Mərkəzi Seçki Komissiyasının yeni tərkibdə ilk iclası keçirilib
28.04.2021 [09:47]
Aprelin 27-də Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibdə ilk iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda qurumun sədri, müavini və iki katibi seçilib.
İclasda Milli Məclisin sədri Sahibə Qafarova da iştirak edib.
Milli Məclisin aprelin 27-də keçirilən iclasında Mərkəzi Seçki Komissiyasının yeni tərkibinin formalaşdırıldığını xatırladan Sahibə Qafarova deyib: “Azərbaycanın demokratik inkişafında seçkilər və ümumxalq səsvermələri böyük rol oynayır. Seçkilərin qanunauyğun şəkildə hazırlanıb keçirilməsi vacib məsələdir. Bu baxımdan MSK-nın üzərinə böyük məsuliyyət düşür. Hesab edirəm ki, ötən dövrdə Komissiya üzərinə düşən işi layiqincə yerinə yetirib. Komissiya bu gün ölkəmizin siyasi sistemində özünəməxsus yer tutur”.
Sonra MSK-nın ən yaşlı üzvü Şaitdin Əliyev Komissiyanın yeni tərkibdə ilk iclasını açıq elan edib.
Daha sonra açıq səsvermə yolu ilə Mərkəzi Seçki Komissiyası sədrinin, sədr müavininin və katiblərinin seçkisi keçirilib.
Məzahir Pənahov yekdilliklə Mərkəzi Seçki Komissiyasının sədri seçilib.
MSK-nın yeni tərkibinə etimad göstərdiklərinə görə Milli Məclisin bütün üzvlərinə minnətdarlığını bildirən Məzahir Pənahov qeyd edib ki, Komissiya bundan sonrakı fəaliyyətində də ölkəmizdəki seçkilərin azad, ədalətli və şəffaf keçirilməsi üçün bütün lazımi addımları atacaq, qanunvericiliyin tələblərini, dövlətimizin və dövlətçiliyimizin maraqlarını əsas götürəcək. Mərkəzi Seçki Komissiyasının fəaliyyəti bu gün bir çox ölkələrdə nümunə kimi göstərilir.
Məzahir Pənahov vurğulayıb ki, vətəndaşlarımızın digər konstitusion hüquqları kimi, seçki hüquqlarının da qarantı dövlətimizin başçısıdır. Bu hüququn həyata keçirilməsi üçün 3 vacib meyar vardır ki, bunlar da ölkəmizdəki dayanıqlı ictimai sabitlik, möhkəm və təkmil hüquqi bazanın mövcudluğu və 30 mindən artıq seçki komissiyası üzvünə nümunəvi iş şəraiti yaradılmasıdır. Bütün bu sadaladıqlarımızın ölkədə bərqərar olması Prezident İlham Əliyevin siyasi iradəsinin məntiqi nəticəsidir. Sədr Məzahir Pənahov bütün bunlara görə Prezident İlham Əliyevə Mərkəzi Seçki Komissiyası adından bir daha minnətdarlığını bildirdi.
Sonra səsvermə yolu ilə Rövzət Qasımov MSK sədrinin müavini, Arifə Muxtarova Milli Məclisdə heç bir partiya mənsubiyyəti olmayan müstəqil deputatları, Mikayıl Rəhimov isə Milli Məclisdə deputatları azlıq təşkil edən siyasi partiyaları təmsil edən MSK katibləri seçiliblər.
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34

