Qalib Azərbaycan məğlub Ermənistanı sülhə dəvət edir
28.11.2021 [19:15]
Rəsmi İrəvan Azərbaycanın bu humanist davranışına adekvat cavab verməklə özünü xilas edəcək
Müşfiq Məmmədli: Ermənistan bütün əsassız iddilarını kənara qoymalı və Azərbaycanın sülh dəvətini qəbul etməlidir
Vüqar İskəndərov: Soçidə imzalanan bəyanat regional sabitliyi və təhlükəsizliyi möhkəmləndirməyə, bölgənin iqtisadi tərəqqisinə xidmət edir
Məlum olduğu kimi, noyabrın 26-da Soçidə Azərbaycan Prezidenti İlham Əliyevin, Rusiya Prezidenti Vladimir Putinin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə üçtərəfli görüş keçirilib. Görüşün nəticəsi olaraq isə üçtərəfli bəyanat imzalanıb. Qeyd edilməlidir ki, sənəd Ermənistanla Azərbaycan arasındakı ən mühüm problemlərdən birini - dövlət sərhədinin delimitasiyası məsələsini özündə əks etdirib. Bəyanatda göstərilib ki, iki ölkə arasında sərhədin demarkasiyası üzrə ikitərəfli komissiya yaradılması nəzərdə tutulub.
Vurğulanmalıdır ki, istər 30 illik işğal, istərsə də 44 günlük müharibə dövründə Azərybaycan hər zaman problemin danışıqlar yolu ilə həllinin tərəfdarı kimi çıxış edib. Ermənistanın qeyri-konstruktiv mövqeyi problemin sülh yolu tənzimlənməsinə mane olsa da, müharibədə uğradığı ağır məğlubiyyət onları məsələyə yanaşmasını dəyişmək məcburiyyətində qoyub. Başqa sözlə, Azərbaycan öz gücü, qüdrəti sayəsində Ermənistanın illərdir ki, təbliğ etdiyi yalanlardan əl çəkməyə, ölkəmizin ərazi bütövluyünü tanımağa məcbur edib. Bunu, Soçi görüşünün sonunda imzalanan bəyanat da təsdiqləyir. Qalib ölkə olan Azərbaycan məğlub Ermənistanı suverenlik və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında sülh sazişi üzərində işə başlamağa dəvət edir. Bu, sosial-iqtisadi, siyasi fəlakət yaşayan, xaos və anarxiyanın hakim kəsilidyi Ermənistan üçün yeganə çıxış yoludur.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Müşfiq Məmmədli bildirib ki, Azərbaycan Ordusunun Vətən müharibəsindəki qəti qələbəsi Ermənistanda siyasi böhranla yanaşı iqtisadi çöküşü də reallaşdırıb. Millət vəkili qeyd edib ki, müharibə meydanında Azərbaycana açıq şəkildə məğlub olan Ermənistan artıq sülhə gəlməlidir. Onun sözlərinə görə, Azərbaycan regionda yeni reallıqlar yaradıb və bu reallıqların fonunda əməkdaşlıq platformalarının inkişafı üçün sülh ilkin şərtdir. Soçi görüşündə sərhədlərin delimitasiyasının və demarkasiyasının müzakirə predmeti olduğunu bildirən M.Məmmədli onu da vurğulayıb ki, bu görüş Qarabağa dair imzalanmış 10 noyabr üçtərəfli bəyanatının reallaşdırılmasının gedişi, mövcud problemlərin aradan qaldırılması və regionda dinc həyatın təmin olunması ilə bağlı növbəti addımların birlikdə müzakirəsi kimi tarixə düşdü. Artıq regionda sülhə ehtiyac var və məğlub Ermənistanın qalib Azərbaycanın sülh dəvətinə müsbət cavab verməkdən başqa yolu yoxdur: "Ermənistan bütün əsassız iddilarını kənara qoymalı və Azərbaycanın sülh dəvətini qəbul etməlidir. Bu, Ermənistana iqtisadi, sosial problemlərini həll etməsi üçün yaranmış yeganə şansdır. Bununla da Ermənistan öz mövcudluğunu qoruya bilər. Çünki hansısa əsassız ərazi iddiaları və ya revanş arzuları ilə yaşasa, Ermənistanın bir dövlət kimi gələcəyi sual altına düşəcək. Rəsmi İrəvan, o cümlədən Ermənistan cəmiyyəti dərk etməlidir ki, Azərbaycanın təklif etdiyi sülh gələcək əməkdaşlıq, bölgənin inkişafı ilə bağlı yol xəritəsidir. Sülh nəticəsində yaranacaq əməkdaşlıq platforması həm də bölgənin təhlükəsizliyi baxımından olduqca böyük əhəmiyyət daşıyır".
Milli Məclisin deputatı Vüqar İskəndərov da bildirib ki, bu gün Cənubi Qafqaz regionunda sülhün və təhlükəsizliyin təmin ediləcəyi təqdirdə inkişaf üçün əsaslı zəminlər mövcuddur. Azərbaycan isə bu reallığı yaradan güc mərkəzi statusunda çıxış etməkdədir: "Soçidə imzalanan bəyanat regional sabitliyi və təhlükəsizliyi möhkəmləndirməyə, bölgənin iqtisadi tərəqqisinə xidmət edir. Prezident İlham Əliyev mətbuata bəyanatında bildirdi ki, biz Ermənistan tərəfindən də regionda vəziyyətin daha artıq dərəcədə proqnozlaşdırıla bilən olması üçün şərait yaradılması niyyətini görürük. Dövlət başçısı qeyd etdi ki, biz Azərbaycanda Ermənistan ilə çoxillik qarşıdurma səhifəsini çevirmək, normal qarşılıqlı fəaliyyət mərhələsinə başlamaq əzmindəyik və düşünürəm ki, məhz bu formatda öz məqsədlərimizə çatacağıq. İnanıram ki, Azərbaycanın bu dəvəti Ermənistan üçün bir şansdır və onlar da bu şansdan istifadə edəcəklər. Ermənistan bir dövlət kimi var olmaq istəyirsə, Azərbaycanın sülh dəvətini qəbul etməli, regionda yaratdığımız yeni iqtisadi reallıqlara qoşulmalı və hər hansı bir məsuliyyətsiz təxribata yol verməməlidir. Əks halda, bu ölkə ən böyük pisliyi özünə etmiş olacaq. Ermənistan həqiqətən xilas olmaq istəyirsə, Azərbaycanın bölgədə sülh və əməkdaşlığın bərpa olunması ilə bağlı təşəbbüslərinə qoşulmalıdır".
Pərviz Sadayoğlu
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51

