Türkiyənin vasitəçiliyi münaqişənin həllinə necə təsir edə bilər?
01.12.2021 [10:27]
Və ya Ankaranın təşəbbüsü Kiyev-Moskva xəttində böhranı aradan qaldıracaqmı?
Nardar BAYRAMLI
Müasir dünya siyasətində güclü, nüfuzlu dövlət və etibarlı tərəfdaş kimi tanınan Türkiyə regional və beynəlxalq təhlükəsizliyə, əməkdaşlığa mühüm töhfələr verir. Qardaş ölkənin, həmçinin Avrasiyada sülh, sabitlik, rifah və işbirliyinin təmin olunmasında əhəmiyyətli addımlar atır, vacib təşəbbüslər irəli sürür. Türkiyənin regionda sülh naminə Rusiya və Ukrayna arasında vasitəçiliyə hazır olduğunu bəyan etməsi də bu baxımdan xüsusi vurğulanmalıdır. Yeri gəlmişkən, Prezident Rəcəb Tayyib Ərdoğan Türkmənistandan qayıdarkən jurnalistlərə verdiyi açıqlamada bu məsələyə toxunaraq “Regionda sülhün tərəfdarıyıq. Biz dəfələrlə bu mövzunu dost Rusiya və xüsusilə cənab Putinlə müzakirə etmişik. Vasitəçi olaraq Ukrayna və Putinlə danışıqlar aparmağa hazırıq. Tərəflər istərsə, bu problemin həllində iştirak etmək istəyərdik”, - deyə bildirib.
Artıq Ukrayna tərəfi Türkiyə Prezidentinin vasitəçilik təklifinə müsbət reaksiya verib. Xarici işlər naziri Dmitri Kuleba deyib ki, rəsmi Kiyev Donbassdakı münaqişənin həllinə yönəlmiş istənilən səyləri alqışlayacaq. “Ukrayna Normandiya formatının işinə sadiqdir, lakin biz heç vaxt digər tərəfdaşlar və dostlar tərəfindən təklif edilən yaxşı təşəbbüsləri geri çevirməmişik. Biz bu müharibəni dayandırmağa, geri qayıtmağa kömək edə biləcək hər hansı səyi alqışlayacağıq”, - deyə Dmitri Kuleba qeyd edib.
Ekspertlər də Türkiyənin bəhs olunan məsələnin həllində və regionda dayanıqlı sabitliyin təmin olunmasında vacib rol oynaya biləcəyini vurğulayırlar.
Rusiya güc balansını bölüşdürəcəyi tərəfin Qərb yox, Türkiyə olmasında maraqlıdır
Mövzu ilə bağlı qəzetimizə açıqlama verən siyasi şərhçi Asif Nərimanlı bildirib ki, Ukrayna üçün münaqişənin həllində irəliləyişin yeganə yolu Türkiyə-Rusiya masası görünür. Onun sözlərinə görə, Qərb problemin həlli üçün dəfələrlə vasitəçilik təklif edib, bu istiqamətdə danışıqlar aparılıb: “Amma Qərbin prosesdə iştirakı indiyə qədər heç bir nəticə verməyib, əksinə, Rusiyanın aqressiyasının artması ilə nəticələnib. Çünki Avropa və ABŞ Rusiyaya qarşı kəskin mövqe sərgiləyir, hətta müəyyən sanksiyalar tətbiq edir. Bütün bunların fonunda Rusiya güc balansını bölüşdürəcəyi tərəfin Qərb yox, Türkiyə olmasında maraqlıdır. Yəni Cənubi Qafqaz və Mərkəzi Asiyada olduğu kimi, Şərqi Avropada da Ankara-Moskva tandemi effektli ola bilər. Kiyevin son dövrlər Türkiyə ilə yaxınlaşmaq siyasətində də münaqişəni bu formatda həll edə bilmək gözləntisi var”.
Ukrayna Türk Dövlətləri Təşkilatına cəlb oluna bilər?
Həmsöhbətimizin sözlərinə görə, rəsmi Ankaranın hədəflərindən biri Ukraynanı Türk Dövlətləri Təşkilatına gətirmək, Şərqi Avropadan Mərkəzi Asiyaya qədər uzanan coğrafiyada güclənmək və bu prosesdə Moskva ilə üz-üzə gəlməməkdir: “Qarabağ məsələsi də göstərdi ki, postsovet məkanındakı münaqişələrin həllində irəliləyişə nail olmaq üçün Qərb-Rusiya qarşıdurmasından yox, Türkiyə-Rusiya əməkdaşlığından yararlanmaq olar. Dünyadakı bəzi güclər münaqişələrin həllində səmimi deyil, əksinə, problemin uzanmasına maraqlı olurlar, ya da konkret olaraq bir tərəfin mövqeyini dəstəkləyirlər. Bu yanaşma Qərbin siyasətində də özünü göstərir. Amma Türkiyə dünyada, o cümlədən regionda sülhün, təhlükəsizliyin və beynəlxalq hüququn təmin edilməsində maraqlıdır. Ötən dövr ərzində Rəcəb Tayyib Ərdoğan hakimiyyətinin yürütdüyü siyasət bunu təsdiqləyir. Ona görə də Rusiya-Ukrayna böhranının həllində Türkiyənin vasitəçiliyi daha düzgün və məntiqli yanaşmadır”.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

