Hakim komandada yerdəyişmələr məğlub ölkə üçün nə vəd edir?
20.08.2021 [10:01]
Məlum olduğu kimi, məğlub Ermənistanda daxili vəziyyət gərgin olaraq qalmaqdadır. Parlamentdə jurnalistlərə qarşı yeni qaydaların tətbiqi və hakimiyyətin müxalifət təmsilçilərinə qarşı təzyiqi fonunda Paşinyan hakimiyyəti tərəfindən hökumətin formalaşdırılması prosesi də davam edir. Ermənistan mətbuatı yeni hökumətin qurulması prosesinin ciddi dəyişikliklərlə müşayiət olunduğunu yazır.
Bu arada “Joğovurd” qəzeti öz mənbələrinə istinadən yazır ki, jurnalistlərin parlamentdə akkreditasiya prosedurunda dəyişiklik ediləcək. Qəzetin yazdığına görə, dəyişikliklərin müəllifləri hakim “Vətəndaş müqaviləsi” partiyasından olan iki deputatdır. Onlardan biri keçmiş jurnalist Sisak Qabrielyan, digəri isə keçmiş aktyor, Paşinyanın qaynı Hraçya Hakopyandır. Qəzet yazır ki, dəyişikliklər artıq parlament sədrinə təqdim olunub. Belə ki, həmin deputatlar bu günlərdə parlamentin spikeri Alen Simonyanla görüşərək hansı jurnalistlərin parlamentə daxil ola biləcəyini, kimlərin akkreditasiyadan məhrum edilməli və ya ümumiyyətlə, hansı akkreditasiya prosedurunun tətbiq edilməli olduğunu müzakirə ediblər. Vurğulanır ki, yeni akkreditasiya qaydaları parlamentin payız sessiyasını işıqlandıran jurnalistlər üçün qüvvəyə minəcək.
Qeyd olunduğu kimi, parlamentdəki yeniliklərlə paralel olaraq Paşinyan hakimiyyətdə ciddi dəyişiklik və yerdəyişmələrə rəvac verib. Belə ki, prezident Armen Sarkisyan tərəfindən avqustun 2-də baş nazir vəzifəsinə təyin edilən N.Paşinyan artıq hökumətin formalaşdırılmasını başa çatdrımaq üzrədir. Həm komanda daxilində, həm də cəmiyyətdə ciddi etirazlara baxmayaraq, bəzi şəxslərin yüksək vəzifəyə təyinatına nail olan Paşinyan bu dəfə sabiq spiker Ararat Mirzoyanı xarici işlər naziri təyin edib. “Panorama.am” yazır ki, artıq bu təqdimat Ermənistan prezidenti A.Sarkisyan tərəfindən təsdiq edilib.
Bu xəbər erməni cəmiyyəti və mediasında təəccüblə qarşılanıb. Ona görə ki, yaxın günlərə qədər sabiq spiker A.Mirzoyanın təhlükəsizlik şurasının katibi təyin olunacağı gözlənilirdi. Lakin gözlənilənin tam əksinə olaraq qərar verilib. Belə ki, baş nazir N.Paşinyanın qərarı ilə bundan bir müddət əvvəl xarici işlər nazirinin birinci müavini vəzifəsinə təyin edilən Armen Qriqoryan da yenidən təhlükəsizlik şurasının katibi vəzifəsinə qaytarılıb.
Yeri gəlmişkən, baş nazir N.Paşinyan hökumətin 2021-2026-cı illər üçün fəaliyyət proqramını da nazirlər kabinetinə təqdim edib və onun təsdiqinə nail olub.
Beləliklə, Paşinyan hakimiyyəti seçkidən sonra yeni fəaliyyət proqramı təqdim etsə də, Ermənistanda mövcud olan sosial-iqtisadi böhranın aradan qaldırılması sual altındadır. Belə ki, hakimiyyət qonşuları ilə münasibətlərdə mövqeyini dəyişməsə, son 3 ildə heç bir inkişafa və irəliləyişə nail olmadığı kimi, bundan sonra da tənəzzül bataqlığında çırpınmağa məhkum olacaq.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47

