Milli Məclisin sədri Macarıstan Diplomatik Akademiyasında çıxış edib
02.07.2021 [10:35]
Budapeştdə rəsmi səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlamentinin nümayəndə heyəti iyunun 30-da Macarıstan Diplomatik Akademiyasında keçirilən tədbirdə iştirak edib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Milli Məclisin sədri Sahibə Qafarova ilə Macarıstanın Dövlət katibi - Macarıstan Diplomatik Akademiyasının prezidenti Orsolya Pacsay Tomassiç arasında görüş olub.
Sonra Milli Məclisin sədri Macarıstan Diplomatik Akademiyasında keçirilən konfransda çıxış edib. Sahibə Qafarova tədbir iştirakçılarına Azərbaycanın keçdiyi tarixi yol barədə məlumat verib, minillik tarixə malik dövlətçilik ənənələrimizdən danışıb.
Ölkələrimiz arasında münasibətlərə toxunan Milli Məclisin sədri qeyd edib: “Macarıstan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Gələn il diplomatik münasibətlərimizin 30 illiyini qeyd edəcəyik. Ortaq tarixi köklərə və oxşar tarixi taleyə malik olan xalqlarımız arasında ikitərəfli münasibətlər yüksək səviyyədədir. Dövlət başçılarının qarşılıqlı səfərləri, görüşlər və indiyədək imzalanmış sənədlər əməkdaşlığımızın gələcək inkişafı üçün möhkəm zəmin yaradıb. İqtisadi əlaqələrimiz günbəgün genişlənir”.
Parlamentlərarası əməkdaşlığa toxunan Sahibə Qafarova deyib ki, bu səviyyədə təmaslar dövlətlərarası əlaqələrin daha da möhkəmlənməsinə töhfə verir. İnanıram ki, parlamentarilərimiz mövcud əməkdaşlıq ənənəsini Parlamentlərarası Birlik, AŞPA, ATƏT PA, NATO PA, eləcə də Avropa Parlamenti və digər beynəlxalq parlament təşkilatları çərçivəsində davam etdirəcəklər.
Çıxışında TÜRKPA-nın fəaliyyətini xüsusi qeyd edən S.Qafarova Macarıstanın həmin qurum çərçivəsində Türk dünyası ilə artan əməkdaşlığı təşviq etməsindən məmnunluğunu bildirib.
Milli Məclisin sədri qeyd edib ki, son illərdə Azərbaycanın təşəbbüsü ilə genişmiqyaslı qitələrarası enerji və nəqliyyat layihələri uğurla həyata keçirilib. Sahibə Qafarova bu baxımdan Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Tbilisi-Ceyhan neft kəməri və Cənub Qaz Dəhlizi barədə danışıb.
Azərbaycan parlamentinin rəhbəri ərazilərimizin 30 il müddətində Ermənistan tərəfindən işğalda saxlanmasının uzun illər Qafqazda regional inkişafa və inteqrasiyaya əsas maneə olduğunu vurğulayıb. S.Qafarova ötən il Azərbaycanın öz hərbi-siyasi imkanları hesabına erməni işğalına son qoyduğunu bildirib. O, təəssüflə qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsi üç onillik ərzində kağız üzərində qalmışdı. Nəhayət, Azərbaycan özü bu qətnamələrin icrasını təmin edərək ərazi bütövlüyünü bərpa etdi.
Sahibə Qafarova vurğulayıb ki, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan tarixi torpaqları olan Qarabağı tamamilə azad etdi və Ermənistanı 10 noyabr 2020-ci ildə təslim aktını imzalamağa məcbur etdi. O, Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəklədiklərinə görə Macarıstan hökumətinə və macar həmkarlarına təşəkkürünü bildirib. İşğal dövründə erməni vandallarının şəhər və kəndlərimizə vurduqları ziyandan danışıb, onların tarixi-mədəni abidələrimizi məhv etdiklərini bildirib, məscidlərimizi dağıtdıqlarını, milli sərvətlərimizi talan etdiklərini macar ictimaiyyətinin diqqətinə çatdırıb. Milli Məclisin sədri məlumat verib ki, Azərbaycan artıq azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinə başlayıb.
S.Qafarova xatırladıb ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində 1 milyon qaçqın və məcburi köçkünümüz var. Onlar öz evlərinə qayıtmalıdırlar. Biz məcburi köçkünlərin təhlükəsizliyini təmin etməliyik. Ancaq bu yolda çoxlu maneələr var, - deyən Milli Məclisin sədri işğaldan azad edilmiş ərazilərin, ilk növbədə, minalardan təmizlənməli olduğunu vurğulayıb. Qeyd edib ki, Ermənistan azad olunmuş torpaqlarımızdakı minalanmış ərazilərin xəritələrini verməkdən imtina edir. Bunun nəticəsində Azərbaycan vətəndaşı olan hərbi qulluqçu və mülki şəxslər, o cümlədən jurnalistlər mina partlaması nəticəsində yaralanıb və ya həlak olublar. O, bir daha beynəlxalq ictimaiyyəti Ermənistanı minalanmış ərazilərin xəritələrini verməyə məcbur etməyə çağırıb.
Milli Məclisin sədri Ermənistanın uydurma “hərbi əsirlər” iddiasına da diqqət çəkərək, onların işğaldan azad olunmuş ərazilərdə törətdikləri təxribatlardan, müharibə cinayətlərindən danışıb, erməni tərəfinin üçtərəfli Bəyanata əməl etməyərək, sərhəddə təxribatçı əməllərə əl atdığını söyləyib.
Milli Məclisin sədri Sahibə Qafarova tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, Prezident İlham Əliyevin dəfələrlə dediyi kimi, Azərbaycan bölgədə sülh və sabitlik arzulayır. Azərbaycan bunun üçün bütün lazımi addımları atır və atmağa davam edəcək.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45

