Əli Əliyev niyə qəzəblidir?
05.11.2021 [10:12]
Siyasətin tərifi çoxdur. Bəziləri onu “milli maraqların qorunması vasitəsi” adlandırır, digərləri “siyasət ictimai ahəngdarlığı təmin edən mexanizmdir”, - deyirlər. Siyasəti “idarəetmə sənəti” adlandıranlar da var, ona “dövlət ağlı” deyənlər də. Təbii ki, bu yanaşma formaları siyasətşünaslarla yanaşı, siyasətçilərə də aiddir. Amma öz məhdud dünyagörüşünə görə siyasəti “şəxsi ambisiyaları reallaşdırmaq üçün ucuz vasitə”, “virtual aləmdə siyasi şoumenliklə məşğul olub populizm qazanmaq üsulu”, “demoqogiya sənəti” kimi görənlər, qavrayanlar da az deyil...
Siyasətçi, yoxsa virtual “teatr tamaşası”nda “siyasi aktyor”?!
Elə bu hal cəmiyyətimizə də yad deyil. Xüsusilə, xaricdən idarə olunan, “qərəz bumu”nun yaşandığı “Osmanqızı TV” kimi internet kanallarına nəzər saldıqda bu reallığın şahidi oluruq. Həmin resurslarda təşkil olunan virtual “teatr tamaşaları”nda “siyasi aktyorluq” edən fiqurlardan biri də Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevdir.
Söylədiyi “fikir”lərlə 1001 yalan uydurmaqdan usanmayan mənfi, miskin və aciz nağıl “qəhrəman”larını xatırladan bu şəxs sosial şəbəkələrdə qəzəb saçmaqla məşğuldur. Eyni zamanda, özünü “sosial medianın siyasi fenomeni” olaraq görən, “blogger-yutuber-siyasətçi” qiyafəsinə bürünən Ə.Əliyevin ifadə etdiyi “qənaət”lər onun sadəcə olaraq məntiqsiz demaqoq olduğunu nümayiş etdirir.
Qovulmuş, heç bir düşərgədə özünə yer tapa bilməyən uğursuz fiqur
Əli Əliyevin “siyasi karyera”sı elə cümlələri, “fikir”ləri kimi uğursuz, mənasız və gülüncdür. O, siyasi cameədə özünə yer tapa bilmək üçün müxtəlif manevrlər etsə də, fiaskoya düçar olub. Məsələn, onun “bəzi məmurlar Heydər Əliyevin müəyyənləşdirdiyi hədəflərdən yayınmağa çalışırlar” deməklə özünü Ümummilli Lider Heydər Əliyevin təəssübkeşi kimi göstərməsi heç bir nəticə verməyib. Bununla yanaşı, vaxtilə həm məişət məsələləri səbəbindən, həm də Etibar Məmmədovun təbirincə desək, “yetişmədiyinə görə” (oxu: mənəvi-siyasi cəhətdən kal qaldığına görə - N.Q.) AMİP-dən qovulan bu şəxs sonradan yenə də çıxdaş olunmaq taleyi ilə üzləşib. Söhbət İsa Qəmbərin onun haqqında “iqtidara donos ötürür” ifadəsindən gedir. Sığınmağa çalışdığı həmin düşərgədən məhz buna görə “iqnor” edilən Əli Əliyevin Vətəndaş və İnkişaf Partiyasının sədri kimi qatıldığı parlament seçkilərində seçicilərin heç 1 faizinin belə səsini qazana bilməməsi onun, özünün dediyi kimi, necə “nüfuzlu və səriştəli siyasətçi” olduğunu göstərir. Belə olan halda, “youtube” kanallarının “siyasi ulduz”una çevrilməyə çalışan Ə.Əliyevin yenidən millət vəkili olmaq xülyasına düşməsi isə, yumşaq desək, paradoksaldır, gülüş doğurur.
“Yorğan davası” aparan “siyasətçi” ayağını yorğanına görə uzada bilmir
Yeri gəlmişkən, o, internet kanallarının birində “2015-ci ildə parlamentə buraxılmadığını”, buna görə də “bir ildə 120 min manat gəlirdən məhrum olduğunu” deyib. Maraqlıdır, parlament seçkilərində 1 faiz belə səs toplaya bilməyən bir namizəd necə deputat statusu qazana və onun təbirincə desək, parlamentə buraxıla bilər? Sual olunur: dilindən düşürmədiyi “demokratiya” onun düşüncəsində “məğlub olduğu halda, deputat statusu alıb parlamentdə əyləşmək”dir, yoxsa hikkədən sağa-sola qəzəb saçan, internet məclislərində siyasi moizələr söyləyən birinin şəxsi ambisiyalarının təmin olunmasıdır?! Görünən budur ki, onun aqressiyasının səbəbi məhz millət vəkili olub da öz maddi maraqlarını təmin edə bilməməsidir. Yəni onun davası “yorğan davası” olsa da, ayağını yorğanına görə uzatmaq ədəbindən - qabiliyyətindən uzaqdır. Ona görə də Ə.Əliyev hakimiyyəti hədəfə almağa çalışmaqla özünü “siyasi reklam bazarı”nda nümayiş etdirir.
Siyasi isterika vəziyyəti, yaxud “məndən niyə istifadə etmirlər?”
Bir müddət əvvəl “hakimiyyət mənimlə hesablaşmalıdır” fikrinin ciddiyə alınmamasından sonra “hökumət məndən qorxur-çəkinir” deməyi onun nə qədər qeyri-ciddi fiqur olduğunu göstərir. Partiyasının illik xərci 200 manat olan, özünün yaxın çevrəsindən başqa 1 nəfər də olsun üzvü olmayan, 150 manat məbləğində pul vəd etməklə partiya “iclas”larına icarəyə “iştirakçı” götürən və onları da aldadan, parlament seçkilərində 1 faiz səs toplaya bilməyən, debatlardan qaçan - internet kanallarında gurultulu monoloq söyləməyi “debat” zənn edən, Milli Məclisdə komitə, yoxsa komissiyanın fəaliyyət göstərdiyini bilməyən bir şəxsin özünü “nüfuzlu və qorxulu siyasətçi” kimi qələmə verməsi nəinki onun siyasi əxlaq çatışmazlığından əziyyət çəkdiyini, hətta sağlam düşüncədən məhrum, siyasi isterika vəziyyətində olduğunu göstərir.
Daha bir məqam ondan ibarətdir ki, “üçtərəfli Bəyanat Azərbaycan üçün kapitulyasiya aktıdır”, - deyən birini sadə vətəndaşlar, ictimai-siyasi institutlar və ya hakimiyyət niyə ciddiyə alsın ki?! Özü barəsində “demokrat” obrazı yaratmağa çalışan Ə.Əliyevin onu məhz bu qərəzli sözlərinə görə tənqid edən jurnalistə “o kimdir ki?! Mən prezidentliyə namizədəm, parlamentə namizədəm”, - deyə cavab verməsini isə xüsusi şərh etməyə ehtiyac yoxdur. Özünü “siyasətçi” adlandıran bu şəxs anlamır ki, tənqid etmək jurnalistin hüququ və seçimidir, prezidentliyə, deputatlığa namizədlik isə xüsusi - əlahiddə status deyil, hər bir vətəndaşın qanun çərçivəsində istifadə edə biləcəyi bir hüquqdur. Üstəlik, ilin-günün bu vaxtı, hansısa təbliğat-təşviqat kampaniyasının aparılmadığı, qeyri-seçki şəraitində Ə.Əliyevin “mən prezidentliyə namizədəm, parlamentə namizədəm” deməyi anormal haldır. Digər tərəfdən, “nazirlər-siyasətçilər mənimlə debata gəlsin”,-deyə fikir bildirən, nazirin siyasətçi deyil, dövlət məmuru olduğunu bilməyən bu şəxs, elə görünür, doğrudan da, yetişməyib və yetişməyəcək!
Beləliklə, “məndən niyə istifadə etmirlər” düşüncəsi ilə özünü siyasi piştaxtaya çıxaran Əli Əliyevin bu gedişlə “siyasi karyera”sının və “çoxminli üzv”dən ibarət partiyasının taleyi də elə əvvəlcədən bilinir. Əlbəttə, onun, demək olar ki, birnəfərlik partiyasının parçalanacağını söyləmək olmaz, sadəcə olaraq, Ə.Əliyevin timsalında hissələrə - zərrəciklərə bölünə bilər. Ən azından, təbiətin və fizikanın qanunu belədir.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17

