Ermənistanın son şansı...
04.05.2021 [09:11]
Yaxud məğlub ölkə üçün yeganə çıxış yolu təxribatçı hərəkətlərdən çəkinmək və əməkdaşlıq imkanlarından faydalanmaqdır
44 günlük müharibənin Azərbaycanın parlaq qələbəsi ilə nəticələnməsi, torpaqlarımızın işğaldan azad edilməsi təkcə ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpası deyil. Bu, eyni zamanda, həm respublikamız, həm də region üçün yeni siyasi-iqtisadi reallıqlar formalaşdıran, mühüm strateji perspektivlər təmin edən əhəmiyyətli geosiyasi amildir.
Təbii ki, yeni geostrateji reallıqlar Azərbaycanın üstün mövqeyini təsbit edir. Ona görə də Ermənistan məhz bu faktları nəzərə alaraq reallıqdan çıxış etməlidir. Daha dəqiq desək, məğlub ölkə üçün yeganə çıxış yolu əməkdaşlıq imkanlarından istifadə və perspektiv layihələrdə təmsil olunmaqdır.
Ümumiyyətlə, bu gün Ermənistanda istər hakimiyyətdə təmsil olunan bəzi siyasi dairələrin, istərsə də özünü müxalifət adlandıran fiqurların revanş haqqında fikirlər səsləndirmələri manipulyasiya cəhdindən başqa bir şey deyil. Çünki özləri də yaxşı bilirlər ki, Azərbaycanın qarşısında əzici məğlubiyyətə uğrayan Ermənistanın revanş üçün hər hansı potensialı və gücü yoxdur. Zatən sosial-iqtisadi tənəzzülə uğrayan Ermənistan çox ciddi demoqrafik və iqtisadi itkilərə məruz qaldı.
Beləliklə, bu gün məğlub ölkənin həm iqtisadi gücü, həm demoqrafik potensialı yeni bir savaşa başlamaq imkanını istisna edir. Digər tərəfdən, Ermənistan regional və beynəlxalq proseslərə təsir etmək, yeni geostrateji reallıqları dəyişdirmək iqtidarında olan dövlət deyil. Sirr deyil ki, bu ölkə 30 ilə yaxın davam edən işğalçılıq siyasəti səbəbindən regionda təcrid vəziyyətinə düşüb, bütün layihələrdən kənarda qalıb, hər hansı bir geosiyasi və geoiqtisadi üstünlüyə malik deyil. Həmçinin Ermənistan beynəlxalq münasibətlər sistemində müstəqil aktor kimi təmsil olunmur. O, forpost adlandırılır və bəzi güc mərkəzlərinin diktəsi ilə hərəkət edən zəif geosiyasi fiqurdur. Ona görə də Ermənistandakı bəzi siyasi dairələrin revanş haqqında absurd iddialarla çıxış etməsi reallıqlara uyğun deyil, cəfəngiyyatdır və sadəcə olaraq həm daxili, həm də beynəlxalq müstəvidə ictimai rəyi yanıltmağa hesablanmış uğursuz addımlardır.
Bütövlükdə qeyd etdiyimiz kimi, Ermənistan tarixi reallıqlardan və siyasi gerçəkliklərdən dərs almalı, müvafiq nəticələr çıxarmalıdır. Daha dəqiq desək, məğlub ölkə təxribatçı hərəkətlərdən çəkinməklə üçtərəfli Bəyanatın icrası istiqamətində öz üzərinə düşən öhdəlikləri tam və qeyd-şərtsiz yerinə yetirməlidir.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Siyasət
20 İyun 23:26
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22

