Radikal müxalifət bu dəfə də Şuşa Bəyannaməsinə qarşı antimilli mövqe nümayiş etdirdi
21.06.2021 [08:42]
İyunun 15-də Şuşa şəhərində Türkiyə ilə Azərbaycan arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamənin imzalanması iki ölkənin münasibətlərində yeni mərhələnin başlanğıcını qoydu. Belə ki, Qars Müqaviləsindən yüz il sonra imzalanan Şuşa Bəyannaməsi hər iki ölkənin ümumi maraqlarının qorunması istiqamətində imkanların birləşdirilməsini, eləcə də müştərək maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərinin qarşılıqlı şəkildə əlaqələndirilməsini təmin edəcək. Vurğulanmalıdır ki, bu Bəyannamə istər Türkiyə, istərsə də Azərbaycanın siyasi mühitində, cəmiyyətdə olduqca müsbət dəyərləndirilir. Bunun nəticəsidir ki, ölkəmizdə fəaliyyət göstərən 48 siyasi partiya Şuşa Bəyannaməsi ilə bağlı birgə bəyanat imzalayıb və sənəddə əksini tapan müddəaları yüksək qiymətləndirib. Lakin, hələ 44 günlük Vətən müharibəsi zamanı siyasi partiyaların milli birlik bəyanatlarına qoşulmayan AXCP və Müsavat Partiyası milli maraqlarımıza, regionun gələcək inkişafında məhz Türkiyə-Azərbaycan birliyi modelinə xidmət göstərən Şuşa Bəyannaməsi ilə bağlı birgə bəyanata da imza atmayıblar. Bu isə növbəti dəfə həmin partiyaların yalnız şəxsi maraqlar çərçivəsində hərəkət etdiyini, milli mənafeni düşünmədiyini və açıq şəkildə anti-Azərbaycan ruhunda olduqlarını göstərir.
Bir sözlə, radikal düşərgə təmsilçilərinin xəyanətkar mövqeyi xalqımızın milli həmrəyliyinə qarşı yönəlib. Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı, YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev bildirib ki, Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərinin bu gününü və gələcəyini müəyyən edən tarixi qərardır. Millət vəkilinin sözlərinə görə, bu Bəyannamə Azərbaycan və Türkiyə xalqları və dostlarımız tərəfindən böyük rəğbətlə qarşılansa da, hələ də bunu qəbul edə bilməyən qüvvələr var: “Ölkədə fəaliyyət göstərən 48 partiyanın birgə yaydığı bəyanatda məhz Şuşa Bəyannaməsinin önəmi vurğulanır, bu sənədin Azərbaycan, Türkiyə və bütün region üçün faydalarından bəhs edilir. Təəssüflər olsun ki, bu Bəyannaməni dəstəkləyən bəyanatı 48 partiya imzalasa da, AXCP ilə “Müsavat” yenə də milli birlikdən kənarda qaldılar. Göründüyü kimi, radikallar yenə də öz amplualarındadırlar. Amma onların hansı mövqedə olmalarına baxmayaraq, Azərbaycan və Türkiyə qardaşlığı daimi, dönməz və əbədidir”.
Milli Məclisin deputatı Vüqar İskəndərov da tarixi Şuşa Bəyannaməsini Azərbaycan-Türkiyə münasibətlərində yeni yol xəritəsi adlandırıb. Onun sözlərinə görə, bu Bəyannamə iki ölkənin bütün müstəvilərdə birgə əməkdaşlığını təmin edəcək. Millət vəkilinin fikrincə, ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların Şuşa Bəyannaməsini dəstəkləyən birgə bəyanat yayması isə milli həmrəyliyimizin növbəti təcəssümüdür: “Məlum olduğu kimi, iki partiya bu bəyanata imza atmadı. Xatırlasaq, analoji vəziyyət hələ müharibə dövründə də müşahidə olunmuşdu. O zaman da ölkədə fəaliyyət göstərən siyasi təşkilatlar birgə bəyanatla dövlətlə, ordu ilə birgə olduğunu nümayiş etdirsələr də, nə AXCP, nə də Müsavat Partiyası həmin bəyanatı imzalamamışdılar. Bu isə bir daha radikalların milli mənafedən deyil, öz şəxsi maraqlarından çıxış etdiklərini göstərir. Şuşa Bəyannaməsinə sevinməyənlər, bunu dəstəkləməyənlər Azərbaycanı və Türkiyəni sevməyənlərdir”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxSiyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20

