Ötən ilin bu günü
30.09.2021 [15:05]
Ötən il sentyabrın 30-da Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
* * *
Ötən ilin bu günü Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan yaralı hərbçilərlə görüşüblər.
* * *
Ötən ilin bu günü Moldovanın nüfuzlu “timpul.md” portalında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Ermənistanın növbəti silahlı təxribatına dair sosial şəbəkə səhifələrində paylaşımı dərc edilib.
* * *
Ötən ilin bu günü Milli Məclisin Sədri Sahibə Qafarova bildirib ki, Milli Məclis cəbhə xəttindəki erməni təxribatları ilə bağlı 88 ölkəyə 113, o cümlədən 11 beynəlxalq təşkilata məktublar göndərib.
* * *
Ötən ilin bu günü Azərbaycandakı dini konfessiyaların rəhbərləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət ediblər.
* * *
Ötən il sentyabrın 30-da Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Azərbaycan Ordusunun bölmələrinin keçirdiyi döyüş əməliyyatları nəticəsində düşmənin 8 ədəd “Qrad” yaylımatəşli reaktiv sistemi məhv edilib.
* * *
Ötən ilin bu günü Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin yaydığı məlumatda bildirilir ki, Ağdərə (Madagiz) istiqamətində gedən döyüşlər zamanı Ermənistan ordusunun darmadağın edilən 6-cı dağ atıcı alayına köməyə gələn 193-cü əlahiddə həmlə taborunun döyüş bayrağı və sənədləri ələ keçirilib.
* * *
Ötən ilin bu günü Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin yaydığı məlumata görə, Azərbaycan Ordusunun bölmələri tərəfindən saat 17:30-dək düşmənin 2 ədəd “OSA-AKM” zenit-raket kompleksinin döyüş maşını, 1 ədəd BM-21 “Uraqan” yaylımatəşli reaktiv sistemi, 4 ədəd BM-21 “Qrad” yaylımatəşli reaktiv sistemi məhv edilib. Bundan başqa, Ermənistan silahlı qüvvələrinin bölmələrinin 4 ədəd “D-20” haubitsa topu, 16 tankı, 1 ədəd piyadanın döyüş maşını və şəxsi heyətlə birlikdə 2 yük maşını məhv edilərək sıradan çıxarılıb.
* * *
... Azərbaycan Respublikasının Müdafiə Nazirliyi düşmənin daha səkkiz döyüş texnikasının məhv edilməsi ilə bağlı məlumat yayıb.
* * *
... Müdafiə Nazirliyinin yaydığı başqa bir məlmatda bildirilib ki, Ermənistan silahlı qüvvələri “Toçka-U” taktiki raket kompleksindən istifadə edib. Lakin düşmənə məxsus hərbi texnikanın köhnə və keyfiyyətsiz olması səbəbindən atılan raketlərdən üçü partlamayıb.
* * *
... Azərbaycan Müdafiə Nazirliyi Azərbaycan Ordusunun bölmələrinin Ermənistan silahlı qüvvələrinin 1-ci ümumqoşun ordusunun 10-cu dağ atıcı diviziyasının 5-ci dağ atıcı alayının Ağdərə yaşayış məntəqəsində yerləşən qərargahına zərbə endirilməsi ilə bağlı məlumat yayıb.
* * *
Nazirliyin başqa bir məlumatında isə bildirilib ki, Azərbaycan Ordusunun bölmələri Ermənistan silahlı qüvvələrinin Füzuli istiqamətində yerləşən 4-cü taborunu ağır artilleriya atəşinə məruz qoyub.
* * *
... Müdafiə Nazirliyi həm də Azərbaycan Ordusunun bölmələrinin Tonaşendə düşmənin iki tankını məhv etdiyini yayıb.
* * *
... Müdafiə Nazirliyi düşmənin səhər saatlarında məhv edilən hərbi texnikalarının videogörüntülərini paylaşıb.
* * *
... Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin yaydığı məlumatda bidirilib ki, Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının 41-ci əlahiddə alayının komanda məntəqəsinə atəş zərbəsi endirilib, qoşunların idarə edilməsi tam pozulub. Müdafiə Nazirliyinin başqa bir məlumatında göstərilir ki, Ermənistanın 1-ci ümumqoşun ordusunun 10-cu dağ atıcı diviziyasının Tonaşendə yerləşən 7-ci dağ atıcı alayının 2-ci taborunun şəxsi heyəti ağır itkilərə məruz qalıb. Taborun şəxsi heyəti müdafiə mövqelərini özbaşına tərk edərək qaçır.
* * *
... Ermənistan silahlı qüvvələrinin artilleriya bölmələri Goranboy rayonunun Aşağı Ağcakənd kəndini atəşə tutmağa başlayıblar.
* * *
...Cəbhənin Ağdərə-Tərtər istiqamətində mühasirəyə alınan erməni qüvvələrinin artilleriya vasitələri ilə məhv edilməsi və ərazinin təmizlənməsi əməliyyatı keçirilib.
Müdafiə Nazirliyinin məlumatına görə, sentyabrın 27-dən sentyabrın 30-u səhər saatlarına qədər düşmənin 2300 nəfərədək canlı qüvvəsi məhv edilib və yaralanıb, 130-dək tank və digər zirehli texnikası, 200-dən artıq artilleriya, yaylımatəşli raket sistemləri, minaatan, 25-dək hava hücumundan müdafiə vasitələri, 6 komanda idarəetmə və komanda müşahidə məntəqələri, 5 silah-sursat anbarı, 50-dək tankəleyhinə vasitələr, 55 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.
* * *
Ötən ilin sentyabrın 30-da səhər saat 08.00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhərini artilleriya atəşinə tutub. Müdafiə Nazirliyinin yaydığı məlumata görə, mülki infrastruktura ziyan dəyib və dinc əhalidən yaralananlar olub.
... Cəbhənin Cəbrayıl rayonu istiqamətində düşmənin döyüş texnikaları bölmələrimiz tərəfindən məhv edilib.
* * *
Ötən il sentyabrın 30-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.
* * *
Ötən ilin bu günü İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun (İƏTGF) prezidenti Taha Ayhan Ermənistan silahlı qüvvələrinin Azərbaycana hücumlarını sərt şəkildə pisləyən bəyanatla çıxış edib.
Ötən ilin bu günü Avrasiya Yazıçılar Birliyi Ermənistanın hərbi hücumlarını dayandırmaq tələbi ilə bəyanat yayıb.
* * *
Ötən ilin sentyabrın 30-da Azərbaycana dəstək məqsədilə İstanbulun rəmzlərindən biri olan tarixi Qalata qülləsi ölkəmizin bayrağının rəngləri ilə işıqlandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

