Ermənistan yenidən məhkəməyə verilir
29.12.2021 [10:11]
Bu dəfə ekoloji terrora görə
Mübariz ABDULLAYEV
İşğalçı Ermənistan üç onillik ərzində öz nəzarətində saxladığı Azərbaycan ərazilərində törətdiyi dağıntılara və vandalizm əməllərinə, genişmiqyaslı müharibə cinayətlərinə görə məsuliyyət daşıyır. Beynəlxalq məhkəmələrdə baş verənlərlə bağlı hüquqi prosedurlar mütləq reallaşdırılmalıdır. Bu, həm də başqalarına ibrət olsun deyə zəruridir. “Təbii sərvətlər talan edilib, istismar edilib, çaylarımız zəhərlənib, meşələrimiz qırılıb, evlərimiz dağıdılıb, məscidlərimiz sökülüb. Bunu kim edib? Ermənilər! Cavab verməlidirlər və verəcəklər”, - deyə Prezident İlham Əliyev Kəlbəcər və Laçın rayonlarına növbəti səfəri çərçivəsində keçirilən tədbirlərin birində vurğulayıb.
60 min hektara yaxın meşə fondu məhv edilib
Bir qədər bundan əvvəl Beynəlxalq Ədalət Məhkəməsi Ermənistana qarşı təxirəsalınmaz tədbirlərin görülməsi ilə bağlı qərar çıxartdı. Qalib Azərbaycan işğalçı Ermənistanı digər beynəlxalq konvensiyalar əsasında da müvafiq məhkəmələrə verməyə hazırlaşır. Ölkəmizin işğalçı dövlətə qarşı irəli sürməyə hazırlaşdığı iddialardan biri də mənfur düşmənin havadarlarının köməyi ilə öz nəzarətinə keçirdiyi ərazilərimizdə törətdiyi ekoloji terrorla bağlıdır. Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 2021-ci ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirib. Nazir vurğulayıb ki, 2021-ci ildə Azərbaycan beynəlxalq səviyyədə Ermənistana qarşı məhkəmə iddiaları qaldırmaqda davam edib və bu iddiaların bəziləri təmin olunub. “Azərbaycan yaxın zamanlarda daha bir neçə konvensiya üzrə - azad olunmuş ərazilərdə ekologiya, ətraf mühitə vurulan ziyan, həmçinin enerji resurslarının, təbii sərvətlərin qanunsuz istifadəsinə dair müvafiq konvensiyalara uyğun olaraq beynəlxalq məhkəmələrə müraciət edəcək”, - deyə xarici işlər naziri vurğulayıb.
Üç onillik ərzində işğalçı Ermənistanın ərazilərimizdə törətdiyi ekoloji terrorun miqyası kifayət qədər böyükdür. Daha dəqiq ifadə etsək, ermənilər 30 il ərzində təbiətin qənimi rolunda çıxış ediblər. Ermənilər işğal dövründə ölkəmizin meşə fonduna ciddi ziyan vurublar. Bunu təsdiqləyən çoxlu sənədlər, o cümlədən də “Azərkosmos”un təqdim etdiyi fotolar var. Bu fotolarda aydın şəkildə görünür ki, bəhs olunan ərazilərdə işğaladək və işğaldan sonra nə qədər sahə meşələrin altındadır. Verilən məlumatlara görə, ermənilər işğal dövründə 60 min hektara yaxın meşə fondunu məhv ediblər.
Başqa bir fakt ermənilərin işğal illərində Qarabağın zəngin su ehtiyatlarını, sözün əsl mənasında, siyasi təzyiq vasitəsinə çevirmələri ilə bağlıdır. Mənfur düşmən torpaqlarımızı işğal altına aldıqdan sonra su anbarlarının, eləcə də çayların bəndlərini yayda suya tələbat artanda bağlayır, qışda suya tələbat azalanda isə açırdılar. Beləcə, keçmiş təmas xəttinin yaxınlığında yerləşən rayonlarda minlərlə hektar ərazidə əkin-biçin aparmaq mümkünsüz olurdu, münbit torpaqlarımız şoranlaşırdı. Vurğulamaq yerinə düşər ki, Vətən müharibəsində qazanılan şanlı Qələbə sayəsində işğaldan azad olunmuş ərazilərdə 2 milyard kubmetrdən artıq su ehtiyatından daha səmərəli istifadə etmək imkanı yaranıb.
Oxçuçay fəlakət zonasına çevrilib
Transsərhəd çay olan Oxçuçay Ermənistan ərazisində daim kəskin çirklənməyə məruz qalır. Qafan və Qacaran dağ-mədən sənayesinin tullantıları ilə hədsiz dərəcədə çirkləndirilən Oxçuçayın suyu təmizlənmədən Azərbaycan ərazisinə yönləndirilir. Oxçuçayın suyu Araz çayına tökülür. Beləliklə, Arazın da suyu əhəmiyyətli dərəcədə çirklənməyə məruz qalır. Oxçuçaydan 2021-ci ildə götürülən su nümunələrində yüksək miqdarda ağır metal, xüsusən mis, molibden, manqan, dəmir, sink və xrom aşkar edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin monitorinq hesabatlarına əsasən, çayda mis-molibden birləşməsinin miqdarı 2, dəmir 4 və nikel 7 dəfə normadan yüksək olub, çayın rəngi çirklənmə səbəbindən vaxtaşırı dəyişib. 2021-ci ilin mart ayında çayda qızılxallı balığın (Small Trout) kütləvi ölümü qeydə alınıb. Belə misalların sayını artıra da bilərik. Ancaq bu deyilənlər də vəziyyətin nə qədər acınacaqlı olduğu barədə konkret təsəvvür yaradır. Bütün bu kimi ekoloji terrora rəvac verənlər cəzalarını mütləq alacaqlar. “Bizim çaylarımızı zəhərləyiblər. Oxçuçay nə gündədir? Oxçuçay təbii fəlakətdir və onu zəhərləyən yenə də xarici şirkətdir. O şirkət də cavab verməlidir və verəcəkdir. Dəymiş hər bir ziyan hesablanır. Azad edilmiş bütün torpaqlarda, şəhərlərdə, kəndlərdə indi monitorinq aparılır, pasportlaşdırma aparılır, bütün evlərin pasportları hazırlanır, dəymiş ziyan təsbit edilir və biz beynəlxalq məhkəmələrdə dəymiş bütün ziyanın qaytarılmasını tələb edəcəyik”, - deyə Prezident İlham Əliyev bildirib.
Xəbər lenti
Hamısına baxGündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42

