/ / Qlobal həmrəylik çağırışlarına dəstək verən Azərbaycan beynəlxalq miqyasda pandemiyaya qarşı mübarizədə mühüm rol oynayır
Qlobal həmrəylik çağırışlarına dəstək verən Azərbaycan beynəlxalq miqyasda pandemiyaya qarşı mübarizədə mühüm rol oynayır
17.07.2021 [09:23]
Məlum olduğu kimi, ölkəmizdə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmanın qeydə alındığı ilk günlərdən etibarən bütün zəruri addımlar atılıb. COVID-19-un geniş yayılmasının qarşısını almaq üçün Azərbaycanda əhəmiyyətli tədbirlər görülüb və bu gün də görülməkdədir. Ölkədə pandemiyanın fəsadlarının minimuma endirilməsi üçün ciddi tədbirlərin görülməsi ilə yanaşı Azərbaycan pandemiyaya qarşı qlobal səylərin səfərbər edilməsi istiqamətində də mühüm işlər görüb, beynəlxalq həmrəyliyin gücləndirilməsinə hesablanan təşəbbüslər irəli sürüb. Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) 10 milyon ABŞ dollar həcmində könüllü maliyyə yardımı göstərməsi və ayrı-ayrı ölkələrə pandemiya ilə mübarizədə dəstək verməsi atılan mühüm addımlardandır. Yeri gəlmişkən, qlobal liderlik rolunu üzərinə götürərək pandemiyanın öhdəsindən gəlmək üçün beynəlxalq həmrəyliyi və əməkdaşlığı təbliğ edən Azərbaycanın bu günlərdə COVAX proqramı çərçivəsində Özbəkistana vaksin yardımı göstərməsi də bu qəbildəndir.
Məsələ ilə bağlı qəzetimizə açıqlama verən Milli Məclisin Səhiyyə komitəsinin üzvü İlham Məmmədov deyib ki, dünya birliyinin məsuliyyətli və etibarlı üzvü kimi Azərbaycan koronavirus təhlükəsinin ilk günlərindən etibarən qlobal həmrəylik çağırışlarına dəstək verməklə pandemiyaya qarşı mübarizədə mühüm rol oynayır.
Deputatın sözlərinə görə, Azərbaycanın COVAX təşəbbüsünün tərəfdaşı kimi Özbəkistana vaksin göndərməsinin UNICEF tərəfindən alqışlanması da təqdirəlayiq haldır: “Məlum olduğu kimi, Azərbaycanın Özbəkistandakı səfirliyinin və UNICEF-in bu ölkədəki nümayəndəliyinin dəstəyi ilə COVAX proqramı çərçivəsində ölkəmizdən Özbəkistana 50 min doza “AstraZaneca” vaksini çatdırılıb. Vaksinlər Özbəkistan Səhiyyə Nazirliyinin Sanitar-Epidemioloji və İctimai Sağlamlıq Mərkəzinə təhvil verilib. Qeyd edək ki, Azərbaycanın Özbəkistana vaksin verməsi ilə bağlı UNICEF də xüsusi bəyanat yayıb. Açıqlamada ölkəmizin Özbəkistana vaksin göndərməsi UNICEF tərəfindən olduqca yüksək qiymətləndirilir. Bəyanatda, həmçinin vurğulanır ki, ölkələrin sürətli və bərabər şəkildə vaksinlər əldə etmək imkanı təmin olunmadan, dünyanın COVID-19 virusunun öldürücü mutasiya risklərinə məruz qalması davam edəcək. Bu baxımdan pandemiyanın ilk vaxtlarından qlobal mübarizəni prioritet hesab edən Azərbaycanın son addımını daha bir nümunəvi hadisə kimi dəyərləndirmək olar”.
Milli Məclisin deputatı Ramin Məmmədov isə deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev peyvəndlərə çıxışla bağlı getdikcə dünya ölkələri arasında dərinləşən qeyri-bərabərliyi dəfələrlə pisləyib: “Dövlət başçımız inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında “peyvənd millətçiliyi”nin müşahidə edilməsinin qəbuledilməz olduğunu bildirib. Eyni zamanda, Azərbaycan Qoşulmama Hərəkatı adından BMT-nin İnsan Hüquqları Şurasında bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi ilə bağlı qətnamə irəli sürüb və həmin qətnamə 2021-ci ilin mart ayında yekdilliklə qəbul olunub. Onu qeyd etmək gərəkdir ki, Azərbaycan təkcə qlobal səviyyədə vaksin bərabərliyini təşviq etməklə kifayətlənmir, eyni zamanda, 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı ayırmaqla, dost ölkələrə vaksin verməklə və bu istiqamətdə əməli fəaliyyəti ilə bütün dünyaya örnək olur”.
Qaşqay RAMAZANOV
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56

