Hədəf bəllidir
09.10.2021 [10:34]
İran Zəngəzur dəhlizi ilə bağlı mövqeyini dəyişəcək
Tofiq Zülfüqarov: Paşinyan “Artsax” siyasətini yeni şəraitdə davam etdirmək istəyir
Müsahibimiz Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovdur
- Tofiq müəllim, son zamanlar müzakirə predmetinə çevrilən əsas məsələlərdən biri Azərbaycan ilə Ermənistan arasında təmasların yaradılması və görüşlərin keçirilməsidir. Artıq xarici işlər nazirləri arasında görüşün keçirilə biləcəyi ilə bağlı hər iki tərəfdən müəyyən fikirlər bildirilib. Bu təmaslar dialoq şəraitinin təmin olunması və sülh sazişinin imzalanması kontekstində nə vəd edir? Prosesdən gözləntiniz nədir?
- Ermənistan tərəfindən əməkdaşlıq və sülh barəsində bəzi açıqlamalar verilsə də, onların əsas mövzuya aid mövqeyi dəyişməz olaraq qalır. Bildiyiniz kimi, Ermənistanda “dövlətçiliyin bərpası”nın əsas ideyası Azərbaycana qarşı ərazi iddiaları idi. Onlar ermənilər yaşayan və sonra işğal olunan ərazilərdə ikinci erməni dövləti yaratmaq istəyirdilər. Bu iddia əsasında hərəkət edərək bir çox cinayətlərə yol veriblər - etnik təmizləmə aparıblar, soyqırımı törədiblər. İndiki mərhələdə Ermənistan rəhbərliyi köhnə siyasətdən, sanki, əl çəkmir. Ermənistan hökumətinin yeni qəbul olunan proqramında əksini tapan məsələlər göstərir ki, ermənilər bizim ərazimizdə - Şərqi Zəngəzurda hansısa layihələr həyata keçirmək istəyirlər, bunun üçün maliyyə vəsaiti ayrılması nəzərdə tutulur. Paşinyanın dediyi kimi, indi onlar “Artsax” siyasətini guya ki, yeni şəraitdə davam etdirmək niyyətindədirlər. Təbii ki, bu, qəbuledilməzdir, çünki anneksiya siyasətinin bir növüdür.
Kommunikasiyaların bərpasına, sərhədlərin müəyyənləşdirilməsinə maneə olan əsas məsələ Ermənistanın mövqeyində hələ də Azərbaycana qarşı ərazi iddiasının olmasıdır. Şübhəsiz, tərəflər arasında görüşlər baş tutmalıdır, amma biz tələb etməliyik ki, Ermənistan rəsmi olaraq bu siyasətdən əl çəksin. Yoxsa, bu təmasların, proseslərin uğurlu olmasına ümid yoxdur. Xüsusilə nəzərə almaq lazımdır ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Bu şəraitdə Ermənistanın bəhs olunan siyasəti qəbuledilməzdir. Hesab edirəm ki, təmaslarda da bu mövzuya dair müzakirələr olmalıdır və Azərbaycanın konkret mövqeyi Ermənistanın rəsmilərinə həmişə olduğu kimi çatdırılacaq.
Rusiya-Türkiyə tandeminin zəif cəhəti odur ki...
- Tərəflər arasında təmasların qurulması və yekun nəticənin əldə olunması üçün regionda intensiv diplomatik trafik müşahidə olunur. Yəni bir sıra dövlətlər bu prosesdə fəallıq nümayiş etdirirlər. Yeri gəlmişkən, son olaraq Gürcüstanın xarici işlər naziri ölkəsinin ilk dəfə vacib regional rol və funksiyaların icrasına nail olduğunu vurğulayaraq deyib ki, Tbilisi Azərbaycan və Ermənistan arasında dialoq platformasına çevrilməsinə çalışır. Ümumiyyətlə, bu diplomatik trafik, öz növbəsində, prosesi haraya aparır və sülh sazişinin imzalanmasına necə təsir göstərəcək?
- Sülh sazişi deyəndə bir çox məsələ və mövzunu nəzərdə tutmalıyıq. Bu məsələlərin həlli bu və ya digər şəkildə kiçik addımlardan başlamalıdır. Bu kontekstdə bir mövzudan, yəni ərazi iddiasının yolverilməzliyindən bəhs etdik. İkinci mövzu təzminat məsələsidir. Bu məsələ asanlıqla həll olunan deyil. Amma bu yola başlamalıyıq. Çünki Azərbaycan hərbi cəhətdən istədiyinə nail olub - öz suverenliyini bərpa edib. Yeri gəlmişkən, Ermənistanın Türkiyəyə qarşı da ərazi iddiaları var. Amma yenə də bu və ya digər şəkildə əlaqələrin bərpası məsələsi gündəmdədir. Yəni hədəf bəllidir. Hədəfə nail olmaq üçün yol çətin olacaq, amma biz başlamalıyıq və nəticəni əldə etməliyik.
İndi bu danışıqların hansı çərçivədə və formatda baş tutması məsələsi aktualdır. Bölgədə əsas fəal oyunçular Türkiyə və Rusiyadır. Onların tandemi mövcuddur. İki ölkə bu mövzuya dair həm əməkdaşlıq edir, həm də bu kontekstdə bəzi problemlər mövcuddur. Tandemin zəif cəhəti ondan ibarətdir ki, əsas oyunçulardan biri həm Ermənistanla, həm də Azərbaycanla danışıqlar apara bilir, görüşlər təşkil edir, digəri isə hələ ki, bəzi diplomatik məsələlərə görə bunu etmir. Məhz buna görə də, bəzi mövzuların müzakirəsi ATƏT-in Minsk qrupu səviyyəsində baş tuta bilər. Bununla yanaşı, dediyiniz kimi, Gürcüstanın fəallığı müşahidə olunur, amma biz bunu vasitəçilik adlandıra bilmərik. Bu, xoşməramlı təşəbbüsdür. Yəni görüş yeri təklif etmək, öz ərazisində danışıqlar üçün hansısa şərait yaratmaq və s.
Bütövlükdə, indi diplomatik trafik şəraitində işlək formatı müəyyənləşdirmək üçün axtarışlar gedir. Qısa müddətdə bu mövzuların harada və hansı şəraitdə müzakirə edilməsi müəyyənləşdirilə bilər.
Zəngəzur dəhlizinin açılması qaçılmazdır
- “Başlamalıyıq” dediniz. AZAL aviaşirkəti oktyabrın 6-dan etibarən Naxçıvana uçuşları Ermənistan ərazisi üzərindən həyata keçirir. Ekspertlər bunu Zəngəzur dəhlizinin hava məkanının açılması kimi dəyərləndirirlər. Siz necə düşünürsünüz, bu, Zəngəzur dəhlizinin reallaşmasının başlanğıcı kimi şərh oluna bilər?
- Bəli. Ümumiyyətlə, mən İranın da Zəngəzur dəhlizi ilə bağlı mövqeyinin dəyişəcəyini düşünürəm. Çünki bu dəhlizin reallaşması İran üçün də faydalıdır. Ona görə ki, Zəngəzur dəhlizi Şimal-Cənub nəqliyyat dəhlizinin işləkliyi deməkdir. Kommunikasiyaların bərpasının Ermənistana da faydası var. Ona görə də bunlar məntiqli addımlardır. İndi bu prosesə qarşı çıxan dairələrin arqumentləri çox zəifdir. Bu dəhlizin işə düşməsində Rusiya, Türkiyə, İran, Ermənistan və s. maraqlıdır. Ona görə də Zəngəzur dəhlizinin açılması qaçılmazdır.
Yaradılan süni maneələr gec-tez aradan qaldırılacaq
- Bəs bu amil, yəni Zəngəzur dəhlizinin reallaşması faktoru regionda altılıq və ya dördlük formatında yeni əməkdaşlıq platformasının formalaşmasına təkan verəcəkmi?
- Təbii ki, belə olacaq. Zəngəzur dəhlizi regional əməkdaşlıq formatlarının reallaşmasına birbaşa təsir göstərən mühüm amildir. Ona görə də düşünürəm ki, bu məsələ ilə əlaqədar yaradılan süni maneələr gec-tez aradan qaldırılacaq.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24

