Antimilli ünsürlərin absurd iddiaları gülüş doğurur
11.09.2021 [10:03]
Radikal düşərgə təmsilçiləri sosial şəbəkələrdə dezinformasiya yaymaqla məşğuldurlar
Məlum olduğu kimi, Vətən müharibəsinin zəfərlə başa çatmasından sonra dövlətimizin qarşısında duran əsas vəzifə azad olunmuş ərazilərimizin bərpası və yenidən qurulmasıdır. Artıq bu istiqamətdə işlər sürətlə davam etməkdədir. Görülən işlər barədə müvafiq dövlət qurumları tərəfindən ictimaiyyətə mütəmadi olaraq məlumatlar verilir.
Amma radikal müxalifət, “beşinci kolon”un nümayəndələri ənənələrinə sadiq qalaraq yenə də bu məsələyə öz cılız məntiqləri ilə yanaşır, görülən işləri görməzdən gəlir, yaxud da hər şeyi qara rəngdə görürlər. Elə AXCP funksioneri Nurəddin Məmmədlinin sosial şəbəkələrdə paylaşdığı “fikir”ləri, əsassız iddiaları da radikal düşərgənin bu mərəzini bir daha ortaya çıxarır. Nurəddin Məmmədli özünün “facebook” səhifəsində etdiyi paylaşımlarla qazanılan möhtəşəm qələbənin əhəmiyyətini kiçiltməyə çalışır, bölgədə baş verən son proseslər haqda yanlış fikirlər səsləndirir. Halbuki antimilli ünsürlərə də yaxşı məlumdur ki, erməni tərəfinin müxtəlif təxribatlarına baxmayaraq, qalib Azərbaycan öz strateji hədəflərini ardıcıl olaraq reallaşdırır. Eləcə də Ermənistanın havadarlarının müəyyən spekulyasiya cəhdləri iflasa uğrayır. Çünki Azərbaycan dövləti üçtərəfli razılaşmaların reallaşdırılması üçün öz mövqeyini prinsipial olaraq bəyan edir və müvafiq addımlar atır.
N.Məmmədli, həmçinin keçmiş məcburi köçkünlərin öz yurdlarına qaytarılması məsələsində də insanları aldatmağa çalışır. Reallıq isə bundan ibarətdir ki, Azərbaycan dövləti Böyük Qayıdışı yüksək səviyyədə təmin etmək əzmində və qüdrətindədir. Bu istiqamətdə görülən işlər çoxşaxəlidir. Bəlli olduğu kimi, “Ağıllı kənd” layihəsi gerçəkləşir. Zəngilan rayonunun üç kəndində - Birinci, İkinci, Üçüncü Ağalı kəndlərində bu layihə həyata keçirilir. Bu ərazilərdə bütün lazımi infrastruktur qurulacaq, əkin sahələri bərpa ediləcək və insanlar oraya qayıdacaqlar. Dövlətimizin başçısının qeyd etdiyi kimi, maksimum qısa müddət ərzində mərhələli yollarla biz insanlarımızı o bölgələrə qaytaracağıq. Bunun üçün vəsait də var. Amma ərazinin və əhalinin miqyası nəzərə alınsa, bu müəyyən qədər zaman tələb edir. Dövlətimiz həmin ərazilərdə də vətəndaşlar üçün ən müasir, yüksəksəviyyəli infrastruktur, yaşayış məntəqələri yaratmağı nəzərdə tutur və belə də olacaq.
Göründüyü kimi, insanların işğaldan azad olunmuş torpaqlara qayıtması üçün dövlətin iradəsi ortadadır və bu istiqamətdə silsilə tədbirlər görülür. Bunu həm dünya, həm də xalqımız görür. Lakin yuxarıda da qeyd etdiyimiz kimi, radikal düşərgə təmsilçiləri həyata keçirilən bu işləri ya görməzdən gəlir, ya da hər şeyi qara rəngdə görürlər. Ancaq cəmiyyət onların xislətinə yaxşı bələddir və dağıdıcıların proseslərə yanaşmada sərgilədikləri antimilli mövqe sadəcə olaraq ikrah doğurur.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Gündəm
21 İyul 16:29
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57

