“Ermənistan-Azərbaycan münaqişəsinin humanitar nəticələri” qəbul edildi
29.09.2021 [15:24]
AŞPA-nın payız sessiyasında Ermənistanın həm Birinci, həm də İkinci Qarabağ müharibəsində törətdiyi cinayətlər ifşa olundu
Məlum olduğu kimi, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasında “Ermənistan-Azərbaycan münaqişəsinin humanitar nəticələri” adlı məruzə qəbul edilib. Məruzədə 1991-1994-cü illərdə baş verən Birinci Qarabağ müharibəsi və 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi zamanı həlak olanlar, itkin, qaçqın, məcburi köçkün düşənlər, mədəni irsə dəyən ziyanlar, minalanmış ərazilər və digər məsələlər yer alıb.
Məruzənin müzakirəsi zamanı çıxış edən AŞPA üzvləri mina xəritələrinin Azərbaycana verilməsinin bundan sonrakı insan ölümünün qarşısının alınması üçün vacib olduğunu xüsusi vurğulayıblar. Məsələ ilə bağlı Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov sosial şəbəkə hesabında bildirib ki, sənəddə Azərbaycan nümayəndə heyətinin təklif etdiyi düzəlişlərin əksəriyyəti qəbul olunub. Birinci Qarabağ müharibəsi ilə bağlı, xüsusilə də Xocalı soyqırımı, Ermənistanın törətdiyi cinayətlər məruzəyə daxil edilib. Erməni deputatlar çox çalışdılar ki, mane olsunlar, ancaq bacarmadılar.
Onun sözlərinə görə, məruzə ətrafında çıxış edənlər ərazilərimizin Ermənistan tərəfindən minalanması məsələsinə toxundular. Qeyd etdilər ki, Ermənistan mina xəritələrini verməlidir. Beləliklə, azad edilmiş ərazilərimizin minalardan təmizlənməsi, münaqişə zonasından uzaq olan Azərbaycan şəhərlərinin - Gəncə, Bərdə, Tərtər, Bakının raket atəşinə məruz qalması kimi məsələlər məruzəyə salınıb.
“Qarabağ Azərbaycan ərazisi olduğu üçün məruzədə Ermənistanın məsuliyyət daşıdığı qeyd edilib. Ümumiyyətlə, Azərbaycan tərəfinin təklif etdiyi düzəlişlərin 90 faizi qəbul olundu. Xüsusi vurğulamalıyıq ki, proseslərin bu şəkildə davam etməsi erməni lobbisinin istəyinə uyğun gəlmir və onlar tamamilə biabır olurlar”, - deyən S.Seyidov onu da söyləyib ki, Birinci Qarabağ müharibəsində minlərlə azərbaycanlının itkin düşməsi, ermənilərin törətdiyi cinayətlərin araşdırılması, Ermənistanın məsuliyyət daşıması kimi məsələlər də məruzədə yer alıb. Erməni deputatların Şuşa kilsəsinin adını dəyişdirmək cəhdləri qəbul olunmadı.
Nümayəndə heyətinin rəhbəri qeyd edib ki, əslində, məruzənin qəbulu Ermənistanın məğlubiyyətidir, sənəd Azərbaycanın ifadə etdiyi bütün reallıqları əks etdirir. Məruzənin müzakirəsi zamanı ermənilərin maneçilik törətmək cəhdlərindən söz açan S.Seyidov bildirib ki, sessiyanın sədri dəyişikliklə bağlı eyni fikri 3 dəfə təkrar etdiyini və erməni deputatın bunu hələ də başa düşməyibsə, bunun onun problemi olduğunu deyərək plenar iclası davam etdirib, ermənilərin cəhdlərinə məhəl qoymayıb. Artıq beynəlxalq təşkilatlar, AŞPA kimi təsisatlar erməni lobbisinin təzyiqlərinə baxmayaraq, Azərbaycanın yaratdığı reallığı qəbul etməyə məcburdur. Ermənilər bəzi qıcıqlandırıcı sözlərlə heç nəyə nail ola bilməyəcəklər.
“Azərbaycan mövqeyini bildirib, mübarizəni davam etdirəcəyik. Nümayəndə heyətimizin bütün üzvləri müzakirələrdə fəal iştirak etdilər və ölkəmizin milli maraqları ilə bağlı fikirləri məruzəyə daxil etməyə nail oldular. Ermənilər müxtəlif hiylələrə əl ataraq nəyəsə nail olmaq istəsələr də, artıq reallıqlar buna imkan vermir”, - deyə nümayəndə heyətinin rəhbəri vurğulayıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10

