Avropalı ermənipərəstlər nəyə nail olmaq istəyirlər?
10.12.2021 [10:28]
Pərviz Sadayoğlu
Ermənistanı dəstəklədiyini düşünənlər unutmamalıdırlar ki, dəhlizin açılmasına, sərhədlərin müəyyənləşməsinə mane olmaq cəhdi ilə ən böyük zərbəni elə Ermənistana vururlar.
Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin olunması, yeni əməkdaşlıq platformasının yaradılması bəzi xarici qüvvələrin maraqları ilə uzlaşmır. Daha doğrusu, illərlə keçmiş münaqişəni özü üçün qazanc mənbəyi, siyasi-iqtisadi təzyiq vasitəsi kimi görənlər bugünkü yeni reallıqlarla barışa bilmirlər. Bu mənada, vaxtilə münaqişənin tənzimlənməsi ilə bağlı missiyanı üzərinə götürmüş, amma “fəaliyyət”i heç bir nəticə verməmiş ATƏT-in Minsk qrupunun addımları bu səpkidə xüsusilə seçilir. Bununla yanaşı, bəzi təşkilatların təmsilçiləri qərəzli, qeyri-obyektiv mövqe ortaya qoymaqla fərqli mənzərə yaratmağa çalışırlar. Verilən açıqlamalar da bunu təsdiqləyir. Məsələn, bir müddət öncə Avropa Parlamentində (AP) ATƏT-in nazirlər konfransı çərçivəsində keçirilən müzakirələrdə çıxış edən AP-nin Cənubi Qafqazla əlaqələr üzrə nümayəndə heyətinin rəhbəri Marina Kalyurand deyib ki, Azərbaycan Qarabağ məsələsinin gündəliyə salınmasından və məsələni müzakirə etməkdən imtina edir. Avropa İttifaqı Xarici Fəaliyyət Departamentinin nümayəndəsi Lyuk Devin isə Aİ tərəfindən bu istiqamətdə kifayət qədər iş görülmədiyinə dair tənqidləri rədd edib: “Hərbi gücünün olmadığı bir şəraitdə Avropa İttifaqı bundan artıq nə edə bilər ki? Yeri gəlmişkən, ATƏT-in Minsk qrupunun həmsədrlərindən təkcə Fransanın deyil, ABŞ-ın da orada qoşunları yoxdur. Ötən il olduğu kimi tüfənglər atanda, diplomatlar üçün bunun qarşısını almaq və ya dayandırmaq çox çətin olur”. Həmçinin L.Devin dəhliz məsələsinə toxunaraq deyib ki, 10 noyabr tarixli üçtərəfli Bəyanatda söhbət dəhlizdən yox, bütün iqtisadi bağların blokdan çıxarılmasından gedir.
Göründüyü kimi, Lyuk Devin özü etiraf edir ki, Fransanın tutduğu mövqe birtərəflidir. Hətta Qarabağda Fransa və ya ABŞ ordusunun olmadığına təəssüflənən Devin açıq şəkildə dağıdıcı proseslərin arzusunda olduğunu ortaya qoyur. O, Soçi görüşündə müzakirə predmetinə çevrilən dəhliz məsələsini də fərqli rakursda təqdim etməyə çalışır. Əlbəttə, bu qərəzli, birtərəfli mövqe təsadüfi deyil və davamlı xarakter daşıyır. Bir müddət öncə AP-də 33 deputatın imzası ilə guya Azərbaycanı Ermənistana “təcavüz”də günahlandıranların da hansı məqsədlərə xidmət etdikləri gün kimi aydındır.
Ən əsası, Soçi görüşündə Azərbaycanın qazandığı üstünlüklər, Zəngəzur dəhlizi ilə bağlı məsələlərin müzakirəsi avropalı ermənipərəstləri əməlli-başlı çətinə salıb. Məsələni yenidən “Qordi düyünü”nə çevirmək üçün Minsk qrupunu diriltməyə çalışanların əsl məqsədi Ermənistana vaxt qazandırmaqdır. Bunun nəticəsidir ki, onlar dəhlizin açılması məsələsində ziddiyyətli, ən başlıcası, pozucu tonda çıxış edirlər.
Avropa Parlamentinin bir sıra deputatlarının anti-Azərbaycan mövqeyində olması sirr deyil. Amma avropalı parlamentarilərin bu gün regionda sülhün və təhlükəsizliyin möhkəmlənməsinə yardım etmək əvəzinə, pozucu fəaliyyətə meyillənməsi anlaşılan deyil. Brüssel görüşü öncəsi belə bir təxribata əl atmaq cəhdləri yersiz və mənasızdır. Ermənistanı dəstəklədiyini düşünənlər unutmamalıdırlar ki, dəhlizin açılmasına, sərhədlərin müəyyənləşməsinə mane olmaq cəhdi ilə ən böyük zərbəni elə Ermənistana vururlar...
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51

