Bayram günlərinin adları niyə dəyişdirilir?
09.10.2021 [10:27]
18 oktyabrın qeyri-iş günü olub-olmaması “Müstəqillik Günü haqqında”qanunun predmeti deyil
Milli Məclisin oktyabrın 11-də keçiriləcək iclasında “Müstəqillik Günü haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq. Qanun layihəsinə əsasən, Azərbaycanda 28 May - Respublika Gününün adı dəyişdirilib və bundan sonra Müstəqillik Günü kimi qeyd ediləcək. Eyni zamanda, 18 Oktyabr - Dövlət Müstəqilliyi Gününün adı dəyişdirilir. Qanun qəbul edildikdən sonra 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü adlandırılacaq.
Bəs həmin dövlət bayramlarının adlarının dəyişdirilməsi hansı zərurətdən yaranır? Sənəddə qeyd olunur ki, 2021-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 30 ili tamam olur. Azərbaycan xalqı 1991-ci ildən sonra ilk dəfə bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir. Bu baxımdan, dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli mərhələlərin, xüsusən müstəqilliyin əldə edilməsi və bərpası kimi tarixi günlərin onların mahiyyəti və məzmununa uyğun daha dəqiq ifadə olunması böyuk önəm kəsb edir.
Məsələ ilə bağlı Milli Məclisin deputatı, tarix elmləri doktoru Musa Qasımlı da qəzetimizə bildirib ki, Azərbaycan tarixində müstəsna yer tutan hadisələri dəqiq, dürüst adlandırılmasına və təqdim edilməsinə böyük ehtiyac var. Onun sözlərinə görə, 28 mayın təqvimdə Müstəqillik Günü elan edilməsi doğru addımdır və tarix gerçəkliyi əks etdirir: “1918-ci il mayın 28-də Azərbaycanın İstiqlal Bəyannaməsi, yəni müstəqillik bəyannaməsi elan edilib. XX əsrdə ilk dəfə olaraq biz cümhuriyyət formasında dövlət müstəqilliyimizi elan etmişik. Həmin İstiqlal Bəyannaməsində “respublika” ifadəsi yox idi. Sənədin adı İstiqlal Bəyannaməsidir. 1920-ci ildə Azərbaycan bolşeviklər tərəfindən işğal ediləndən sonra Azərbaycan SSR yaradıldı. Bu isə müstəqil dövlət deyildi. 1991-ci ilin 18 oktyabrında Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi. Amma həmin aktın mətnində yazılırdı ki, Azərbaycan Respublikası 28 may 1918-ci ildə elan edilmiş Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Deməli, həmin ilin 18 oktyabr tarixində dövlət müstəqilliyimiz bərpa olunub. Bütün bunlar hamısı tarixi gerçəkliyi əks etdirir. Bu, bütün dərsliklərə daxil ediləcək və şagirdlər biləcəklər ki, müstəqillik nə vaxt elan edilib, nə vaxt itirilib və nə vaxt bərpa olunub. Ona görə hesab edirəm ki, belə bir qanunun qəbul edilməsi çox doğru addım olacaq”.
Onu da qeyd edək ki, 28 May bayramı təqvimdə qeyri-iş günü, 18 oktyabr tarixi isə bayram olsa da, iş günü hesab edilir. Bəs “Müstəqillik Günü haqqında” qanun qəbul edildikdən sonra 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü də qeyri-iş günü hesab olunacaqmı? Bu barədə qəzetimizə açıqlama verən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı bildirib ki, 18 Oktyabr-Dövlət Müstəqilliyi Günü 2006-cı ilə qədər ölkədə qeyri-iş günü olub: “Amma həmin il Əmək Məcəlləsinə edilən dəyişikliklər nəticəsində 18 Oktyabr-Dövlət Müstəqilliyi Günü bayram statusunda saxlanılsa da, qeyri-iş günləri siyahısından çıxarılıb. 18 oktyabrla yanaşı, 12 Noyabr-Konstitusiya Günü və 17 Noyabr - Milli Dirçəliş Günü də qeyri-iş günləri siyahısında deyil. Hansı ki, onlar da rəsmi dövlət bayramları sırasındadır. Oktyabrın 11-də parlamentdə “Müstəqillik Günü haqqında” qanunun müzakirəsi zamanı yalnız bayramların adları dəyişdiriləcək. Hansı bayramın qeyri-iş günü olub-olmaması isə bu qanunun predmeti deyil”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04

