Putin-Bayden görüşü nə ilə nəticələnəcək?
07.12.2021 [20:24]
Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Co Bayden arasında görüş başlayıb. Danışıqlar videokonfrans formatında keçirilir, ikitərəfli münasibətlər, Ukrayna münaqişəsi, NATO-nun şərqə, Rusiya sərhədlərinə doğru irəliləməsi məsələləri müzakirə olunur.
Görüşdən əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskva dialoqa köklənib: "Prezident Putinin diplomatik dünyagörüşü məhz buna əsaslanır. O, danışqıalra hazırdır, lakin danışıq qarşılıqlı hörmət əsasında aparılmalıdır və söhbətdə tərəfdaşlar yenə də bir-birlərinin maraqlarını və narahatlıqlarını nəzərə almalıdırlar". O əlavə edib ki, görüşdə dönüş olmayacaq, dəyişiklik gözləmək lazım deyil. Bu, indiki mürəkkəb mərhələdə keçiriləcək işgüzar dialoq olacaq.
Məlum görüş barədə fikirlərini “yeniazerbaycan.com”la bölüşən “Atlas” Araşdırmalar Mərkəzinin eksperti , politoloq Samir Hümbətov vurğulayıb ki, görüşün baş tutması Rusiya tərəfinin təklifi idi. Çünki Ukrayna ətrafında baş verən proseslər birbaşa Rusiya və Amerika ilə bağlı olan məsələdir: “Peskovun söylədiklərinə gəlincə, son günlər Ukrayna ətrafında baş verən proseslər və onun fonunda yaranmış gərginlik dünyaya bəllidir. Bir müddət əvvəl Putin bildirmişdi ki, Ukrayna məsələsi bizim üçün “qırmızı xətt” hesab olunur. Bu fikirlərdən sonra Baydenə belə bir sual verildi ki, Putin bu cür fikirlər səsləndirir. O zaman Amerika Prezidenti heç bir “qırmızı xətt”i tanımadığını söylədi. Bütün bunlar o deməkdir ki, tərəflər arasında gərginlik var. Görüşün nə üçün onlayn formada keçirilməsinə gəlincə, hər iki tərəfin bir-birinin ayağına getməməsi diqqətləri cəlb edir. Onlar hegemon olduqlarını göstərməyə çalışırlar”.
Görüşdə müzakirə olunacaq məsələlərin çox olduğunu bildirən politoloq qeyd edib ki, əsasən Ukrayna məsələsi öndə gedən mövzulardan biridir: “Eyni zamanda, Polşada raket sisteminin yerləşdirilməsi ilə bağlı uzun müddət söz-söhbətlər gəzməkdədir. Bundan başqa, postmüharibə dövründəki vəziyyət, eləcə də Ermənistanın daxilindəki durum müzakirə olunacaq məsələlər sırasındadır. Çünki Ermənistanda vəziyyət gərgindir. Məlumdur ki, Paşinyan Qərbin dəstəklədiyi adamdır və o, atdığı addımları bir növ ABŞ-la koordinasiya edən şəxsdir”.
S.Hümbətovun sözlərinə görə, artıq uzun müddətdir ki, Amerika Birləşmiş Ştatları ilə Rusiya arasında müzakirə olunması lazım olan və hələ də vaxtını gözləyən mövzulardan biri raket sistemi ilə bağlıdır: “Eyni zamanda, Rusiyaya qarşı tətbiq olunan sanksiyalar da diqqət mərkəzində olan ən önəmli məsələlərdən biridir. Çünki Rusiya bu sanksiyalar ucbatından ildə milyardlarla dollar vəsait itirir və demək olar ki, neft-qaz satışında böyük maneələr yaranır. Baxmayaraq ki, Rusiya artıq “Şimal axını-2” layihəsini həyata keçirib və bu layihə üzərindən Avropaya qaz satmağa başlayıb. Təbii ki, Avropa da ABŞ-dan çəkindiyi üçün Rusiya ilə ticarət əlaqələrinə girişə bilmir. Putin-Bayden arasındakı danışıqlar dünyanın siyasi axarını dəyişdirəcək müzakirə kimi yadda qala bilər”.
Beynəlxalq məsələlər üzrə mütəxəssis, politoloq Sultan Zahidov isə görüşdə ciddi razılaşmaların əldə olunma ehtimalının az olduğunu diqqətə çatdırıb: “Sadəcə bu görüş tərəflərin bir-birinə öz mövqelərini bildirmələri və ABŞ ictimaiyyətini rahatlatmaq üçündür. Videoformatdakı görüşdə hansısa sazişin imzalanması gözlənilmir. Peskov verdiyi açıqlama ilə bir daha demək istəyir ki, Rusiya bəlli şərtlər təmin olunmamış öz mövqeyindən geri çəkilən deyil. Bu şərt isə ondan ibarətdir ki, rəsmi Moskva ABŞ-ın Ukraynadan əl çəkməsini istəyir. Digər şərt isə iqtisadi sanksiyalardır. Peskov “görüşdə dönüş olmayacaq” deməklə bir növ bu məqamları diqqətə çatdırmaq istəyir”.
Yeganə Bayramova
Xəbər lenti
Hamısına baxDünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27

