/ / Asim Mollazadə: Azərbaycan Prezidenti revanşistlərə “Dəmir yumruğ”un yerində olduğunu xatırlatdı
Asim Mollazadə: Azərbaycan Prezidenti revanşistlərə “Dəmir yumruğ”un yerində olduğunu xatırlatdı
20.08.2021 [10:06]
“Azərbaycan Prezidenti İlham Əliyev Laçın və Kəlbəcər rayonlarına səfəri zamanı çıxışlarında, ilk növbədə, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış planına toxunub. Belə ki, həmin istiqamətdə genişmiqyaslı işlər həyata keçirilir. Dövlət başçısı Kəlbəcər və Laçın rayonlarında, Şərqi Zəngəzur regionunda aparılan işlərlə, su elektrik stansiyasının tikintisi ilə tanış olub, Laçın rayonunda beynəlxalq hava limanının, iki tunelin təməlinin qoyulması mərasimində iştirak edib”.
Bu fikirləri qəzetimizə açıqlamasında Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə deyib.
Partiya sədrinin sözlərinə görə, bizi qarşıda nəhəng infrastruktur layihələrinin həyata keçirilməsi, vandalların dağıtdığı şəhər və kəndlərin yenidən inşası kimi mühüm işlər gözləyir: “700 kilometr uzunluqda yolların çəkilişi və digər infrastruktur layihələri artıq icra edilməkdədir. Qışa qədər yolların çəkilməsi ilə bağlı işin təqribən 80 faizi görüləcək və bu, hərbi nöqteyi-nəzərdən azad edilmiş ərazilərdə daha da möhkəmlənməyimizə imkan verəcək”.
“Digər tərəfdən, Laçın və Kəlbəcər rayonlarına səfəri zamanı Azərbaycan Prezidenti revanşistlərə “Dəmir yumruğ”un yerində olduğunu xatırlatdı. Dövlət başçısı bir daha qəti iradə, əzm və prinsipial mövqeyini nümayiş etdirdi. Eyni zamanda, dövlət başçısının işğal dövründə Azərbaycanın təbii sərvətlərini talayan xarici şirkətlərin cinayətlərini xatırlatması böyük önəm kəsb edir. Prezidentin “Bu şirkətlərin iki yolu var - ya təzminat ödəyəcəklər, ya da beynəlxalq məhkəməyə veriləcəklər” fikri təsadüfi deyil. Artıq bu istiqamətdə müvafiq işlər həyata keçirilir. Dövlət başçısının müvafiq qurumlara tapşırıqları ondan ibarətdir ki, işğal olunmuş ərazilərdə törədilmiş ekoloji cinayətlər, o cümlədən meşələrin məhv edilməsi, çayların zəhərlənməsi, habelə təbii sərvətlərin talan edilməsi kimi cinayətləri törədənlər beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər”, - deyə A.Mollazadə deyib.
Qaşqay RAMAZANOV
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

