/ / Əlisahib Hüseynov: Ələt Azad İqtisadi Zonasının təməlinin qoyulması Azərbaycanın iqtisadi həyatında yeni səhifənin açılması deməkdir
Əlisahib Hüseynov: Ələt Azad İqtisadi Zonasının təməlinin qoyulması Azərbaycanın iqtisadi həyatında yeni səhifənin açılması deməkdir
06.07.2021 [09:23]
“Ələt Azad İqtisadi Zonasının təməlinin qoyulması Azərbaycanın iqtisadi həyatında yeni səhifənin açılması, yeni dönəmin başlanması deməkdir. Bu nəhəng layihənin icrasına başlanılması nəinki son günlərin, ümumiyyətlə, son dövrün mühüm iqtisadi hadisələrindən biridir”.
Bu fikirləri Milli Həmrəylik Partiyasının (MHP) sədri Əlisahib Hüseynov deyib.
Ə.Hüseynov bildirib ki, belə bir azad iqtisadi zonanın yaradılması Azərbaycanda böyük iqtisadi sıçrayışa səbəb olacaq: “Biz indiyə qədər neftdən asılılığın azaldılması üçün müxtəlif addımlar atmışıq, layihələr həyata keçirmişik, paralellik prinsipi ilə hərəkət edərək digər sahələrin də inkişafı üçün lazımi işləri görmüşük. Lakin buna nail olmağın ən effektiv vasitələrindən biri də məhz azad iqtisadi zonanın yaradılmasıdır. Bu çoxşaxəli iqtisadi layihənin və ya modelin əsas hədəfi, ilk növbədə, qeyri-neft iqtisadiyyatının inkişafına mühüm töhfə verməkdir. Azad İqtisadi Zonanın yaradılması ölkə iqtisadiyyatında qeyri-neft sektorunu önə çıxaracaq. Bu isə öz növbəsində, bütövlükdə, iqtisadiyyatımızın inkişafına təkan verəcək”.
Partiya sədrinin sözlərinə görə, burada digər mühüm bir məqam yerli və xarici investisiyaların ölkə iqtisadiyyatının inkişafına cəlb edilməsi, investisiya mühitinin daha da yaxşılaşdırılması, yeni rəqabətqabiliyyətli, səmərəli istehsal və xidmət sahələrinin təşkilinin dəstəklənməsidir: “Yeni yaradılan Azad İqtisadi Zonaya böyük həcmdə sərmayələr qoyulacaq. Bu gün investorların məhz bu zonaya cəlb edilməsi üçün Azərbaycanda bütün imkanlar var. Ümumiyyətlə, Azərbaycan bir çox cəhətləri ilə sərmayəçilər üçün cazibəli və əlverişli ölkədir. Ələt Azad İqtisadi Zonasında isə sərmayəçilər üçün ikiqat əlverişli şərait yaradılacaq. İlk növbədə, qanunvericilik sahəsində bir çox işlər görülüb, ayrıca qanun qəbul edilib. Bütün bunlar Ələt Azad İqtisadi Zonasında maliyyə və sığorta xidmətləri, torpaq münasibətləri, gömrük, miqrasiya, əmək münasibətləri, vergi tənzimlənməsi, notariat fəaliyyəti, müflisləşmə və iflas, rəqabət, əqli mülkiyyət, ətraf mühit və s. məsələlərlə bağlı xüsusi güzəştlərin tətbiq olunmasına imkan verəcək. Habelə bu Azad İqtisadi Zonada fəaliyyət göstərəcək investorlar bütün vergilərdən azad ediləcək. Onlar üçün müxtəlif növ güzəşt və stimullaşdırıcı addımlar tətbiq olunacaq”.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

