/ / Rusiyanın Cənubi Qafqazda yerləşdirdiyi silahlar Ermənistanın kvotasına uyğun olmalıdır, ondan kənara çıxmamalıdır
Rusiyanın Cənubi Qafqazda yerləşdirdiyi silahlar Ermənistanın kvotasına uyğun olmalıdır, ondan kənara çıxmamalıdır
26.08.2010 [09:12]
“1992-ci ildən indiyə qədər dəfələrlə Ermənistanda Rusiya hərbi bazalarının yerləşdirilməsi, Ermənistan ordusunun qeyri-qanuni silahlandırılması ilə bağlı öz etirazlarımızı bildirərkən, Rusiya tərəfi eyni müqavilələri Azərbaycanla da imzalamağı hazır olduğunu bəyan etmiş, Azərbaycanın da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına yolunun açıq olduğunu bildirmişdi. Lakin Azərbaycan Ermənistan kimi işğalçı dövlətlə bir arada olmamaq üçün bu təşkilata qoşulmaqdan imtina edib. Nə qədər ki, Ermənistan işğalçılıq siyasətindən imtina etməyib və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında bu işğalçılıq siyasəti ifşa olunmayıb, Azərbaycan bu təşkilatda iştirak etməkdə bir məna görmür”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov verib. O bildirib ki, Azərbaycanın təhlükəsizliyini təhdid edən yeganə ölkə Ermənistandır, bu ölkə isə KTMT-nin üzvüdür: “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı işğalçılıq siyasətinə qarşı ciddi bir iradə nümayiş etdirməlidir. Bu anlamda Azərbaycan hələlik bu təşkilata qoşulmaqdan imtina edir. Nə qədər ki, Azərbaycanın maraqlarına cavab verməyib, nə bu təşkilata, nə NATO-ya, nə də başqa təşkilatlara qoşulmaq niyyətindəyik”.
Əli Həsənov, həmçinin, deyib ki, Rusiyanın Ermənistanla imzaladığı sonuncu müqavilə dövlətlərarası məsələdir: “Lakin Cənubi Qafqazın təhlükəsizliyi və bölgədə adi və strateji silahların yerləşdirilməsi və onların miqdarı məsələsi təkcə iki dövlət arasında olan məsələ deyil, bu, eyni zamanda ATƏT-in Avropada Təhlükəsizlik Konsepsiyasına uyğun olaraq cinah sazişi ilə nizamlanır. 1992-ci ildə bu sazişə Cənubi Qafqaz üzrə Azərbaycan, Ermənistan, Gürcüstan və Rusiya qoşulub”.
Ə.Həsənov bildirib ki, müvafiq cinah sazişinə əsasən Cənubi Qafqazda yerləşdirilə biləcək adi silahlar, o cümlədən hərbi texnikanın - hərbi təyyarələr, tanklar və s. - kvotası təyin olunub: “Biz bilirik ki, bu kvotadan, yəni ATƏT-in nəzarətindən kənar olaraq neçə illərdir Dağlıq Qarabağda silahlar və silahlı qüvvələr cəmlənib və bu silahların heç bir nəzarəti, hesabatı aparılmır. Ermənistan silahlı qüvvələrinin kvotasına, eyni zamanda, Rusiyanın orada yerləşdirdiyi baza daxildir. Yəni, Rusiyanın Cənubi Qafqazda yerləşdirdiyi silahlar Ermənistanın kvotasına uyğun olmalıdır, ondan kənara çıxmamalıdır. Bu məsələlər dövlətlərarası münasibətlərlə nizamlansa da, ATƏT-in tələblərinə cavab verməlidir. Hazırda bizim hərbi mütəxəssislər, həmçinin ATƏT-in bu məsələ ilə məşğul olan rəsmiləri kvotanın pozulub-pozulmadığını hesablayır. Onsuz da dediyim kimi, bu kvota Dağlıq Qarabağda pozulmuşdu. Araşdırma başa çatdıqdan sonra Azərbaycan hökuməti bu məsələyə münasibətini açıqlayacaq”.
Azərbaycan Respublikası Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Türkiyə-Ermənistan sərhədlərinin açılması ehtimalına da münasibət bildirib. O, deyib: “Biz əvvəlcədən də bildirmişik ki, bu gün işğalçı Ermənistanla Türkiyənin sərhədlərinin açılması nə Türkiyənin, nə də Azərbaycanın maraqlarına cavab verir. Hər iki halda bu, işğalçı rejimin bir az da əl-qolunun açılmasına, danışıqlarda daha da qeyri-konstruktiv mövqeyə yuvarlanmasına səbəb olacaq. Bu mövqeyimizi Türkiyə rəsmilərinin də diqqətinə çatdırmışıq”.
Əli Həsənov Türkiyə rəsmilərinin müvafiq açıqlamalarının olduğunu da xatırladıb: “Həmçinin hörmətli baş nazir Rəcəb Tayyib Ərdoğan, hörmətli prezident Abdullah Gül və Türkiyənin digər rəsmiləri dəfələrlə bəyan ediblər ki, nə vaxta qədər Ermənistan Azərbaycanın işğal etdiyi torpaqları ilə bağlı məsələdə konstruktiv mövqeyə gəlməyib, bu problem həll olunmayıb, iki ölkə arasındakı sərhədlər açılmayacaq. Biz Türkiyə rəsmilərinin sözlərinə inanırıq və düşünürük ki, ortaya qoyulmuş şərtlər təyin olunmayana qədər Türkiyə Ermənistanla sərhədləri açmayacaq. Fərqi yoxdur, istər NATO-nun, istər ATƏT-in, Avropa Şurasının, istərsə də hansısa fövqəldövlətin tələbi olsun”.
Əli Həsənov, eyni zamanda, ABŞ-ın Azərbaycana səfir təyin etməsi ilə bağlı sualı da cavablandırıb: “ABŞ-ın Azərbaycandakı səfiri funksiyasını yerinə yetirən səfirlik məmurları var. Biz hesab etmirik ki, məhz səfirin hələ də təyin olunmaması ABŞ-Azərbaycan münasibətlərinə təsir göstərir”.
Ə.Həsənov qeyd edib ki, beynəlxalq praktikaya əsasən, ölkə bir ildən artıq səfirsiz qalmır: “Ona görə də düşünürük ki, bu zaman çərçivəsində ABŞ Azərbaycana səfir təyin edəcək”.
Xəbər lenti
Hamısına baxDünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15

