Dostluq, qardaşlıq və tərəfdaşlıq nümunəsi
14.09.2021 [09:51]
Dünya tarixinə nəzər saldıqda müxtəlif ölkələrin mənəvi-siyasi həmrəyliyi ilə əlaqədar bir çox nümunəyə rast gələ bilərik. Xüsusilə də, tarixi ənənələrin, milli dəyərlərin birləşdirdiyi xalqlar mənəviyyat üzərində yüksələn siyasi səmimiyyət və qarşılıqlı etimad əsasında bənzərsiz örnəklər yaradıblar. Elə Azərbaycan, Tükiyə və Pakistan nümunəsində olduğu kimi.
Siyasi səmimiyyət və qarşılıqlı etimad mühiti
Bakıda Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə keçirilən “Üç qardaş - 2021” beynəlxalq təlimidə dostluq, qardaşlıq və hərbi-siyasi tərəfdaşlıq münasibətlərinin bariz nümunəsidir. Bu beynəlxalq təlim, eyni zamanda, ordular arasında mövcud olan ikitərəfli əlaqələrin daha da gücləndirilməsi, terrorla mübarizə üçün yeni üsulların kəşf edilməsi və qarşılıqlı təcrübə mübadiləsinin aparılması baxımından olduqca mühüm əhəmiyyətə malikdir.
Dünya siyasətində nüfuzlu aktor kimi tanınan, müasir beynəlxalq münasibətlər sisteminin güc iyerarxiyasında davamlı yüksəlişə malik Azərbaycan, Türkiyə və Pakistan çoxtərəfli münasibətlərin inkişafını strateji prioritetlərdən biri kimi müəyyənləşdiriblər. Bu ölkələr arasında çoxvektorlu münasibətlər praqmatik xarakter və qlobal önəm daşıyır. Xüsusilə də, qarşılıqlı etimad mühiti münasibətlərin inkişafına xidmət edən strateji faktor kimi çıxış edir.
Regional və beynəlxalq əhəmiyyətə malik olan geostrateji reallıqların yarandığı yeni dönəmdə - postkonflikt mərhələsində hər üç ölkə müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsində, bir-birinin milli maraqlarının beynəlxalq müstəvidə qorunmasında güclü siyasi iradə nümayiş etdirir. Bir müddət öncə Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin birinci üçtərəfli görüşünün yekunlarına dair Bakı Bəyannaməsinin imzalanması da bu kontekstdə xüsusi vurğulanmalıdır. Bu addım tarixi-mənəvi və siyasi-strateji baxımdan olduqca mühüm əhəmiyyətə malikdir, eləcə də dost, qardaş və strateji tərəfdaş olan üç ölkə arasında çoxşaxəli münasibətlərin yeni mərhələdə daha da möhkəmləndirilməsinə xidmət edən, tərəflər üçün yeni perspektivlər yaradan strateji faktordur. Tərəflər arasında parlamentlərarası üçtərəfli əməkdaşlıq formatının təsis edilməsi, eyni zamanda, əməkdaşlığın dərinləşdirilməsi, inteqrasiyanın intensivləşdirilməsi prosesinə vacib töhfədir.
Beynəlxalq arenada qətiyyətli dəstək və milli maraqların qorunması
Üç dövlətin əlaqələlərinin inkişafına təsir edən digər bir sıra amillər də mövcuddur. Məsələn, Azərbaycan, Türkiyə və Pakistan terrorizmə, islamofobiyaya qarşı qətiyyətli mübarizə aparırlar. Multikulturalizmin, tolerantlığın təbliği, sivilizasiyalararası dialoqun təşviqi tərəflərin strateji kursunun mühüm tərkib hissəsini təşkil edir. Ən mühüm məqamlardan biri budur ki, hər üç ölkə beynəlxalq arenada milli-strateji maraqların müdafiəsi istiqamətində bir-birinə ciddi dəstək göstərir ki, bu da münasibətlərin yeni keyfiyyət çalarları ilə zənginləşməsi, regional, qlobal xarakterli proseslərə təsir baxımından əhəmiyyətlidir. 44 günlük müharibə zamanı, həmçinin postkonflikt dövründə Türkiyə və Pakistanın Azərbaycana qətiyyətli siyasi və mənəvi dəstək göstərməsi isə bu kontekstdə xüsusi vurğulanmalıdır.
Rifah və inkişaf vəd edən strateji müttəfiqlik
Ekspertlərin də vurğuladıqları kimi, Türkiyə, Pakistan və Azərbaycanın strateji müttəfiqliyi Avrasiyada yeni aparıcı güc mərkəzinin formalaşmasını şərtləndirir. Bu yeni güc mərkəzinin fəaliyyəti, heç şübhəsiz, rifah və inkişaf vəd edir, regional və beynəlxalq əməkdaşlığın dərinləşdirilməsinə, təhlükəsizliyin təmin olunmasına xidmət göstərir. Yəni Azərbaycan-Türkiyə-Pakistan strateji müttəfiqliyi müasir dünya siyasətində pozitiv faktor kimi beynəlxalq münasibətlərin gələcəyi üçün yaxşı perspektivlər açır.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24

