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iranlı həmkarı İbrahim Rəisi ilə telefon danışığı zamanı deyib. R.T.Ərdoğan bildirib ki, Türkiyə Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə hazırladıqları “3+3” platforması çərçivəsində növbəti görüşə ev sahibliyi etməyi planlaşdırır.
İkinci Qarabağ müharibəsində Azərbaycanın qazandığı qələbədən sonra Cənubi Qafqaz regionunda yaranan yeni reallıqlar bölgədə davamlı sülh və sabitliyin bərqərar olması üçün geniş imkanlar açır. Bu baxımdan, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən irəli sürülən “3+3” formatında regional əməkdaşlıq platforması böyük əhəmiyyət kəsb edir. Sözügedən platforma Azərbaycan, Türkiyə, Gürcüstan, Rusiya, İran və Ermənistan arasında iqtisadi, kommunikasiya əlaqələrinin qurulmasını nəzərdə tutur ki, bu da bütövlükdə regionun mənzərəsini əhəmiyyətli dərəcədə dəyişəcək.
Gürcüstan istisna olmaqla bölgənin digər dövlətləri ötən dövr ərzində “3+3” formatında əməkdaşlıq platformasını dəstəklədiklərini bəyan ediblər. Artıq təşəbbüsün reallığa çevrilməsi üçün praktiki addımlar atılıb. Belə ki, ötən il dekabrın 10-da Moskvada xarici işlər nazirlərinin müavinləri səviyyəsində regional əməkdaşlıq platformasının ilk iclası keçirilib. İclasda çoxşaxəli regional əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib. Regional platformanın işini onun bütün iştirakçılarının maraqlarına cavab verən praktiki məsələlərə yönəltmək razılaşdırılıb. Bunlara etimadın artırılması, ticarət-iqtisadi, nəqliyyat, mədəni və humanitar sahələrdə qarşılıqlı fəaliyyət, ümumi təhdidlərə qarşı mübarizə tədbirləri daxildir. Beş ölkənin nümayəndələri Gürcüstanın platformaya qoşulmaqda maraqlı olduqlarını bildiriblər. İclasda, həmçinin müvafiq nazirlik və idarələrin mümkün iştirakı ilə gələcək addımlar, eləcə də iş planları müzakirə edilib.
Bəs Türkiyədə keçiriləcək növbəti görüşün region dövlətləri arasında əməkdaşlıq məsələlərinin müzakirəsi baxımdan əhəmiyyəti nədən ibarətdir? Mövzu ilə bağlı qəzetimizə açıqlama verən siyasi şərhçi Asif Nərimanlı bildirib ki, bu formatda keçirilən görüşlər regionun gələcəyi baxımından önəmlidir. Onun sözlərinə görə, format müharibədən sonra regionda kommunikasiyaların açılması, sülh dövrünün inşasının siyasi çətiri hesab edilə bilər: “Formata ilk dəstək verən ölkə Rusiya idi. İran əvvəlcə səssiz qalsa da, sonda razılaşdı. Hələ ki, Gürcüstan prosesdən kənarda qalmağı seçib. Bu, həm Rusiya ilə münasibətlərə, həm də Qərbin Gürcüstan üzərindən bölgədə həyata keçirmək istədiyi siyasətə görədir. Lakin fikrimcə, rəsmi Tbilisi sonda bu prosesə qoşulacaq. Gürcüstan rəsmiləri də dolayısı ilə bunu təsdiqləyirlər. Çünki regionda yeni əməkdaşlıq platforması yaradılırsa, bundan kənarda qalmaq Gürcüstanın gələcək maraqlarına uyğun deyil. Ona görə də ilk görüş beş ölkənin nümayəndəsinin iştirakı ilə keçirilsə də, gələcəkdə altılıq formatının tam reallaşacağına inam böyükdür. Təsadüfi deyil ki, bir müddət öncə mətbuata açıqlamasında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Gürcüstanın da bu platformaya qoşulacağına ümid etdiyini deyib. Bizim maraqlarımız fonunda ən əsas olan Ermənistanın prosesə qoşulmasıdır. Əslində, Ermənistanın gələcək mövcudluğu üçün başqa yolu yoxdur, xüsusilə sosial-iqtisadi vəziyyət baxımından. Çünki müharibədən sonra regionda dəyişən vəziyyət Ermənistanın təcridini dərinləşdirir. Bu ölkənin biri İran, digəri Rusiya olmaqla xaricə çıxışı iki istiqamət üzrədir. Gorus-Qafan yolunun 21 kilometrliyi Azərbaycanın suveren ərazisinə düşdükdən və orada nəzarət-buraxılış məntəqələri qurulduqdan sonra İranla yük daşımaları böyük ölçüdə Azərbaycanın nəzarətinə keçib. Ermənistanın təqdim etdiyi alternativ yollar isə əlverişsizdir. Rusiya ilə daşımaların həyata keçirildiyi Lars yolu isə hər qış keçilməz olur. Müharibənin ağır nəticələri də erməni diasporu ilə Paşinyan hakimiyyəti arasında qarşıdurmaya səbəb oldu və bu, diasporun ianələrində də azalmalara gətirib çıxarıb. Bu baxımdan, Ermənistan qısa müddətdə kommunikasiyaların açılmasında maraqlıdır. Həmçinin “3+3” formatında iştirakla Türkiyə ilə sərhədin açılmasına, Qərbə çıxış imkanı əldə etməyə çalışır”.
Ekspert qeyd edib ki, artıq Türkiyə və Ermənistanın münasibətlərinin normallaşması üçün xüsusi nümayəndələrinin təyin olunduğu və onların arasında ilk görüşün keçirildiyi nəzərə alınsa, o zaman rəsmi İrəvanın təmsilçinin “3+3” formatı çərçivəsində növbəti görüşdə iştirak etmək üçün Türkiyəyə səfər etməsi də maraqlı faktdır: “Bütövlükdə, bu reallıqlar Ermənistanı Azərbaycanın əsas proqramı olan sülh sazişini imzalamağa məcbur edən səbəblərdən biri hesab oluna bilər. Fikrimcə, Ermənistanın təklif olunan əməkdaşlıq formatına gəlməsi sərhədlərin müəyyənləşməsi, kommunikasiyaların açılması, yekunda sülh sazişinin imzalanmasını sürətləndirəcək. Çünki bu formatda iştirak qarşılıqlı əlaqələrin qurulmasını zəruri edir. Qarşılıqlı əlaqələrin qurulması da Azərbaycanın şərtlərinin qəbul edilməsindən keçir. Bu formatda Türkiyədə keçiriləcək növbəti görüşdə qeyd etdiyim bu məsələ də müzakirə oluna bilər. Çünki qarşılıqlı əməkdaşlığın qurulması üçün Ermənistan öz qonşusunun ərazi bütövlüyünü tanımalıdır”.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31

