/ / Sabir Rüstəmxanlı: Şuşa Bəyannaməsinin imzalanması müstəqillik tariximizin ən böyük hadisələrindən biridir
Sabir Rüstəmxanlı: Şuşa Bəyannaməsinin imzalanması müstəqillik tariximizin ən böyük hadisələrindən biridir
26.06.2021 [08:41]
“Şuşa Bəyannaməsi Türkiyə ilə Azərbaycan arasında imzalanan tarixi sənəddir. Bəyannamə təsdiq edir ki, bundan sonra bu iki ölkənin ərazi bütövlüyünə qarşı təhdid yarandığı və təcavüz edildiyi halda, Azərbaycan və Türkiyə birgə hərəkət edəcəklər”.
Bu fikirləri Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı deyib.
S.Rüstəmxanlı bildirib ki, vaxtilə imzalanmış Qars müqaviləsinə əsasən, Naxçıvanın müdafiəçisi kimi çıxış edən Türkiyə indi həm müdafiə sahəsində, həm də BMT-nin Nizamnaməsi əsasında işbirliyi, eyni zamanda, dövlətlərin təhlükəsizliyi məsələlərində Azərbaycanla daim birgə olacaq. Müttəfiqlik haqqında Bəyannamənin Şuşada imzalanmasının xüsusi rəmzi mənası var. Bu, Azərbaycan və Türkiyənin qardaş dövlət olduğunu nümayiş etdirir.
VHP sədri qeyd edib ki, sənəd milli maraqlarımıza tam cavab verdiyi üçün ölkədə fəaliyyət göstərən 48 siyasi partiya birgə bəyanat imzalayaraq ona öz dəstəyini nümayiş etdirib: “Eyni zamanda, VHP bu məsələ ilə bağlı ayrıca bəyanatla da çıxış edib. Hesab edirik ki, Şuşa Bəyannaməsinin imzalanması 44 günlük Vətən müharibəsindən sonra müstəqillik tariximizin ən böyük hadisələrindən biridir. Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi, iqtisadi-ticarət əlaqələri, hərbi əməkdaşlıq, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur. Azərbaycan və Türkiyə arasında imzalanan Bəyannamədə Qars müqaviləsinin xatırlanması, xüsusilə tarixi türk torpağı olan Zəngəzur dəhlizinin adının hallanması tarixi gerçəkliyi və hədəfləri göstərən mühüm amildir”.
Xəbər lenti
Hamısına baxSosial
22 İyul 09:41
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15

